Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"BRİKS ölkələri üçün vahid valyuta yaradılmalıdır" -Rusiyadan rəsmi təklif

"BRİKS ölkələri üçün vahid valyuta yaradılmalıdır" -    Lavrov
"BRİKS ölkələri uzaqgörən siyasət və hiylə ucbatından Qərbə və onun maliyyə mexanizmlərinə arxalana bilmir".
Yenixeber.org: Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, BRİKS çərçivəsində hesablaşmalar üçün vahid valyutanın yaradılması zərurəti yaranıb.
“BRİKS ölkələri arasında hesablaşmalarda milli valyutaların payı artıq aktiv şəkildə artır. Artıq BRİKS ölkələrində öz valyutalarının yaradılması üzərində işləmək zərurəti ilə bağlı təşəbbüslər elan edilir.
Səbəb çox sadədir - hər an aldada bilən, öhdəliklərindən boyun qaçıra bilənlərin əlində olan mexanizmlərə etibar etmək olmaz”, - deyən nazir ilk növbədə ABŞ dollarını nəzərdə tutduğunu bildirib.
Onun fikrincə, Qərbin kobud şəkildə sui-istifadə etdiyi qloballaşma modeli çərçivəsində yaratdığı mexanizmlərin hökmranlığından maraqları qorumaq yollarını axtarmaq lazımdır.
Lavrov mətbuat konfransında deyib: “Mən ilk növbədə dolların rolunu nəzərdə tuturam.
Qeyd edək ki, BRİKS beş dövlətin dövlətlərarası ittifaq birliyidir. Bura Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva bazar ertəsi ittifaq daxilində hesablaşmalarda istifadə üçün vahid valyuta MERCOSUR yaratmaq imkanları barədə düşünməyi təklif edib.
O xatırladıb ki, belə müzakirələr BRİKS tərəfindən aparılır. Braziliya prezidenti qeyd edib ki, belə valyutaların yaradılması dollardan asılılığı azaltmağa və ticarəti asanlaşdırmağa kömək etməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam