Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

"YENİ REGİONAL MÜHARİBƏ BAŞLAYA BİLƏR..." –“Paşinyan seçim qarşısındadır...”

Yenixeber.org:  Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan isə bəyan etdi ki, Azərbaycanın Qərbi ilə Naxçıvan arasında əlaqəni təmin etmyə hazırdırlar. Amma şərtlərin nədən ibarət olduğu barədə detallı açıqlama verməyib.

Bundan sonra Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyi necə olacaq? Paşinyanın verdiyi açıqlamalar proseslərin sonrakı gedişinə necə təsir göstərəcək?

Politoloq Fərhad Məmmədov bildirir ki, avqustun sonunadək Rusiya sülhməramlılarının yeni kommunikasiyaya köçürülməsi məsələsində aydınlıq var.

Bəs yeni yol sülhməramlıların nəzarətində qalacaq, yoxsa sərhəddə Azərbaycanın nəzarət-buraxılış məntəqəsi quraşdırılacaq?

F.Məmmədovun sözlərinə görə, Azərbaycan Prezidenti dekabrda Brüsseldə, iyulda isə Bakıda qeyd edib ki, Zəngəzur dəhlizinin fəaliyyət rejimi Laçın dəhlizi ilə eyni olmalıdır: “Prezidenn son çıxışında yeni kommunikasiyanı adi yol adlandırır. Yəni Ermənistanın Zəngəzur dəhlizindən istismar formasını seçmək imkanı var. Çünki kommunikasiyalar şərti olaraq Ermənistan ərazisində keçir. İrəvanın bu seçimi də əsas olacaq ki, Azərbaycan yeni Laçın yolunda kommunikasiyanın hansı istismar formasına üstünlük versin.

Beləliklə, Paşinyanın seçim imkanı var: Zəngəzurda dəhliz məntiqindən imtina edəcəksə, yeni Laçın yolunda da eyni imtinanı Azərbaycan tərəfindən alacaq.

Zəngəzur dəhlizinin Üçtərəfli Bəyanatın şərti olduğunu nəzərə alaraq, Azərbaycan bu məsələdə vaxt itirməyəcəl. Bakının Ermənistan silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı 4-cü bəndlə bağlı məsələni necə qaldırıbsa, Zəngəzur dəhlizi məsələsi də gündəmə gətiriləcək. Amma necə?

Paşinyan deyəsən, gec də olsa, kommunikasiyanı təmin etməyə hazır olduğunu bildirib... Bəs hansı şərtlərlə?

Ermənistanın dəhliz məntiqindən imtina etməsi ilə Bakı iki seçim qarşısında qalır: ya Laçın dəhlizini nəzarətə götürmək, ya da Zəngəzur dəhlizini “vurub” açmaq... Hər iki halda Rusiyanın rolu nəızərə alınmır...

Qeyd edim ki, Azərbaycanın hərəkətləri ancaq reaksiya xarakteri daşıyır, təşəbbüskar Ermənistan rəhbərliyidir.

Birinci variantda Üçtərəfli Bəyanatın əhəmiyyəti itir.

İkinci variantda isı yeni, bəlkə də regional müharibə başlayacaq".

Politoloq vurğulayır ki, Zəngəzur dəhlizi ilə bağlı qərar prinsipial əhəmiyyət kəsb edir və həm Laçın dəhlizinin istismar formasına, həm də sülh müqaviləsinin taleyinə təsir edəcək: "Yeri gəlmişkən, bu, heç bir sənəddə öhdəlik kimi yazılmayıb. Ermənistan onu yubada bilər, amma bu variant işləməyəcək. Qərb tərəfdaşları artıq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsində maraqlıdırlar".

"Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam