Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Kanada mətbuatı Fransanın antisülh siyasətindən yazıb

 

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olur” sərlövhəli məqalə dərc olunub.

Yenixeber.org: Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi  və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, Fransa Senatı tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozaraq Azərbaycan ərazisində yaradılmış, Qəzzadakı HƏMAS hökuməti ilə eyni beynəlxalq legitimliyə malik erməni separatçı qurumu olan “Dağlıq Qarabağ Respublikası”nın Fransa tərəfindən tanınmasını tələb edən qətnamənin qəbul edilməsi anlaşılan olmamaqla yanaşı, yolverilməzdir.

Qeyd olunub ki, iki post-sovet respublikası arasında sərhədlərin delimitasiya olunmamasına rəğmən, cari ilin sentyabrında tərəflər arasında hərbi qarşıdurmanın qızışdığı bir vaxtda Azərbaycanı “erməni ərazisi”ndən çıxmağa çağıran Fransa Senatı bu hərəkəti ilə odun üstünə yanacaq əlavə edib, habelə sərhəddə qarşıdurmanın təşəbbüskarı erməni təxribatçıları olsa da, azərbaycanlıların ölümünə məhəl qoymadan məsələyə birtərəfli yanaşıb.

Müəllif Fransa Senatının qətnaməsinin məcburi xarakter daşımaması və heç bir hüquqi qüvvəyə malik olmaması müstəvisində sözügedən qətnamənin hələ də hər iki ölkə arasında sülh prosesinə ciddi əngəl törətdiyini diqqətə çatdırıb. Bu mövqeyini Fransa Prezidenti Emmanuel Makronun verdiyi qərəzli ermənipərəst bəyanatlarla əsaslandıran israilli politoloq əlavə edib ki, Makron “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına heç vaxt çağırış etməsə də, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın tərkib hissəsi kimi tanınmış Qarabağın “mübahisəli ərazi” olduğunu israrla iddia edib.

Məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev cari il dekabrın 7-nə planlaşdırılan, Aİ rəhbəri və Makronun iştirakı ilə nəzərdə tutulan görüşü ləğv edib və Makronun anti-Azərbaycan mövqe tutduğunu, Bakını təhqir etdiyini və buna görə də sülh danışıqlarında heç bir rol oynamamalı olduğunu vurğulayıb: “Makron Azərbaycana həmlə edib, etmədiklərimizə görə bizi ittiham edib. Aydındır ki, Fransa bu şəraitdə, belə bir münasibətlə Azərbaycan və Ermənistan arasında sülh prosesinin bir hissəsi ola bilməz”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: https://www.thej.ca/2022/12/01/france-hinders-azerbaijan-armenia-peace-process/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam