Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ATƏT dağıla bilər -Azərbaycanın qazandığı və itirdiyi nədir...

Ekspert: “Elan olunmuş dəyərlər və missiya ilə onun həyata keçirilməsi istiqamətində uzlaşma itəndə təşkilat iflic olur, ATƏT bu gün bunu yaşayır”

Yenixeber.org: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) dağıla bilər. Məsələ ondadır ki, Rusiya və Belarusun Estoniyanın 2024-cü ildə sədrliyinə razılıq verməməsi səbəbindən qurum ən azı altı ay böhranla üzləşəcək.

“Əgər 2024-cü ildə sədr olmazsa, bu məsələdə konsensus əldə edilməzsə, gələn il ATƏT-in bir təşkilat kimi dağılması ili olacaq”, - deyə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto qeyd edib.

Onun sözlərinə görə, vəziyyət yetərincə ciddidir. Nazir Finlandiyanın 2025-ci ildə təşkilata sədrliyə başlamazdan əvvəl ATƏT-in dağılacağından narahatlıq ifadə edib.

Qeyd edək ki, təşkilatın qaydalarına görə, rotasiya üzrə sədrlik edən ölkə 57 üzv ölkənin hamısı tərəfindən təsdiqlənməlidir. Ancaq Rusiya və Belarus Estoniyanın gələn il sədrliyə namizədliyini təsdiq etməyib. Estoniya da öz namizədliyindən imtina etməyə hazırlaşmır.

ATƏT 1994-cü ildə Budapeştdə Avropada təhlükəsizliyi və əməkdaşlığa dair silsilə görüşlərin nəticəsi kimi yaradılıb (əvvəlki adı ATƏM). Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə ilk görüş 1975-ci ildə Finlandiya və şəxsən prezident Urho Kekkonenin təşəbbüsü ilə Helsinkidə keçirilib.

Ümumiyyətlə, ATƏT-in Avropada təhlükəsizliyə və əməkdaşlığa konkret hansı töhfəni verib? Qitədə hansısa konflikti dinc yolla yoluna qoya bilibmi?

Bəllidir ki, bu qurum Azərbaycan xalqının yaddaşında daha çox bədnam Minsk Qrupu ilə qalıb. ATƏT dağılarsa Azərbaycanın qazanacağı və itirəcəyi nə ola bilər? Bəlkə elə buraxılsa, yaxşıdır?

Sorosun çörəyini ölkəmizdə kimlər yeyir - Siyavuş Novruzovun siyahısı

 Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva bildirdi ki, ümumilikdə ATƏT öz coğrafiyasında sülhü nizamlama ilə məşğul olmalı olan avanqard təsisat kimi nəzərdə tutulurdu. Bütün dünyada bu təsisat sülh və sabitlik üçün zəmin əsaslar formalaşdırmalı idi. Bunun üçün ATƏT-in bir neçə formatı varı idi. Bunlardan da ən inkişaf etmişi Minsk formatı idi: “Minsk formatı bir neçə istiqamət üzrə ATƏT coğrafiyasında məhz cənub-şərqi Avropa ölkələrində, postsovet ölkələrində daha çox fəaliyyət göstərirdi. Xüsusilə Minsk formatı Azərbaycanın torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında olduğu dövrdə fəaliyyətdə idi. 2008-ci ildən sonra Minsk formatı Abxaziya və Cənubi Osetiya problemləri istiqamətində fəaliyyət göstərməyə cəhd etdi. Bu da uğursuz alındı. 2014-cü ildən sonra isə Krım və Ukraynanın digər işğal olunmuş əraziləri ilə bağlı məsələlərin həlli çərçivəsində Minsk formatı fəaliyyət göstərməyə çalışmışdı. Ancaq bilirsiniz ki, bu çalışmaların da müsbət nəticəsi olmadı. Yuqoslaviyadakı müharibə zamanı isə ATƏT-in sülhyaratma istiqamətində müəyyən addımları olub. Minsk formatını Özbəkistan və Qırğızıstan sərhədində baş vermiş məlum hadisələrdə də istifadə etməyə cəhd elədilər. Lakin bunun da nəticəsi olmadı. Minsk formatının ən uzun ömürlü fəaliyyəti Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, Qarabağ məsələsinin həlli istiqamətində vasitəçilik fəaliyyəti oldu. Amma yekun olaraq bu uzunmüddətli fəaliyyət ortaya müsbət heç bir nəticə qoymadı. Bu formata nöqtə qoyan isə 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və Azərbaycanın qələbəsi oldu. Minsk Qrupunun etməli olduğu işi Azərbaycan etdi. Bununla da Minsk Qrupunun fəaliyyətinə ehtiyac qalmadı və ATƏT-in dünyada sülhyaratma "industriyası" çökdü". 

Ekspert xatırlatdı ki, ATƏT-in və onun əsas formatı olan Minsk Qrupunun fəaliyyətinin əslində fəaliyyətsizlik olduğunu Minsk Qrupunun amerikalı həmsədri də bir müddət öncə müsahibəsində etiraf etdi: “Hətta süni şəkildə fəaliyyət imitasiyası ilə məşğul olduqlarını da etiraf eləmiş oldu. Yəni bu təşkilat fəaliyyət göstərdiyi görüntüsü yaratmaqla riyakar siyasəti uzun illər davam etdirib. ATƏT-ə təşkilat olaraq məhz bu cür qiymət verə bilərik”.

ATƏT-in çökməsi, təşkilat olaraq özünü bitirməsinə gəlincə, Y.Hacıyeva vurğuladı ki, bunu təsdiq eləyən elementlər var. Bu təşkilat və digər bir sıra beynəlxalq təşkilatlar institusional olaraq özlərini bitiriblər: “Elan olunmuş dəyərlər, elan olunmuş missiya ilə onun həyata keçirilməsi istiqamətində uzlaşma itəndə təşkilat iflic olur. ATƏT bu gün bax bunu yaşayır, eləcə də əksər beynəlxalq təşkilatlarla bağlı bu vəziyyəti görməkdəyik. Ona görə də bu cür təşkilatlar ya fəaliyyətlərini elan etdikləri missiyaya uyğun qurmalıdırlarlar və özlərini xilas etməlidirlər, ya da özlərini buraxmalıdırlar. Çünki indiyə qədər olduğu kimi süni şəkildə görüntü yaratmaq siyasəti dünyaya yaxşı heç nə vermir. Əksinə, zərərli tendensiyalara yol açır. Hazırkı iflic vəziyyətdə olan beynəlxalq təşkilatların, həmçinin ATƏT-in tarixə çevrilməsi daha yaxşıdır, nəinki süni şəkildə qalmaları. Bir dövlətin fəaliyyətinə görə bir beynəlxalq təşkilatın fəaliyyəti iflic olunursa belə beynəlxalq təşkilatın mövcudluğunu saxlamasının mənası qalmır. ATƏT təsisat olaraq dağılması ilə bağlı ciddi çağırışlar var”.(musavat.com)

Etibar SEYİDAĞA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam