Redaktor seçimi
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Azərbaycanlı deputat ermənipərəst senatora niyə sponsorluq edib? – Məşhur Məmmədov-David Storobin DOSTLUĞUNUN PƏRDƏARXASI-
Saray qəsəbəsində Parket Fabrikinin tikintisinə necə icazə verilib?! –
Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -
Gəncə Dövlət Universiteti ilə bağlı ŞOK FAKTLAR:
Günün xəbəri

“İrəvan da deyir “Qarabağ Azərbaycandır!”, Bakı da” -Ermənistanın keçmiş baş naziri

“İrəvan da deyir “Qarabağ Azərbaycandır!”, Bakı da” - Ermənistanın keçmiş baş naziri

"Ermənistan deyir ki, “Qarabağ Azərbaycandır!”. Azərbaycan da deyir ki, “Qarabağ Azərbaycandır!”. Onda rus sülhməramlılarının sualı yaranır: “bizim burada nə işimiz var?”".

Yenixeber.org: Bu sözləri Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan parlamentdəki dinləmələr zamanı bildirib. 

Qeyd edək ki, “Hayastan” müxalifət fraksiyası parlamentdə Laçın dəhlizindəki vəziyyətlə bağlı dinləmələr keçirib. Dinləmələri Ermənistan parlamentindəki hakim “Mülki müqavilə” fraksiyasının deputatları boykot ediblər

Keçmiş baş nazir Hrant Baqratyan çıxışı zamanı Paşinyan iqtidarını Qarabağ ermənilərinə biganəlikdə ittiham edib.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün də deyir ki, “biz Qarabağla bağlı problem görürük”, yəni Rusiya Qarabağı Azərbaycanın bir hissəsi kimi görmür, lakin erməni tərəfi bu istiqamətdə heç bir iş həyata keçirmir”, - Baqratyan hiddətlə bildirib.Xatırladaq ki, Hrant Baqratyan 1993-1996-cı illərdə Ermənistanın baş naziri olub.  O, hazırda “Erməni Milli Hərəkatı” Partiyasının parlamentdəki deputatıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam