Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rus-yapon müharibəsi başlaya bilər -Kuril adaları uğrunda yeni cəbhə...

Konstitusiya Putinə bu adaları Yaponiyaya qaytarmağı qadağan edir; Tokionun Rusiya əleyhinə sanksiyalara qoşulması münasibətləri gərginləşdirib - analitikin şərhi

Yenixeber.org: Rusiyanın tarixi işğalçılıq siyasətinin fəsadları Avrasiyanı, dünyanı daim gərginlik, müharibələr içərisində saxlayıb. Rusiya-Ukrayna müharibəsinin getdiyi dönəmdə RF-nin Moldova, Finlandiya, Polşa və nəhayət, Yaponiya ilə də savaşa başlaya biləcəyinə dair ehtimallar, proqnozlar davamlı olaraq verilir. Son olaraq Rusiya-Yaponiya münasibətlərinin gərginləşməsi müşahidə olunur. “Yeni Müsavat” bildirir ki, rus-yapon müharibəsindən bəri Yaponiya ərazisinin bir hissəsinin Rusiyanın işğalında qaldığı bəllidir. Yaponiya Xarici İşlər Nazirliyi bugünlərdə diplomatiya ilə bağlı illik hesabatında bildirib ki, Kuril adalarının cənub hissəsi ölkənin suverenliyinə tabe olan və Rusiyanın qeyri-qanuni işğalı altında olan Yaponiya ərazisidir. Tokio bu məsələni ikitərəfli münasibətlər çərçivəsində həll olunmamış məsələlərin ən ciddisi hesab edir.

Kreml bu bəyanata dərhal reaksiya verib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, “Yaponiyanın Kuril adalarının bir hissəsinin Rusiyanın qeyri-qanuni işğalı altında olması ilə bağlı ittihamını qəbul etmirik”. “Biz məsələnin bu cür təqdim edilməsini qəbul etmirik. Kuril adaları Rusiyanın ayrılmaz hissəsidir”. Yaponiya Rusiyanın işğalında qaldığını hesab etdiyi əraziləri geri qaytarmaq üçün hərəkətə keçə bilərmi?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bildirdiyinə görə, Yaponiya İkinci Dünya müharibəsində məğlub olduqdan sonra ona məxsus Kuril - İturup, Kunaşir, Şikotan adaları keçmiş SSRİ-nin nəzarətinə keçdi: “Müharibədən bir müddət sonra Tokio ilə Moskva arasında danışıqlar başladı. 1960-cı illərdə SSRİ-nin o zamankı rəhbərliyi Kuril adalarından ikisini Tokio ilə sülh sazişi qarşılığında Yaponiyaya geri qaytarmağa razı idi. Ancaq daha sonra SSRİ-də hakimiyyət dəyişikliyi baş verdi və Kreml vədini unutdu. SSRİ dağıldıqdan sonra Tokio müstəqilliyini qazanan Rusiya ilə danışıqlara başladı. Rusiyanın ilk prezidenti Boris Yeltsin adalarla bağlı Tokio ilə razılaşma əldə etməyə yaxın idi. Ancaq Yeltsinin ətrafı buna imkan vermədi. Vladimir Putin prezident seçiləndən sonra Tokio ilə danışıqları davam etdirdi. Ancaq Putin Yeltsindən fərqli olaraq adalar məsələsində güzəştə getməyə hazır deyildi. Danışıqlar nəticə vermirdi. Buna baxmayaraq, Tokio ilə Moskva arasında dialoq davam edirdi, iki ölkə arasında iqtisadi əlaqələr və ticarət genişlənirdi. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə Yaponiya ilə münasibətlərə də mənfi təsir etdi”. Onun sözlərinə görə, Yaponiya Qərbin Rusiyaya qarşı bir sıra sanksiya qərarlarına qoşuldu, bu iqtisadi və ticarət əlaqələrinə mənfi təsir etdi: “Bundan başqa, Rusiyada keçirilən referendumda konstitusiyaya əlavə edilən bəndə görə, torpaq güzəşti qadağan edildi. Bu o demək idi ki, Rusiyanın Yaponiyaya adaları geri qaytarması qanuni yolla qadağan edildi. Yəni Putin və digəri bir gün Kuril adalarını Yaponiyaya qaytarmaq istəsə belə, bunu edə bilməyəcək. Konstitusiya prezidentə Kuril adalarını Yaponiyaya qaytarmağı qadağan edir. Bundan sonra Tokio anladı ki, adaların gələcək taleyi ilə bağlı Moskva ilə dialoqun davam etdirilməsi mənasızdır”.

E.Şahinoğlu hesab edir ki, Çin də Kuril adaları ilə bağlı mövqeyini Rusiyanın xeyrinə dəyişdi: “Çin uzun illər Kuril adaları məsələsində neytral siyasət yürüdürdü. Çinlə keçmiş SSRİ arasında sərhəddə gərginlik 1964-cü ildə baş vermişdi. Pekin həmin ildən başlayaraq Kuril adaları məsələsində Moskvanın mövqeyini dəstəkləməkdən imtina etmişdi. Çinin o zamankı lideri Mao Tsedun faktiki Yaponiyanın adalarla bağlı siyasətinin haqlı olduğunu dəstəkləyirdi. Pekin uzun illər Kuril adaları ilə bağlı mövqe bildirmirdi. Ancaq üstündən 59 il keçdikdən sonra Pekin bu mövqeyini Moskvanın xeyrinə dəyişib. Çin lideri Tsi Cinpin Moskvada Vladimir Putinlə görüşdən sonra Kuril adaları məsələsində bundan sonra Yaponiyanın mövqeyini  dəstəkləməyəcəyini bildirib”.

Qeyd edək ki, Ukrayna Rusiyanın Kuril adalarını rəsmən Yaponiya ərazisi kimi tanıyıb. Qərarı Ali Radanın 287 deputatı dəstəkləyib. Ukrayna parlamenti həmçinin beynəlxalq ictimaiyyəti Yaponiyanın şimal ərazilərinin hüquqi statusu ilə bağlı tədbirləri davam etdirməyə çağırıb. Yaponiya diplomatları 2003-cü ilə qədər adaları rəsmi olaraq “qanunsuz işğal edilmiş”, 2012-ci ilə qədər isə “dədə-baba torpaqları” adlandırırdı. 2012-ci ildən hökumət Rusiya ilə kompromis əldə etmək ümidi ilə bu cür dildən yayınıb. Yaponiya 1956-cı il Adalar Bəyannaməsinə qayıtmağa hazır idi. Həmin sənəddə SSRİ iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra Habomai və Şikotan adalarının Yaponiyaya qaytarılmasına razılıq verib. 2019-cu ildə Yaponiyanın Baş naziri Sindzo Abe Kuril adaları ilə bağlı məsələyə son qoyacağına and içdiyini deyib. Lakin onun dövründəki danışıqlar heç bir nəticə verməyib. Fevralın sonunda Yaponiya Xarici İşlər Nazirliyinin departament direktoru Cənubi Kuril adalarının işğal olunduğunu bildirib. Daha sonra Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi parlamentdəki çıxışında həmin bölgəni “əzəli yapon ərazisi” adlandırıb. O, ayrıca mətbuat konfransında adaların “qanunsuz işğal olunduğunu” vurğulayıb. Bundan sonra rəsmi Moskva martın 21-də sülh danışıqlarını dayandırdığını açıqlayıb.(musavat)

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam