Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“QAFQAZDA YENİ QÜVVƏ ORTAYA ÇIXIR, BUNDAN NARAHATDIRLAR...” –"Moskvanın sözsüz ki, Vardanyanla bağlı müəyyən planları, ssenariləri var..."

Yenixeber.org: “Diplomatik yolla davam etməliyik, amma hərbi yoldan istifadəyə də hazır olmalıyıq... Paşinyanın sülh danışıqlarını davam etdirməklə bağlı bəyanatlar verir, amma real addımlar atmır”

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu elan edir, lakin əməli addımlar atmır. Bəllidir ki, Ermənistanın bu oyunlararı sonsuza qədər davam edə bilməz, bir məqamda konkret addımlar atmağa məcbur olacaq. Sözügedən məqamın nə zaman yaranacağı isə zaman məsələsidir. Ermənistanın indi müşahidə edilən “inadkarlığı” daha çox İran və Fransadan qaynaqlanır. Ancaq hər iki dövlətin daxilində də ciddi problemlər, qarşıdurmalar müşahidə olunur. Avropa Parlamentinin son qətnaməsi də ermənilərə dəstək kimi görünə bilər, lakin bu qurumdakı korrupsiya əməlləri onun qəbul etdiyi sənədləri mənasız kağız parçasına çevirir, onun deputatların obyektiv fikrini ifadə etdiyini şübhə altına salır.

Ukrayna mövzusunu sabiq diplomat, professor Fikrət Sadıqovla müzakirə etdik:

- Fikrət müəllim, hələ də Qarabağ məsələsini tam həll etmək, habelə Ermənistan-Azərbaycan arasında sülh sazişinə çatmaq mümkün olmur. Ermənistan müharibədən sonra sülh danışıqlarında iştirakda maraqlı görünsə də, hazırda daha çox vaxt uzatmaq və problemin qalmasında maraqlı tərəf kimi çıxış edir. Bu baxımdan situasiyanı necə qiymətləndirirsiniz?

- Qarabağla bağlı məsələ əslində həll edilib. Qarabağda qalan ermənilərə “status” verilməsi ilə bağlı müzakirə aparılması kimi məsələ isə Azərbaycan dövlətinin gündəminə daxil deyil. Sadəcə olaraq Ermənistan-Azərbaycan münasibətlərinin müxtəlif istiqamətində gedən proseslər öz həllini bir çox hallarda tapmayıb. Odur ki, bu məsələlər asılmış vəziyyətdə qalır. Amma biz əlimizdən gələni bütün istiqamətlərdə hərəkət edirik. Bizim artıq Laçın yolunda keçirdiyimiz aksiyada əslində hücumedici diplomatik addıma daha çox oxşayır. Biz dünyaya sübut edirik ki, dinc yollarla məsələni həll etmək fikrindəyik. Və bizim bu istiqamətdə atdığımız addımlar əslində Cənubi Qafqazda stabilliyə, təhlükəsizliyə gətirib çıxaran nəticəyə yönəlib. Biz bundan sonra da bu yolla getməli, belə davam etməliyik. Bəli, bəzi dairələr bizi günahlandırır, ancaq proseslərdə atdığımız addımlar yalnız bizim maraqlarımıza cavab verməlidir. İndiki halda Azərbaycan öz maraqlarını vacib sayır, başqalarının maraqları bu konteksdə əhəmiyyətli deyil.

- Aydındır ki, beynəlxalq oyunlar da gedir. Neçə müddətdir ki, Ermənistan danışıqlar prosesindən qaçır, Tehran, Moskva və Paris də bundan məmnun kimi görünür. Amma Nikol Paşinyan son çıxışında Praqa formatında danışıqların aparılmasına hazır olduğunu elan etdi. İndiki mərhələdə Ermənistan rəhbərliyinin siyasətini necə qiymətləndirmək olar?

- Paşinyan parlamentdə çıxış edərkən elan edib ki, Azərbaycanla sülh sazişinə imza atmağa hazırdır. Amma mən buna şübhə ilə yanaşmağın tərəfdarıyam. Paşinyan uzun müddət ərzində ziddiyyətli bəyanatlarla çıxış edir. Onun son bəyanatının arxasında nələrin dayandığı bizə aydın deyil. Yəni Paşinyan sülh danışıqlarının davam etdirməyə hazır olduğunu elan etməklə yanaşı Qarabağda yaşayan ermənilərin məsələsini də qaldırır. Əgər bizi belə bəyanatlarla aldatmaq istəyirsə, mümkün deyil. Biz belə bəynatları çox eşitmişik.

Digər tərəfdən, görürük ki, Paşinyan xarici qüvvələrin təzyiqi altındadır. Eləcə də daxildə ona təzyiq edən revanşist qüvvələr var. Yəni Paşinyanın addımlarına həm daxildən, həm də xaricdən təsir edən amillər var. Belə bir vəziyyətdə Paşinyanın sülh danışıqlarını davam etdirməklə bağlı bəyanatı sanki demarş xarakteri daşıyır. Yalnız bəyanatlar səslənir, ondan savayı addımlar atılmır. Ermənistan əlindən gələni edir ki, bu məsələni ləngitsin, problemlər yaratsın, maneələr törətsin.

- Bu prosesdə Rusiyanın da rolu və təsiri danılmazdır. Moskva səhnə arxasında danışıqların alınmaması üçün Paşinyana dəstək verirmi? Verirsə, bu hansı formada və səviyyədədir?

- Həqiqət odur ki, Rusiya guya Azərbaycanın tərəfində dayanan kimi görünsə də, bizə əks olmayan bəyanatlarla çıxış etsə də, əslində bizim vasitəmizlə Ermənistana təzyiq etmək istəyir. Nikol Paşinyan nəzarətdən çıxır, Moskvanın razı salmayan bəzi addımlar atır, Rusiyaya qarşı mitinqlər təşkil edir, Avropa İttifaqının (Aİ) sərhəd müşahidəçilərini Ermənistana dəvət edir. Sözsüz ki, bütün bunlar Rusiyanı qıcıqlandırır. Əgər, Rusiya rəsmiləri Ermənistana qarşı bəyanatlarla çıxış edirlərsə, bu o demək deyil ki, ermənilərə qarşı çıxırlar. Onlar əslində Ermənistan hakimiyyətinə qarşı çıxış edirlər. Məsələnin məğzi budur. Rusiyanın münaqişə ilə bağlı indiki siyasətinin mahiyyəti budur.

- Amma Moskva emissarı olan Ruben Vardanyan vasitəsilə Ermənistana təsirlər göstərə bilir...

- Məncə, Xankəndidə baş verənlərə iki rakusdan yanaşmaq olar. BirincisiMoskva Vardanyanı ora göndərib və sözsüz ki, Vardanyanla bağlı müəyyən planları, ssenariləri var. Vardanyanın Xankəndidən sonra Ermənistana transfer etmək və Nikol Paşinyan əvəzləmək planları var. Nikol Paşinyan da bunu yaxşı anlayır. Bu da Ermənistan hökumətinin Qarabağa və separatçılarla bağlı siyasətinin dəyişməsi ilə nəticələnir. İrəvan açıq şəkildə Vardanyanı tənqid edir, Vardanyan da addımları ilə narazılığını nümayiş etdirir.

İkincisi, biz sözümüzü deməklə yanaşı, İrəvan və Xankəndi arasındakı gərginlik fonunda təzyiqlərimizi davam etdirməliyik. Ekofəalların aksiyası, mədənlərimizin talananın qarşısı alınması xəbərlərinin dünyaya yayılması təzyiqin bir yoludur. Təsədüfi deyil ki, bəzi ölkələr bizə qarşı çıxış edirlər. Onlar yaxşı bilirlər ki, Azərbaycan həm masada, həm də sahədə üstün mövqelərə malikdir. Bizim dinc aksiyamız faktiki Vardanyanın nüfuzunu sıfıra endirib. Çünki Xankəndinə gələn Vardanyan Qarabağın çiçəklənməsi, iş yerləri və sair haqda alovlu bəyanatlar verirdi. Biz sübut edə bildik ki, Laçın yolu bizimdir, Ermənistandan Xankəndinə daşınan mallara biz nəzarət edəcəyik, buna yol vernəyəcəyik, qarşısını alacağıq. Dolayısı yolla bu, Xankəndinin nəzarətə götürülməsi prosesidir. Bunu da Vardanyan yaxşı başa düşür. Onun ətrafında olanlar da bunu hiss edərək bir-birilə savaş və münaqişə halındadır. Vitali Balasanyanı vəzifədən uzaqlaşdırıblar. Xəbərlər gəzir ki, “baş prokuror” da istefa ərəfəsindədir, çünki Vardanyan onu təhqir edib və s. Bu həm də o deməkdir real vəziyyət onların arasında qalmaqal yaradıb. Biz yaranan bu vəziyyətdən istifadə etməliyik. Hesab edirəm ki, bu, bizim diplomatiyanın əsas istiqamətlərindən biri olmalıdır.

- Avropa Parlamentinin Laçın yolunun guya bağlanmasını bəhanə edərək Azərbaycana qarşı qəbul etdiyi qətnamənin hansı təsirləri ola bilər? Brüssel formatının artıq dəfn edildiyini söyləmək mümkündürmü?

- Mən düşünmürəm ki, məlum qətnamə ilə bizə qarşı hansısa zərbə vurulsun. Əslində onların qətnamələri mənasız kağızdan savayı bir şey deyil, hüquqi xarakterli sənəd ümumiyyətlə deyil. Bu, hər halda BMT Təhlükəsizlik Şurasının qətnaməsi də deyil. Biz bilməliyik ki, Avropa Parlamentində cəmləşən deputatlar 28 ölkədən seçilən, liberal düşüncəli, amma həm də ermənipərəst qüvvələrə bağlı fiqurlardır. Həm də aydındır ki, Avropa Birliyinin əsas rəhbərliyi deyəndə Şarl Mişel, Ursula fon der Leyen, Cozef Borrel başa düşülür. Əsas siyasəti həyata keçirən də bu şəxslərdir. Onların da Avropa Parlamentindən asılılığı yoxdur. Odur ki, məlum qətnamənin qəbulu o mənanı vermir ki, biz Brüssel formatından imtina edirik və ya Şarl Mişel öz siyasi mövqeyini dəyişir. Əksinə, burada söhbət Avropa Birliyinin fərqli strukturlarından gedir. Bizə məlumdur ki, orada fəaliyyət göstərən deputatlar erməni dairələri ilə sıx bağlıdır. Eləcədə korrupsiya ilə bağlı qalmaqallı duruma düşüblər, özlərini biabır ediblər. Üstəlik Avropa Parlamentində həbslər də aparılıb. Faktiki Avropa Parlamentionin vitse-spikeri saxlanılıb, bəzi deputatlarla bağlı araşdırmalar gedir və s. Deməli, həmin deputatlar sadəcə narahatdırlar. Niyə?

Çünki bölgədə Türkiyə və Azərbaycan tandeminin yaranması müşahidə olunur, Qafqazda yeni qüvvə ortaya çıxır. Bu qüvvə özünü müdafiə etməyə tam hazırdır. Onlar bundan narahatdırlar. Mən düşünmürəm ki, onların Laçın yolunda baş verənlərdən xəbəri olmasın. Onlar dəqiq bilirlər ki, yol açıqdır, blokada mövcud deyil. Odur ki, baş verənlər Azərbaycan və Türkiyəyə qarşı addımlardır. Bunlar açıq şəkildə və uzun illər ərzində Ermənistanı dəstəkləyib. Və zəngin ermənilərlə birlikdə bu siyasət hazırda da davam etdirilir.

- Bakı Brüssel formatına üstünlük verdiyi, nəticə gözlədiyi halda onun üçün xoş olmayan qətnamə ilə üzləşib. Bu mənada indi vasitəçilik təşəbbüsündə daha çox hansı mərkəzin fəallaşması gözləniləndir?

- Burda üç mərkəz var və onlar guya Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya salınmasında və münaqişənin həllində vasitəçilik təşəbbüsü göstərirlər. Hamıya aydın olduğu kimi bunlar ABŞ, Rusiya və Avropa Birliyidir. Avropa Birliyi Brüssel formatını seçib. Amma Brüssel dedikdə biz Avropa Parlamentini nəzərdə tutmamalıyıq. Avropa Birliyinin rəhbərləri Azərbaycanın mövqeyini dəstəkləyirlər. Ursula fon der Leyen dəfələrlə bəyan edib ki, yaranan geosiyasi vəziyyətdə Azərbaycanın Avropanı enerjidaşıyıcılarla təmin etməsi, bizim rəsmi Bakı ilə münasibətlərin üstünlüyüdür. Hətta Azərbaycan və Avropa Birliyi arasında qaz memorandumu imzalanan zaman da onun çox müsbət bəyanatları oldu. Düşünürəm ki, Brüssel formatı öz qüvvəsində qalır. Sadəcə vəziyyət onu göstərir ki, vasitəçi olan aparıcı qüvvələr bir çox hallarda vəziyyəti stabilləşdirmək deyil, öz maraqları naminə regionda mövcudluğunu sübut etmək istəyirlər. Amma bizə masa arxasında əyləşmək heç nə vermir, ortada nəticələr əldə edilməlidir. Biz də heç bir meydandan imtina etmirik. Çünki bizim üçün əsas göstərici nəticədir. Biz bu nəticəni əldə etməliyik. Əgər vasitəçilərdən kimsə hesab edir ki, bizə təzyiq etməklə öz xeyrinə nəticə əldə edə bilər, onlar yayınır. Bunu zaman göstərir və təsdiq edir.

Vasitəçilər arasında olan qarşıdurma da prosesə öz təsirini göstərir. Məsələn, ABŞ, Avropa-Rusiya qarşıdurması konteksində regionda mövcudluğunuı sübut etməsi stabilliyin yaranmasına mənfi təsir göstərir. Bizim bu konteksdə diplomatik addımlar atmaq, müxtəlif meydanlarda çıxış etməyimiz, yaranan durumdan məharətlə istifadə etməyimiz üstünlüyümüzə gətirib çıxaracaq. Bu oyunçular başa düşməlidir ki, Azərbaycan heç kəsin təzyiqinin altına düşməyəcək. Hazırda Cənubi Qafqazda ən güclü dövlət Azərbaycandır. Odur ki, qətnamələr, bəyanatlar və müxtəlif gedişlər bizi tutduğumuz yoldan döndərməyəcək. Bundan sonra da diplomatik yolla davam etməliyik, həmçinin hərbi yoldan istifadəyə də hazır olmalıyıq. Bizim güclü hərbi müttəfiqlərimiz var, yanımızdadır. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam