Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Nəticəsiz mübarizənin liderləri kənara çəkilməlidir”

 

Partiya böhrandan çıxa bilmir; Son yarım ayda partiyadan istefa verənlərin sayı yüzlərlədir; istefalara rəhbərlik min cür don geyindirir
"Xeberinfo.com":    AXCP-də sular durulmur. Partiya sədri Əli Kərimlini tərk edənlərin sıraları genişlənir. Son yarım ayda partiyadan istefa verənlərin sayı yüzlərlədir. Razi Nurullayevin yeni təşkilat yaratması və AXCP adına iddiasını irəli sürməsi istefaların sayını artırıb. Bir-birinin ardınca rayon təşkilatları onun tərəfinə keçirlər.
AXCP-nin Nərimanov rayon şöbəsinin  “Vahid Azərbaycan” dayaq dəstəsinin  9 nəfər üzvü  Əli Kərimlinin yürütdüyü siyasətə  etiraz olaraq,  R.Nurullayevin  sədrlik etdiyi Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat  Komitəsinə qoşulduqlarını bəyan ediblər.  Nərimanov Rayon şöbəsinin sədr müavini Qasımov Şirvani, Məclis üzvü Qasımov Nizami, Məclis üzvü Qasımov Xətai, Tağıyev Cahangir, Bayramov Əfsun,  Məmmədov Samir,  Nəbiyev Dilsuz və Quliyev Emin yaydıqları bəyanatda Əli Kərimlinin partiya daxilində yaratdıqları avtoritarizmə, özbaşınalığa  etiraz etdiklərini bildiriblər: “Biz AXCP üçün canımızı fəda etdiyimiz, müxalif mövqeyimizə görə işdən qovulduğumuz günlərdə Əli Kərimli bizim hüquqlarımızı müdafiə etmədi. Partiyada ayrı-seçkilik mühitinin formalaşması bizi seçim etməyə vadar etdi və biz bundan sonra fəaliyyətimizi Razi Nurullayevin rəhbərliyi altında davam etdirməyə qərar verdik”.
Partiyadakı istefalara rəhbərlik min cür don geyindirir. Gah istefa verənlərin qurumun üzvü olmadığı, gah da R.Nurullayev tərəfindən pulla ələ alındıqları deyilir. 
Səslənən iddialarla bağlı Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri R. Nurullayevin fikirlərini aldıq. O, qarşıdakı günlərdə də AXCP-dən kütləvi istefaların davam edəcəyi anonsunu verdi: “Təbii ki, qarşıdakı günlərdə də istefalar olacaq. Bu gün hər kəs ciddi şəkildə düşünməlidir ki, haqq hansı tərəfdədir. Kim hansı mübarizəni aparır, hansı mübarizənin gələcək perspektivi var. İndiyə qədər Əli Kərimlinin apardığı mübarizənin siyasi mənada heç bir nəticəsi olmayıb. O baxımdan hesab edirəm ki, insanlar düşünüb düzgün qərar verməlidirlər. Hər hansı bir insana kor-koranə şəkildə bağlı olmaq siyasi qərar ola bilməz. Bunun heç bir nəticəsi yoxdur. İnsanların, əgər Əli bəyə sevgiləri varsa, bu onların şəxsi işləridir. Bundan sonra daha çox sevsinlər, daha çox hörmət etsinlər. Amma siyasi gələcəyi Əli Kərimli ilə qurmaq iflas deməkdir. Düşünürəm ki, neçə illərdir polis dəyənəyi altında aparılan mübarizənin heç bir nəticəsi olmayıb. Birbaşa Əli Kərimlinin diktəsi ilə aparılan mübarizənin. Hətta 2005-ci il noyabrın 26-da insanların meydanlarda kütləvi şəkildə döyülməsi, əzilməsi və mübarizə əzminin məhz bu gün də sındırılması onun adı ilə bağlıdır. Əgər o zaman oturaq aksiya qərarını verib, bunun üçün israr göstərməsəydi, bəlkə insanlar daha çox ayaqda qalacaqdırlar. Mübarizənin də nəticəsi olacaqdı. Amma tərəddüdlü qərarlar verir, sanki hakimiyyətdə oturmaq üçün səbirsiz olduğunu göstərir. Bu cür səhv yanaşmalar daim davam edəcək. Nəticəsiz mübarizənin liderləri kənara çəkilməlidir. Bu baxımdan istefaların davam edəcəyi qaçılmazdır. Müəyyən mənada artıq istefa verənlərə təzyiqlər göstərilir. Onların mənəviyyatına toxunulacaq sözlər deyilir. İnsanları bu şəkildə istefadan çəkindirmək istəyirlər”.
R.Nurullayev istefa verənləri üzv olmamaqda ittiham edənlərə də sərt cavab verdi: “İstefa verənləri üzv olmamaqda ittiham edir, üstlərinə iftiralar atırlar. Nərimanov şöbəsindən istefa verənlərin içərisində qol-qıçını sındıran, əzilən, döyülən və birbaşa Əli Kərimlini polislər vurmaq istəyən zaman öz bədəni ilə onu örtən, bədənində salamat yeri qalmayan insanlar var. O, şəxsləri də ləkələyərək satqın adlandırırlar. Hətta onları AXCP-dən qovduqlarını deyirlər. Onların içərisində bədənlərində Əli bəyi qorumaq üçün aldıqları zərbələrdən iz qalan insanlar da var. Mənəviyyatsızcasına bu cür hərəkət etmək insanlığa yaraşmır. Bundan çox təsirləndim. O, insanlar da çox üzüldülər. Hər bir cəbhəçi bilməlidir ki, bu cür yanaşma gələcəkdə onları da gözləyir”.
Müsahibimiz pulla insanları ələ alması ittihamlarına toxundu: “Bu şəxsləri qınamıram. Xüsusilə, gəncləri. Əslində onların halına çox acıyıram. Bu səmimi sözlərimdir. Sosial şəbəkələrdə insanları məcbur edirlər. Onlara hazır statuslar atırlar, təlimatlar edirlər. Şayiələr yaymağa məcbur edirlər. Belə məsələləri oxuyan zaman yadıma “Böyük Dayaq” filmi düşür. Bu filmdə Yastı Salman, Lal Hüseyn və digərləri Rüstəm bəyi vurub çaya atandan sonra gedirlər. Salman deyir ki, yer ayağımızın altından qaçır, hara gedirik? Deyirlər ki, yeri kürəsi böyükdür, hara istəsək gedəcəyik. Xəbər yayılır ki, Rüstəm kolxozu dağıtdığına  görə, tribuna qarşısında dayanmamaq üçün, özünü çaya atıb. Bu şəkildə xəbər yayırlar. İndi hesab edirəm ki, bu şayiəni yayanlar, təlimatlar hazırlayanlar, müəyyən şəxslərə dedizdirənlər Yastı Salman, Lal Hüseynlərdir”.
R.Nurullayev sonda qarşıdan gələn seçkilərlə bağlı planlarından da danışdı: “Konfranslarımızı keçiririk. Bir neçə konfransımız bitib. Video və şəkillərin hazırlığı gedir. Demək olar ki, hər gün konfranslar keçirilir. Seçki hazırlığı üçün ciddi imkanlarımız olmadı. Hazırlaşa bilmədik. Amma fərd olaraq, buna da vaxt ayırıb, seçkilərə qatılacağıq. Hər bir siyasi qurum, siyasi şəxs seçkilərdə sözünü deməlidir. İnsanlar həmin şəxs və şəxsləri fəal görməlidir. O baxımdan biz də seçkilərə bu şəkildə qatılacağıq”.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam