Redaktor seçimi
Dünyanı düşündürən sual: Blef, yoxsa real təhlükə? –
Sülhə bir gün qalmış… –
İnqilab lideri, Moskvaya ümid olan, dar ağacına sürüklənən əyalət uşağı… –
44 günün dönüş nöqtəsi, Şuşa əməliyyatının sirri, “mücrü” fenomeni… –
Anuş Apetyan kim idi – tibb bacısı, yoxsa snayper? -
Delfin və balinası olan II Elizabet:
Partiyalara 90 gün vaxt verilir…-
Sahibkarı belə müflis etdilər –
Günün xəbəri

"DƏRMAN MAFİYASI VƏ HƏKİMLƏR 30 MİLYARD QAZANIB, 1 MİLYON XƏSTƏNİ ŞİKƏST EDİB..." -Partiya sədrindən sensasiyalı açıqlamalar

Yenixeber.org: O dərman firmalarını və həkimləri əlbir olaraq Azərbaycan xalqına qarşı mütəşəkkil cinayət törətməkdə ittiham edib: "Bu yaxınlarda Azərbaycanın hüquq-mühafizə orqanları 120 həkimi həbs edib. Bu həkimlər 10 il ərzində 1 milyon revmatik xəstəyə 30 milyard manat dəyərində heç bir xeyri olmayan, əskinə, zərərli dərmanlar yazıb. Beləliklə, Azərbaycanda bu sayda revmatik xəstə müalicə olunmayıb, insanlar şikəst olub və s".

Partiya sədri ailə üzvlərinin də bu mafiyanın toruna düşdüyünü açıqlayıb: "Həyat yoldaşım məndən xəbəriz özünü revmatoloq kimi təqdim edən məşhur bir xanımın yanına gedib. Deməli, 70 manat qeydiyyata, 300 manat müayinələrə xərcləyib. "Revmatoloq" ona bir resept yazmışdı, aptekdən aldım, 450 manat tutdu. Sonra o preparatların tərkibini araşdırdım, məlum oldu ki, onların böyük əksəriyyəti lazımsızdır. Təkcə bir xəstəyə bu yolla 1000 manata yaxın kələk gəlmişdilər. İndi təsəvvür edin, revmatik xəstələr 3 aydan bir məcburən həkim müayinəsinə getməlidirlər. Hər dəfə qəbullara 70-100 manat pul verilir, əsassız müayinələr aparılır, reseptlər yazılır..."

Sərdar Cəlaloğlu bildirir ki, həkimlər 10 ildə əhalinin cibindən çıxarılan 30 milyardı dərman mafiyası ilə birlikdə qazanıblar: "Azərbaycan xalqının başına belə bir oyun açırlar. İndi sual edirəm: xərçəng, vərəm, şəkər və s. xəstəliklərlə ilə bağlı həkimlərin fəaliyyəti yoxlanılıbmı? Azərbaycan xalqının sağlamlığı üzərində milyardlarla pul qazanırlar. Təsəvvür edin, insan sağlamlığına zərərli olan, yaxud xəstəliklər üçün effektiv olmayan dərmanları ölkəyə gətirirlər, həkimlər vasitəsi ilə camaata satdırırlar. Daha sonra pulları apteklərdən toplayıb paylaşdırırlar. Bu, Azərbaycan xalqına qarşı genosid kimi dəyərləndirilməlidir. 10 ildir bu cinayətkar şəbəkə fəaliyyət göstərir, bəs Səhiyyə Nazirliyi hara baxır? Bu işə nəzarət edən qurumlar necə? Yazıq insanları evini, eşiyini, malını-mülkünü satdırıb bu dərmanları aldırıblar ki, guya sağalacaqlar. Eləcə də xərçəng, vərəm, şəkər və s. xəstəliklər üzrə də cinayətkar qruplar formalaşıb".

ADP sədri vurğulayıb ki, xəstələri məcburi cərrahiyə əməliyyatlara cəlb etməklə də böyük pullar qazanılır: "Müayinəyə gedənlərə deyirlər ki, dərhal ürək əməliyyatı olmalısan, 10 min manat gətir. Həmin xəstə gedir Türkiyəyə, orada deyirlər, burada opertiv müdaxiləyə hər hansı əsas yoxdur axı..."

Sərdar Cəlaloğlu sonda Baş prokuror Kamran Əliyevə və ölkə başçısı İlham Əliyevə müraciət edb: “Azərbaycanın səhiyyə sistemində, dərman satışında baş verən cinayətkarlığın həcmi iqtisadi sferada baş verən digər cinayətkarlıqdan azı 10 dəfə böyükdür və min dəfələrlə ağır nəticələri var. 1 milyon revmatik xəstə artıq əlildir”.

O, belə şəbəkələrə qarşı təxirəsalınmaz tədbirlər görülməsini xahiş edir.

Partiya sədri əhaliyə də üzünü tutaraq bildirib ki, bir çox xəstəxanalar və həkimlər cinayətkar qrupların üzvləridir: "Onların məqsədi dərman satmaqdır, insanları müalicə etmək deyil. Bu gün ölkədə satılan dərman preparatların əksəriyyəti ümumiyyətlə dərman keyfiyyətinə malik deyil. Bunlar xalqımıza qarşı genosid edərək o qazancı əldə edirlər. Burada Səhiyyə Nazirliyi də digər nəzarət orqanları da məsuliyyət daşıyırlar. Siz hara baxısrsız ki, bunlar zəhəri gətirib camaaata satırlar?!"

"Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam