Yenixeber.org: BMT-nin İnsan Haqları üzrə Ali komissarı İran hökumətindən qadınların hüquqlarının təmin olunmasını və məcburi hicab qaydalarının ləğvini tələb edib.
- İranda küçə etirazları səngiyib, lakin qadınların geyindiyi və ya geyinmədiyi şeylərə görə təqibləri həqiqətən də güclənib. İranlı qadın və qızlar ayrı-seçkilik yaradan hicab qanunlarının tətbiqinə görə sərt hüquqi, sosial və iqtisadi tədbirlərlə üzləşirlər. İran hökumətindən tələb edirəm ki, iranlıların islahat tələblərinə diqqət yetirsin və bu məsələyə məcburi hicab qaydalarını ləğv etməklə başlasın”, – Volker Türk deyib.
Bu arada 24 müstəqil qadın təşkilatı İranda “hökumət cinayətləri” ilə mübarizə üçün birgə səylərə başladığını elan edib. “İsfahan evi” işi üzrə üç etirazçının edamını pisləyən bu təşkilatlar yaydıqları birgə bəyanatda “etiraz aksiyaları” təşkil etməklə, beynəlxalq insan haqları forumlarından, beynəlxalq qadın təşkilatlarından dəstək almaqla “hakimiyyətin qətlləri”nə qarşı çıxacaqlarını bildiriblər.
“Qadın, Həyat, Azadlıq Hərəkatının Məcid Kazemi, Səid Yaqubi və Saleh Mirhaşmi adlı üç etirazçısının edam edilməsi Edam Respublikasının cinayətlərinin qeydinə daha bir səhifə əlavə etdi. İranda mövcud rejim hakimiyyətə gəldiyi ilk gündən edam hökmündən öz zülmkar və qadın düşmənçiliyi sistemini sabitləşdirmək üçün bir alət kimi istifadə edib. İndi qadın inqilabının bizə azadlıq və azadlıq həyatı vəd etdiyi bir şəraitdə inqilabi üsyan iştirakçılarının edam edilməsi və terror yaratmaq imkanları artmışdır”, - bəyanatda deyilir.
Bəyanatı Dallas İran Qadınlar Assosiasiyası, Köln Alman-İran Qadınları Assosiasiyası, Perto Qadınlar Assosiasiyası, Monreal Qadınlar Assosiasiyası, İtaliya İranlı Qadınlar Assosiasiyası, Qadın Sağlamlığı üçün Birlikdə Assosiasiyası, Qadınların Davamlı Bərabərliyi və Müstəqilliyi Assosiasiyası, İranda Zorakılığa Qarşı Beynəlxalq Koalisiya, ICRO-Human Qadın Hüquqları Təşkilatı, Qlobal Əməkdaşlıq Uğrunda İran Qadın Dərnəyi, Qadınlar Davamlı Azadlıq və Bərabərlik Uğrunda, Qadın Azadlıq Təşkilatı, Namus qətllərini dayandırma kampaniyası, Daşlanmaya qarşı Paris Qadınlar Komitəsi, Qadınlar Komitəsi və Ayrı-seçkiliklə Mübarizə-İran Respublikaçıları, Sol Qadın Alyansı Qrupu, ICWIN Şimali Kaliforniya Qrupu, Şimali Kaliforniya Qadın Qrupu, Oranc Qadın Araşdırmaları Qrupu, Hicaba Yox Qrupu, Sürgündəki İranlı Qadın Fəallar-Berlin, Manau Transgender Təşkilatı, Gündəlik Feminizm və İran Qadınlar Konfransı-Hanover təşkilatları imzalayıblar.
BMT:“İranda qadınlara qarşı ayrı-seçkilik güclənib”
İranda son xalq etirazları səngidikdən sonra ölkədə qadınlara münasibətdə ayrı-seçkilik güclənib. BMT-nin İnsan Haqları üzrə Ali komissarı Volker Türk komissarlığın İranda insan haqlarının vəziyyəti ilə bağlı yeni hesabatına əsasən belə bəyanat verib.