Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Hərbçilərimiz Arazın sahilindən Murova qədər kifayət qədər üstün və strateji mövqedədir" -RƏY

“Hərbçilərimiz hazırda bütün sərhəd boyunca, həmçinin Araz çayının sahilindən Murova qədər olan ərazilərdə kifayət qədər üstün və strateji mövqelərdə yerləşib. Hazırda Azərbaycan onilliklər boyu nəzarət edə bilmədiyi torpaqlarına nəzarət edir”.

Yenixeber.org:  Bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi nəticəsində həm Qarabağ ərazilərini, həm də Şərqi Zəngəzur bölgəsini düşmən tapdağından azad edib:

“Müharibədən sonrakı dövrdə də Azərbaycan ordusunun və Dövlət Sərhəd Xidmətinin hissə və bölmələri qarşı tərəfin təxribatlarına kifayət qədər tutarlı və adekvat cavablar verib. Bu proseslər nəticəsində hərbçilərimiz hazırda bütün sərhəd boyunca, həmçinin Araz çayının sahilindən Murova qədər olan ərazilərdə kifayət qədər üstün və strateji mövqelərdə yerləşib. Bu mövqelərin bir çoxu son erməni təxribatlarından sonra nəzarətə götürülüb. Sentyabr ayının 12-dən 13-nə keçən gecə cəmi 7 saat davam edən döyüşlər nəticəsində Azərbaycan ordusunun bölmələri Zəngilandan başlayaraq Laçın və Kəlbəcərdən Daşkəsənə qədər olan ərazilərdə 74 mövqeni, habelə strateji yüksəklikləri nəzarətə götürüb. Hazırda silahlı qüvvələrimizin hissə və bölmələri ermənilərin bütün manevrlərinə, onun yerdəyişmələrinə və təxribatlarına adekvat cavab vermək üçün kifayət qədər üstün mövqelərdə yerləşib. Bu əməliyyatlar nəticəsində qarşı tərəf çoxlu texnikasını və yüzlərlə canlı qüvvəsini itirib. Həmçinin bir çox hərbi texnika Azərbaycan tərəfindən qənimət olaraq götürülüb. Bütün bu yaşanan hadisələr ordumuzun qarşı tərəflə müqayisədə nə qədər peşəkar və üstün imkanlara malik olduğunu deməyə əsas verir”.

Ədalət Verdiyev
Ədalət Verdiyev

Ə.Verdiyev vurğulayıb ki, Azərbaycan qəhrəman ordusunun və müzəffər Ali Baş Komandanın gücü, xalqımızın dəstəyi sayəsində əməliyyatlar teatrını Ağdam, Goranboy, Tərtər, Horadiz istiqamətindən tarixi torpaqlarımız istiqamətinə dəyişə bilib:

“Azərbaycan ordusunun və Dövlət Sərhəd Xidmətinin bölmə, hissə və birlikləri düşmənin əhəmiyyətli kommunikasiya xətlərinə, təminat və təchizat yollarına nəzarət edir. Bölmələrimizin mövqelərinə yollar çəkilir, həmin mövqelər mühəndislik baxımından daha da möhkəmləndirilir. Gələcəkdə düşmən təxribatlarının qarşısının alınması üçün zəruri olan bütün fəaliyyətlər tam həcmdə yerinə yetirilməkdə davam edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam