Redaktor seçimi
Solovyovun hiddəti, Simonyanın “qeyrəti” və inildəyən əsgərlər – 
Azərbaycan xarici siyasətində yeni istiqamət:
Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia -
İranla nə baş verir, nə etməli? -
Danışıq bitdi, Paşinyan yeni müharibə istəyir -
İranda nə baş verir: etiraz, yoxsa inqilab? -
“Ağazadə”lərin eyş-işrəti... — Ayətullahlar şiələrin pulunu hara xərcləyir? /
“Laçın dəhlizi” əməliyyatı: Bakı nəyə hazırlaşır?-
Günün xəbəri

“PUTİNİ ƏVƏZLƏMƏKMİ? ÖZ ARZULARINIZDAN QORXUN!” –“Rusiyadakı vətəndaş müharibəsi daha dəhşətli olacaq...”

Vladimir Putin hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə Rusiyanı nələrin gözləyəcəyi böyük maraq doğurur. Rusiyadakı idarəetmə sistemi elə ierarxik formada qurulub ki, hakim dairədə meydana gələcək istənilən təlatüm ölkəni büsbütün dərin böhrana sala bilər. Hazırda Rusiya tarixinin çətin dövrlərini yaşayır və perspektivdə ölkənin parçalanma ehtimalı var. Qərbdə bu məsələyə çox diqqətlə yanaşırlar və çoxsaylı nüvə bombasına sahib olan Rusiyada xaos yarana biləcəyini ciddi təhlükə hesab edirlər.

Yenixeber.org: ABŞ-ın “Newsweek” nəşri “Putini əvəzləməkmi? Öz arzularınızdan qorxun” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqalənin tərcüməsini təqdim edirik: ”Bu ilin əvvəlində ABŞ Prezidenti Co Bayden Varşavadakı çıxışında bildirmişdi ki, Vladimir Putin hakimiyyətdə qala bilməyəcək. Onun diqqət çəkən bu bəyanatı nədən xəbər verirdi? Rusiyaya qarşı birlikdə hərəkət etmək məsələsində Qərbdə konsensus yaransa da, bu bəyanat müttəfiqlərin ciddi narahatlığına səbəb olmuşdu. Co Baydenin bu kəskin çıxışından sonra ABŞ Prezident Administrasiyasından qeyd etmişdilər ki, Prezident heç də Rusiyada rejimin dəyişdirilməsinə çağrış etmir.

Əslində, Bayden əksər siyasətçilərin düşündüklərini dilə gətirmişdi. Həmin məntiqə görə, Rusiya rəhbərliyinin dəyişdirilməsi nəticəsində Moskva daha az dalaşqan və Qərb üçün daha açıq olacaq. Amma Qərb strateqləri Rusiya daxilindəki siyasi reallığı və bu ölkənin tarixini qətiyyən nəzərə almırlar...

Rusiya idarə edilmə baxımından çox mürəkkəb dövlətdir. Onun rəhbərləri həmişə hakimiyyət vertikalına, çar dönəmində meydana gəlmiş və sövet hakimiyyətinin də istifadə etdiyi mərkəzləşdirilmiş idarəetmə strukturuna söykəniblər. Nə vaxt ki, hakimiyyətə yeni liderlər gəlib, onlar dövlət və cəmiyyət üzərində öz nəzarətlərini möhkəmləndirmək üçün xeyli işləməyə məcbur qalıblar.

Hətta ekspertlər bəzən Rusiyanın yeni liderlərinin qarşısında dayanan işlərin çətinliyini anlamırlar. Yeni liderlər öz hakimiyyətlərini saxlamaq üçün strateji cəhətdən zorakılığa yol verməyə məhkumdurlar.

Kuba raket böhranından sonra Nikita Xruşovu Leonid Brejnev əvəzləyəndə bir çox insan Qərb və Şərq arasındakı münasibətlərin yaxşılaşacağına ümid bəsləyirdi. Lakin ümidlər qırıldı, Sovet İttifaqı daha mühafizəkar və müdafiəyə meyilli yol tutaraq Qərbdən uzaqlaşdı.

Hətta Mixail Qorbaçov da Baş katib seçiləndən sonra öz hakim mövqeyini möhkəmləndrimək üçün çox ciddi daxili mübarizəylə qarşılaşmışdı. O, iqtisadiyyatın bərpası və canlandırılması sayəsində Moskvanın beynəlxalq arenadakı üstünlüyünü dirçəltməyə can atırdı. Onun cəhdləri Ronald Reyqan ilə xüsusi münasibətlərin qurulmasına imkan yaratmışdı və ümumi nəticədə silahların azaldılması və əməkdaşlığın genişlənməsi ilə bağlı bir neçə müqavilə imzalanmışdı.

Rusiya Federasiyasında yeni liderlər də anoloji çətinliklərlə qarşılaşıblar. Onlar öz mövqelərinin sarsılmaması üçün güc tətbiq etmək məcburiyyətində qalıblar. Məsələn, Boris Yeltsin öz hakimiyyətini saxlamaqdan ötrü, ölkə daxilində zorakılığa əl atdı. Elə onun kimi Putin də ölkəyə nəzarət etməkdən və öz hakimiyyətini gücləndirməkdən yana çeçenlərə qarşı zor tətbiq etmişdi. Hər iki lider Çeçenistana qarşı müharibə aparıblar. Putini əvəzləyəcək istənilən adam güclü və hakimiyyət strukturlarında dərin kök atmış rəqiblərlə üzləşəcək və onun hakimiyyətdə qalması belə bir çətinliyin öhdəsindən necə gəlmək bacarığından da asılı olacaq. Putinin xələfi zorakılığıa yol verməsə, hakimiyyəti öz ətrafında cəmləyə bilməyəcək.

Hazırda Rusiya kəskin demoqrafik dəyişiklik yaşayır, onun slavyan əhalisi getdikcə azalır, Orta Asiya mənşəlilərin və milli azlıqların sayı artır. Putinin yerinə gələn şəxs daxili müxalifətlə toqquşacaq və hakimiyyətin qorunması üçün güc tətbiqinə məcbur olacaq.

Putin hakimiyyətdən uzaqşlaşdırıldıqdan sonra Çeçenistan yenidən qiyam qaldıracaq və Rusiyadan qoparaq müstəqillik əldə etməyə çalışacaq. Əgər Rusiya regionlarındakı müsəlman əhalisinin sayının artmasını nəzərə alsaq, onda onların da üsyan qaldıracaqları ehtimalı hesabdan silinməməlidir.

Slavyanlarla Orta Asiyadan gəlmələr arasındakı münasibət o dərəcədə gərgindir ki, vətəndaş müharibəsinin başlaması tam reallıq kimi görünür. Belə dəhşətli ssenarilər tamamilə realdır və dünya bunları nəzərə alıb lazımi nəticə çıxarmalıdır.

Putini əvəzləyəcək şəxsin mövqeyi zora söykənəcəyi üçün o, dərhal Qərbin etirazı ilə qarşılaşacaq. Ümumi mövcud vəziyyət yeni liderdən geniş güc tətbiqi tələb edəcəyindən onun Qərblə daha konstruktiv münasibətlər qurması müşkülləşəcək.

Bəzi amerikalılar Putinin yerini tutacaq namizəd kimi Xarici İşlər naziri Sergey Lavrovun adını çəkirlər. Ancaq Lavrovun diplomat olması Rusiya lideri roluna uyğun gəlmir. Putinin yerinə gətiriləcək adamın kəşfiyyat orqanlarından seçiləcəyi ehtimalı daha yüksədir və həm də bu şəxs Rusiya ilə Qərb arasında münasibətlərin yenidən inteqrasiya edilməsini istəməyən adamlara yaxın birisi olacaq. Putinin gələcək xələfinin Qərblə kompromisə getməyə hazır olacağı az ehtimal olunur.

Ölkədəki elektoratın tələblərinə cavab vermək və Rusiya cəmiyyətini öz ətrafında sıx birləşdirmək üçün yeni liderin Vaşinqton və NATO-ya qarşı kəskin çıxış edəcəyi variantı daha inandırıcı görünür.

Əgər ABŞ Prezidenti Ronald Reyqan dönəmində Qorbaçova qarşı Putin kimi rəftar edilsəydi, kommunizmin çokməsinə səbəb olan yenidənqurma baş verməyəcəkdi və Sovet İttifaqı bu günə qədər mövcud olacaqdı. Reyqanın böyüklüyü onda idi ki, kommunizmə nifrət etməsinə baxmayaraq, həmişə sovet liderlərinə hörmətlə yanaşırdı və heç zaman açıq şəkildə onları alçaltmamışdı.

Baydenin Varşavada söylədiyi sözlər Putinin mümkün varisinin işini mürəkkəbləşdirir, çünki o, Amerikanın siyasi oyunlarında sıravi bir şəxs olmadığını sübuta yetirməlidir. ABŞ Prezidentinin sözləri Rusiyanın gələcək liderini ölkə daxilində təzyiqi artırmağa və Qərbə qarşı durmağa vadar edəcək.

Ola bilər ki, Putini devirmək bir çox Qərb xüsusi xidmət orqanlarının arzusuna uyğun gəlir, amma orada dünyanı gözləyən çətinliklər nəzərə alınmır, çünki hakimiyyətə yiyələnən yeni rəhbərə öz liderliyini möhkəmləndirmək lazımdır. Ən təhlükəlisi odur ki, Rusiyadakı vətəndaş müharibəsi nəticəsində meydana çıxacaq qarşıdurma Ukraynadakı müharibədən daha iri miqyaslı və dəhşətli olacaq.“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam