Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Laçın yolu müəmması -sülhməramlıların üç postu hələ də qalır

 

Hərbi ekspert: “Laçın şəhərində və ətrafında Rusiya sülhməramlılarının bütün postları tam şəkildə yığışdırılıb, blok-post başqa şeydir, daşınma-müşahidə başqa şeydir”

Yenixeber.org: Azərbaycanın Yuxarı Qarabağ bölgəsindən Ermənistana gedən Laçın yolu ilə bağlı müəmma ortaya çıxıb. Sentyabrın 19-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yer alan xəritədə Laçın şəhəri sülhməramlı kontingentin nəzarətində olan ərazi kimi verilib.

Bir gün sonra-sentyabrın 20-də isə Rusiya Müdafiə Nazirliyinin saytı Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və Ermənistana gedən Laçın yolunu əhatə edən nəzarət zonasının xəritəsini yeniləyib. Xəritədən Laçın rayonu ərazisində Rusiya hərbi kontingentinin 3 müşahidə postunun olduğu görünür, ancaq hər hansı məntəqənin adı verilmir.

Novator.az bildirir ki, İkinci Qarabağ müharibəsinin bitdiyi 10 noyabr 2020-ci ildən Laçın rayonunun bir hissəsi Yuxarı Qarabağdan Ermənistana gediş-gəliş üçün ayrılıb. Həmin yolun üstünə düşən Laçın şəhərinə və rayonun Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux kəndlərinə Rusiya sülhməramlı kontingenti nəzarət edib. 2022-ci il avqustun 11-də Laçın şəhəri və rayonun kəndlərindən yan keçən yeni yolun inşası bitib, avqustun 26-da Laçın rayonunun tam azad edildiyi, avqustun 30-da Rusiya sülhməramlı kontingentinin yeni yolun mühafizəsinə keçdiyi bəyan olunub.

Ötən həftə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib ki, Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizi boyunca yeni yol 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacaq.

“Son bir ay ərzində görülən işlərin əsas nəticəsi Laçın dəhlizi boyunca yeni yolun 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacağı ilə bağlı ümumi anlaşmanın əldə olunması olub. Bununla yanaşı, avqustun 30-dan etibarən Laçın şəhərindən və zona daxilində yerləşən digər yaşayış məntəqələrindən yan keçən köhnə dəhliz yolunun təhlükəsizlik zolağında yerləşən müvəqqəti marşrutla hərəkət həyata keçirilir”, - deyə rusiyalı diplomat vurğulayıb.

O qeyd edib ki, Ermənistan və Azərbaycan tərəfləri arasında razılaşma nəticəsində və Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılaraq avqustun 24-də köhnə dəhliz marşrutunun təhlükəsizlik zolağında yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürülməsi başa çatıb: “Laçın dəhlizinin iş rejiminin dəyişməməsi əsas əhəmiyyət kəsb edir. Rusiya sülhməramlıları müvəqqəti yola köçürülüb və 2023-cü il aprelin 1-dək onlar yeni marşruta keçəcəklər”.

Onun sözlərinə görə, həm Bakı, həm də İrəvan o mövqedən çıxış edirlər ki, Laçın dəhlizi ətrafında bütün məsələlərin həlli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına ciddi şəkildə uyğun aparılmalıdır. Bu açıqlama özü də bu mövzuda suallar yaradır. Ermənilər Laçın yoluna çıxırlar, amma Şuşanın Qaladərəsi kəndi istiqamətindən isə yeni yola yönləndirilirlər. O halda, “tam istifadəyə verilənədək "yeni yol 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacaq" nə deməkdir? Rusiya sülhməramlıları xəritədə niyə dəyişiklik etməyiblər?

Ukraynanın Vətən müharibəsi - ilin sonunadək Rusiya ordusu məhv ediləcək?

 Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirdi ki, Rusiya Müdafiə Nazirliyi xəritədə tez-tez dəyişikliklər edərək bəzi postları əlavə edir, bəzilərini ixtisar eləyir. Bəzən bu, təxribat xarakteri də daşıyır. Rus sülhməramlılarının belə addımlara əl atması başadüşülən deyil: “Laçın şəhəri artıq Azərbaycan Ordusunun nəzarəti altındadır. Yeni çəkilən yolda bəzi tamamlama işləri görülməyib. Köhnə Laçın yolunun bəzi kəsişmə hissələrində Rusiya sülhməramlılarının hələ ki qalması bu səbəbdəndir. Baxmayaraq ki, Laçın şəhərində və ətrafında Rusiya sülhməramlılarının bütün postları tam şəkildə yığışdırılıb. Blok-post başqa şeydir, müşahidə başqa şeydir. Hesab edirəm ki, ermənilərin çəkməli olduğu yol hələ tam şəkildə hazır olmadığından müvəqqəti olaraq daşınma-müşayiət həyata keçirilir. Yəni ermənilər rus sülhməramlılarının müşayiəti ilə köhnə Laçın yolunun müəyyən keçid hissələri vasitəsilə gedib-gəlirlər. Lakin bir daha deyirəm, köhnə Laçın yolunda sülhməramlıların blok-postları yoxdur. Yayılan məlumatların və verilən açıqlamaların izahını mən bu cür edərdim. Ermənistan yeni yolun Ermənistan ərazisindən keçəcək hissəsini vaxtında hazır etmədilər. Bu işi də Ermənistan yubada-yubada gedir. Gözləyək görək, gələn ilin aprelin 1-dək yolu tam hazır vəziyyətə gətirəcəkləri vədlərinə əməl edəcəklərmi? Hesab edirəm ki, onlara son müddət verilib və rus sülhməramlılar da bunu bu cür qəbul ediblər. Əgər 1 aprelə qədər yeni yolu tam istifadəyə verməyəcəklərsə, Azərbaycanın haqqı var ki, köhnə yolu tamamilə bağlasın və rus sülhməramlıların müşayiətçi olaraq ərazidə olmasına son qoyulsun. Bu razılaşmaya ruslar da əməl etməlidirlər. 1 apreldə köhnə Laçın yolu tamamilə bağlanmalıdır. O yol Ermənistana gediş-gəlişi yolu funksiyasından tamamilə məhrum edilməlidir”. “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam