Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Separatçılar Bakıya meydan oxudu -onlara “Vaqner”çilər də təlim keçir?

 

Erməni terrorçu dəstələri bütün “qırmızı xətt”ləri aşdı; separatçılarla “sülhməramlılar” hərbi ittifaqda - nə etməli...

Yenixeber.org: Qarabağ anklavında rus hərbçilərinin himayəsinə sığınan separatçı-kriminal ünsürlər özlərini daha həyasız aparmağa başlayıblar. Mövqelərimizin az qala hər gün atəşə tutulması bunun bariz sübutudur. Dünən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən hətta Şuşa və Tərtər istiqamətlərində yerləşən mövqelərimizə də atəş açılıb.

Hələ harasıdır, erməni quldurları və onların rəhbərləri “ordu islahatları”ndan dəm vururlar - özlərini sanki “dövlət” hesab edərək. Bu da növbəti fakt. Mifik “artsax”ın qondarma “təhlükəsizlik şurası”nın katibi, Azərbaycanın beynəlxalq axtarışa verdiyi cinayətkar Vitali Balasanyan deyib ki, “artsax ordusu” buraxılmayacaq.

“Əksinə, ordunun müasir şəraitə uyğunlaşdırılması üçün struktur dəyişiklikləri aparılıb. "Artsax respublikası"nın hərbi-siyasi hakimiyyətinin vahid mövqeyi silahlı qüvvələri nəyin bahasına olursa-olsun qoruyub saxlamaq, onları həm insani, həm də müasir texniki resurslarla təchiz etmək və silahlı qüvvələrin döyüş tapşırıqlarını yerinə yetirməkdən ibarətdir", - deyə o bildirib.

“Döyüş tapşırıqlarını yerinə yetirmək...” Yəni kriminal elementlər artıq açıq-aşkar Azərbaycanı yeni terror hücumları ilə hədələyirlər. Diqqət edin, söhbət adi atıcı silahlarla silahlanmış quldur dəstələrindən yox, hərbi texnikaya və sistemlərə malik qanunsuz qruplaşmalardan gedir. Halbuki 10 noyabr kapitulyasiya sənədinə görə (bənd 4) Rusiya “sülhməramlı” kontingentinin müvəqqəti nəzarət zonasında silahlı erməni polisi belə ola bilməz!

Demək, “artsax ordusu”nun “dirildilməsi” və daha da ayaqlanmasında bilavasitə Rusiya maraqlıdır. Odur ki, haqlı sual yaranır: rus hərbçiləri Qarabağa qeyri-legitim erməni hərbi birləşmələrini tərk-silah etməyəcəkdilərsə, Azərbaycan onların gəlişinə niyə icazə verməli idi? Bunu elə özü edərdi də. Amma yenə Azərbaycan eləməli olacaq. Bu dəfə rus hərbçilərinin gözü qabağında. Baxarıq görək, Rusiya hərbçiləri hansı əsasla öz ərazimizdə komandolarımıza maneə yaradacaq.

Növbəti “Qisas” əməliyyatı keçirə bilərik

Çıxan nəticə həm də budur ki, Bakı 2025-ci ildə “sülhməramlılar”ın mandatını yüz faiz uzatmayacaq. Zatən Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də, Zəfər Günündə Şuşada elədiyi bayram çıxışında bunun anonsunu verdi. Bildirdi ki, “sülhməramlılalrın” qalma müddəti 10 noyabr üçtərəfli sənəddə əksini tapıb". Yəni 5 il! Onun da iki ili artıq arxadadır.

Hələliksə belə görünür, separatçılarla Rusiya kontingenti torpaqlarımızda az qala, hərbi ittifaq yaradıb, əl-ələ verib “artsax orsusu”nu qurmaqla məşğuldurlar. Bu yaxınlarda yeni Laçın yolu ilə anklav ərazimizə rusun “loyallığı” fonunda döyüş sursatlarının daşınması bunun əlavə sübutu sayıla bilər. O da məlum olur ki, Qarabağa rahat şəkildə Ermənistan istehsalı olan minalar da keçirilib. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ordumuzun mühəndis-istehkam hissələrinin minatəmizləmə tədbirləri nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı qüvvələri tərəfindən qurulmuş piyada əleyhinə mina sahəsi aşkar edilib.

Üstəlik, Azərbaycan KİV-lərində hüquq-mühafizə orqanlarına istinadən məlumatlar dərc olunur ki, Qarabağdakı qanunsuz birləşmələrə Rusiyanın özəl hərbi-terror qurumu olan “Vaqner”in təlimatçıları tərəfindən təlim keçirilir, Rusiya “sülhməramlıları” isə öz maşınları ilə onlara silah-sursat çatdırır.

Bu mənada erməni qanunsuz hərbi birləşmələrini tərk-silah eləmək əvəzinə, onların daha da güclənməsini şərait yaradan Rusiyaya rəsmi Bakının olduqca sərt sualları olacaq. Əsas sual isə açıqdır və aktuallaşmaqdadır: qanunsuz hərbi birləşmələri kim zərərsizləşdirəcək - Rusiya, yoxsa Azərbaycan? Bunu Moskva eləməsə (görünür ki, etməyəcək), yüzdə-yüz Bakı həyata keçirəcək. İstənilən halda, separatçı-quldurların dərsi mütləq veriləcək. Özü də tezliklə. Çünki onlar artıq bütün “qırmızı xətləri” keçiblər...

“Sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidə erməni terrorçuların intensiv təxribatlar törətməsi sülhməramlıların öz vəzifə və öhdəliklərini yerinə yetirə bilməməsinin növbəti sübutudur”.

Bunu erməni terrorçuların Füzuli və Xocavənddə törətdiyi təxribat haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert xəbərdarlıq edib ki, atəşkəsin rusların nəzarət etdiyi ərazilərdən pozulması Azərbaycanı adekvat addımlar atmağa vadar edir və “sülhməramlılar” öz vəzilərini yerinə yetirməyə bacarmayacaqları təqdirdə ordumuz Fərrux və digər ərazilərdə keçirdiyi əməliyyatları təkrarlayacaq: “Azərbaycan dövləti heç vaxt erməni terrorçuların ölkəmizin ərazisində qalmasına və Silahlı Qüvvələrimizin şəxsi heyətinin həyatına təhlükə törədəcək fəaliyyət göstərməsinə göz yuma bilməz. Yaxın günlərdə belə təhdidlərin aradan qaldırılması üçün ordumuzun daha sərt şəkildə addımlar atacağı istisna olunmur. Əgər rus sülhməramlılar öz vəzifələrini yerinə yetirməsə, ordumuz daha əvvəl Fərrux, Buzdux, Qırxqızda, Laçın, Sus və Zabuxda olduğu kimi, təşəbbüsü öz əllərinə alaraq separatçı tör-töküntüləri olan erməni terrorçuları məhv edəcək”.Proses buna doğru gedir... “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam