UKRAYNAYA HƏRBİ YARDIMIN DƏYƏRİ 30 MİLYARDA ÇATDI –Siyahı + FOTOLAR

Ötən gün Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Ukraynaya 31 “Abrams” tankının tədarük ediləcəyini açıqlayıb.
Yenixeber.org:“Biz Ukraynaya öz ərazisini müdafiə etmək və əks-hücuma keçməkdə kömək etmək niyyətindəyik. Ölkəni azad etmək üçün onlar öz müdafiə imkanlarını artırmalıdırlar. Bu gün biz Ukraynaya 500-dən çox zirehli texnika, o cümlədən 31 ədəd “Abrams” tankı ayırırıq”, - deyə dövlət başçısı bildirib.
Məlumat üçün qeyd edək ki, bu açıqlamadan sonra ABŞ-ın Ukraynaya göndərdiyi hərbi yardımların ümumi dəyəri 30 milyard dollara çatıb.
Britaniyanın “Daily Mail” nəşri ABŞ-ın Ukraynaya göndərdiyi ən bahalı və effektiv döyüş vasitələrinin adlarını və xüsusiyyətlərini araşdırıb.
Həmin siyahını oxuculara təqdim edirik:
“M1 “Abrams” tankı
Bu tankın əsas üstünlüyü onun 120 mm-lik M256 “L44” yivsiz topu və 4000 metr atəş məsafəsinə sahib olmasıdır. 4 nəfərlik ekipajdan ibarət tankın çəkisi 73,6 ton, mühərrik həcmi isə 1500 at gücündədir.

Tankın maksimal sürəti 72 km/saatdır. Son açıqlanan məlumatda ABŞ-ın Ukraynaya 31 ədəd “Abrams” tankı göndərəcəyi bildirilir.
Dəyəri - 400 milyon dollar
Miqdarı - 31 ədəd
“HIMARS” raket sistemləri
ABŞ Ukraynaya 16 Yüksək Mobil Artilleriya Raket Sistemi verəcəyini bildirib. Bu sistem döyüş sursatından asılı olaraq 50 mil məsafəyə altı idarə olunan raket göndərə bilir.

“HIMARS” dünyanın ən qabaqcıl raket artilleriya sistemlərindən biri hesab olunur. Ukrayna artıq bu sistemdən həm əsgərləri, həm də hərbi infrastrukturu məhv etmək üçün istifadə edib.
Dəyəri – Bir raket üçün 5 milyon dollar
Miqdarı – 38 ədəd
“Patriot” hava hücumundan müdafiə sistemi
"Patriot" hava hücumundan müdafiə sistemləri ən qabaqcıl döyüş vasitələrindən hesab olunur. Sistem 40-160 kilometr məsafədəki hədəfləri aşkar edə və eyni anda 32 raket buraxa bilər.

“Patriot” sisteminin bir batareyasının ümumi qiyməti 1 milyard dollardan bahadır. ABŞ dekabr ayında Ukraynaya ilk “Patriot” batareyalarının göndəriləcətini vəd etmişdi.
Dəyəri – Bir batareya 1 milyard, bir raket 10 milyon dollar
Miqdarı - Bir batareya, üstəgəl döyüş sursatı
“Haubitsa”lar (105 mm və 155 mm)
“M777” ABŞ tərəfindən Ukraynaya verilən əsas 155 mm-lik haubitsadır. Bu silah adi artilleriya mərmi ilə 13 mil atəş məsafəsinə malikdir.
Dəyəri – 570 min dollardır
Miqdarı - 232 ədəd
“Mi-17” helikopterləri
Ukraynaya verilən “Mi-17” helikopterləri Sovet istehsalıdır. Rusiyada hazırlanmış hərbi təyyarə 2010-cu illərin əvvəllərində ABŞ tərəfindən Əfqanıstan ordusu üçün alınmışdı.

Taliban ölkəyə nəzarəti ələ keçirdikdən sonar təyyarələr ABŞ-ın envanterinə daxil edildi.
Dəyəri - 17 milyon dollar
Miqdarı – 20 ədəd
“NASAMS” HHM sistemləri
“NASAMS hava hücumundan müdafiə sistemi bir sıra hava təhdidlərini, o cümlədən təyyarələr, qanadlı raketlər və pilotsuz uçuş aparatlarını hədəf ala bilər.

Ukraynaya vəd edilən səkkiz sistemdən altısı ABŞ ordusunun bu ayın əvvəlində verdiyi 1,2 milyard dollarlıq müqavilənin bir hissəsi kimi təhvil veriləcək.
Dəyəri - Ümumilikdə təxminən 2 milyard dollar
Miqdar- 2025-ci ilə qədər səkkiz bataraya veriləcək
“Harpoon” sahil müdafiə sistemləri
Bu system gəmi əleyhinə raketlər üçün nəzərdə tutulub. “Harpoon”un bir raketinin qiyməti 1,5 milyon dollardır.
Dəyəri - Naməlum
Miqdarı - İki sistem
“Phoenix Ghost”, “Switchblade” Taktiki Pilotsuz Hava Sistemləri
Pilotsuz uçuş sisteminin “Phoenix Ghost” və “Switchblade” modelləri ABŞ-ın Ukraynaya təqdim etdiyi müxtəlif dron texnologiyalarından yalnız ikisidir. “Phoenix Ghost” və “Switchblades” müxtəlif hədəflərə hücum etmək üçün nəzərdə tutulub.
Dəyəri - Təxminən 17 milyon dollar
Miqdarı - Təxminən 2500 ədəd
“Javelin” raketləri
Bu raket adətən çiyinlərə quraşdırılmış buraxılış qurğusundan atılır və avtomatik olaraq hədəfinə doğru istiqamətlənir.

İnternet resurslarında Ukrayna əsgərlərinin Rusiya qüvvələrinə qarşı bu raketlərdən istifadə etməsi ilə bağlı bir neçə videogörüntü mövcuddur.
Dəyəri - Hər raket üçün 250 min dollar
Miqdarı - 8500 raket
Müxtəlif radar sistemləri
ABŞ indiyə qədər Ukraynaya müxtəlif radar sistemləri, hava müşahidə sistemləri, əks-artilleriya radarları göndərib.
Dəyəri – naməlum
Miqdarı - Ən azı 86 ədəd
Zirehlər və dəbilqələr
ABŞ Ukrayna qoşunlarının quru əməliyyatlarında üstünlük qazanmaları üçün müxtəlif texniki-təchizat vasitələri göndərib.
Dəyəri -350- 800 dollar
Miqdar – 75 min ədəd
Müxtəlif yerüstü nəqliyyat vasitələri
ABŞ tərəfindən Ukraynaya müxtəlif təyinatlı avtomobillər çatdırılıb. Bura – 100 ədəd zirehli ambulans, 580 ədəd minaya davamlı “MRAP” avtomobili, 100-dən çox yüngül taktiki maşınlar və 1700-dən çox “Humvee” markal abtomobil daxildir.
Dəyəri - Naməlum
Miqdarı – 3199 ədəd
Kiçik kalibrli silah sursatları
ABŞ Ukraynaya atıcı silahlar üçün 100 milyondan çox mərmi göndərib.
Dəyəri- Naməlum
Miqdarı - 111 milyon ədəd
Digər dəstəklər
Digər yardımlara qoruyucu avadanlıqlar, tibbi ləvazimatlar, yüzlərlə generator, üstəgəl təlim üçün maliyyə vədləri daxildir”. “Azpolitika”