Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Putinin Vardanyandan "xəbəri yoxmuş" –Ruben isə pul gücünə hakimiyyətə gəlir

 

Azərbaycan siyasətşünasılığında bir köhnə və sağalmaz mərəz var: az informasiya əsasında uzaq gedən nəticələr çıxarmaq, ən adi hadisələrin arxasında mütləq böyük və məchul qüvvələrin durduğunu iddia etmək.

Yenixeber.org: İndiyədək yüzlərlə belə yanlış şərhlər etmiş, yanlış nəticələr çıxarmş, yanlış qənaətlərə gəlmişik. Ancaq bir çox hallarda politoloqlarımızın ümumi istiqaməti anındaca düzgün müəyyənləşdirmələrinin, əsas məqamları doğru təsbit etmələrinin şahidi oluruq.

Bu barədə uzun-uzadı ricət vermədən birbaşa mətləbə keçək. Bu gün mediamızda yer alan şərhlərdən daha birinin əsl qatına, astar üzünə dair detallar məlum olub. Bu, Rusiyada varlanıb milyarder olmuş, hazırda Qarabağın dağlıq hissəsindəki separatçı qurumun dövlət naziri postunu pulla almış erməni əsilli Ruben Vardanyanla bağlıdır.

Dünənə qədər çoxumuz əminliklə iddia edirdik ki, Vardanyanın öz “cənnət”in ayrılıb gəlib ermənilər üçün “cəhənnəm”ə dönmüş bölgəyə yerləşməsi Kremlin, konkret olaraq Rusiya prezidenti Vladimir Putinin layihəsidir və mahiyyət etibarilə bizə təzyiq səciyyəsi daşıyır.

999.jpg (428 KB)

Olduqca etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, bu barədə Azərbaycan lideri ilə Rusiya prezidenti Vladimir Putin arasında ötən həftə Soçidə keçirilən görüşdə söhbət olub. Cənab Əliyev bu yerdəyişməyə narazılığını bildirib və Putin Əliyevə deyib ki, onun bundan, yəni Vardanyanın hərəkət trayektoriyasından xəbəri yoxdur.

Lakin fakt odur ki, Ruben Vardanyanın Qarabağa gəlişi Rusiyanın müvafiq dövlət orqanları tərəfindən təşkil olunub. Əgər Putin öz sözlərində səmimidirsə və onun gerçəkdən də “Vardanyan proje”sindən xəbəri yoxdursa, bu, o deməkdir ki, Rusiya rəhbərliyinin ikinci eşelonunda bu işi düzüb-qoşan qüvvələr var.

Əslində əsas ehtimal belədir: Rusiya tərəfi görürdü ki, Qarabağ erməniləri Azərbaycanla dialoqa da, Azərbaycan vətəndaşlığını da qəbul etməyə də hazırdırlar. Tezliklə belə danışıqlar başlamalı idi. Vardanyan ssenarisinin ortaya atılması prosesi pozmaq üçün nəzərdə tutulub. Bu, məsələnin dinc yolla tənzimləməsi prosesini pozmaq və Rusiyanın Qarabağda mövcudluğunu təmin etməyə yarayır.

xankendi_aksiya1667197073.jpg (81 KB)

Xankəndidə təşkil edilən izdihamlı mitinqin (hər halda görüntü beləydi, fotoşop məhsulu olması ehtimalını nəzərə almasaq) A.Volkov, A.Arutunyan və R.Vardanyan tərəfindən təşkil olunmsı sirr deyildi. Gələn informasiyalarda Vardanyanın A.Volkovu pulla tam ələ alması, Arayik Arutunyana isə böyük məbləğdə pul verməsi dəqiqdir.

Belə analaşılır ki, öz gələcək rifahını lazımınca təmin etmiş, müharibənin ortasında milyonçuya çevrilmiş A.Arutunyan tezliklə Qarabağı Vardanyana buraxacaq və bölgəni tərk edəcək. Əlbəttə, Ermənistana və ya başqa bir ölkəyə gedib-getməməsindən asılı olmayaraq, o, cinayətkardır və Azərbaycan onun təkcə “Gəncə mənim əmrimlə vurulub” etiraf-ifadəsini əlində əsas tutaraq cinayət təqibini davam etdirməlidir və yəqin ki, elə də edəcək. A.Volkovin da söykənə-söykənə irəlilədiyi divarın qurtarmasına bir şey qalmayıb.

İndiki halda Azərbaycanı Xankəndiyə münasibətdə və istiqamətdə dayandıran yeganə amil 3 tərəfli bəyanat əsasında götürdüyü öhdəlikdir. Bu öhdəlik 2025-ci ilin noyabr ayında qüvvədən düşəcək. 2025-ci ilin noyabrdan sonra Qarabağda bir nəfər də rus əsgəri qalmayacaq. Bəlkə də daha tez. Ondan sonra ağa durur, ağacan, yəni Vardanyan durur.

777.jpg (34 KB)

Azərbaycan tərəfi öz mesajını hələ Soçidəykən verib: rəsmi Bakı Ruben Vardanyanın Xankəndidə at oynamasına imkan verməyəcək. Bəlkə o da digər sələfləri - Köçəryan və Sarkisyan kimi “respublika başçısı” ola, oradan da Ermənistan rəhbərliyinə transfer olunmağı düşünür, amma fakt budur ki, onun Dağlıq Qarabağda Arkadi Volski kimi geniş səlahiyyətli hökmdar olması mümkün olmayacaq.

Vardanyanın belə bir avantüraya qol qoyması isə böyük ehtimalla siyasi ambisiyası ilə bağlıdır. O, pul qazanmağı düşünsəydi, bunu ya Rusiyada, ya da Ermənistanda edərdi – necə ki indiyə qədər edib. Güman ki, Vardanyan özünü siyasət arenasında təsdiq etmək, əvvəlcə Xankəndidə, daha sonra isə Ermənistanda dövlət başçısı statusuna yüksəlmək istəyir.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam