Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Başıma gələnlər Zelenski üçün açıq “mesaj”dır” -Saakaşvili

Yenixeber.org: Bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Almaniyanın “Spiegel” nəşrinə müsahibəsində bildirib.

Sabiq dövlət başçısı deyib ki, Gürcüstan hökuməti Rusiya üçün beynəlxalq sanksiyalardan yan keçmək üçün faydalı alətdir.

Saakaşvilinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin, sələfi Dmitri Medvedev və bu ölkənin xarici işlər naziri onun nəinki fiziki cəhətdən məhv edilməsi, hətta həbs olunaraq Gürcüstanda mühakimə olunması barədə göstəriş veriblər.

“Rusiyadan başqa dünyanın heç bir ölkəsi mənə qarşı irəli sürülən ittihamları və ya hökmləri tanımayıb. Mən Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt əlverişsiz idi - Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl. Ola bilsin, Gürcüstana 2021-ci ilin oktyabrında qayıtmağımı planlaşdıran şəxslər Rusiyanın agentləri olub.

Əslində, mənim doğulduğum ölkə çoxdan Putinin gizli müttəfiqidir”, - Saakaşvili deyib.

O (Volodimir Zelenski-red) Rusiyanın aqressiv müharibəsi başlayanda ölkəni tərk etməkdən imtina etdi, necə ki, mən 2008-ci ildə Rusiya ordusu Gürcüstanı işğal edəndə bu addımı atdım. Biz Gürcüstanda uğurlu islahatlarımıza görə cəzalandırıldıq, necə ki, Zelenski indi oliqarxiya siyasətinə görə bunun bədəlini ödəyir”, - Saakaşvili deyib.

Gələcəklə bağlı planlardan danışan Saakaşvili qeyd edir ki, sağ qalsa, gələcəyini ancaq Ukraynada görür.

“Mən artıq bu ölkənin tarixində öz rolumu oynamışam və azad dünyanın lideri kimi gördüyüm Zelenski ilə işləmək imkanım olduğu üçün inanılmaz dərəcədə şanslıyam. Əksinə, Gürcüstanın bu müharibədə necə Kremlin gizli müttəfiqinə çevrildiyini görmək çox acınacaqlıdır”, - Saakaşvili əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam