Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Putinin “nüvə çamadanı” -Güllələnən polkovnik kimdir?

Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi və “nüvə çamadanı”nı daşıyan polkovnik Vadim Zimin başından güllə yarası alıb.

Yenixeber.org: 53 yaşlı Vadim Zimin hazırda reanimasiyada həyat mübarizəsi aparır.

Məlumata görə, hadisə iyunun 20-də Krasnoqorskdən kənar villayətdə baş verib və yaralı polkovnikin yanında “İzh 79-9TM” travmatik tapança olub.

Vadim Zimin insidentdən əvvəl ev dustaqlığında olub. Belə ki, o, təhlükəsizlik orqanlarından gedəndən sonra gömrük xidmətinə işə qəbul olub, lakin orada insidentə qarışıb. Cəza olaraq ev dustaqlığına məhkum edilib.

Zimin Federal Təhlükəsizlik Xidmətinin təqaüddə olan polkovnikidir. Xidmdəti dövründə Rusiyanın nüvə arsenalında kodların olduğu güman edilən portfelin daşınmasına cavabdeh olub.

Zimin ilk dəfə bu rolu Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin köməkçisi kimi yerinə yetirib. Daha sonra hazırkı prezident Vladimir Putinin komandasında yer alaraq, “nüvə çamadanı”nı daşımaq funksiyasını davam etdirib. 

Rəsmi görüşlər zamanı dövlət başçısının mühafizəsində iştirak edən Ziminin daşıdığını, "Çeget" kimi təqdim olunan məxfi çantada Kremlin nüvə arsenalının buraxılış kodlarının olduğu güman edilir.

Məlumata görə, çantanın fərdli açar kodu var və 7/24 ciddi nəzarət altında saxlanılır, onun qorunmasına indiyə qədər üç nəfər cavabdeh olub.

Ekspertlərin fikrincə, Putin ictimaiyyət qarşısında çıxışları zamanı şübhəli çanta daha çox diqqət çəkib. Bu addım Kremlin Qərbə nüvə hədəsi kimi şərh olunub. 

Onu da qeyd edək ki, sonuncu dəfə “nüvə çamadanı” bu ilin aprel ayında Rusiya liderinin Moskvada ultra-millətçi siyasətçi Vladimir Jirinovskinin dəfn mərasimində iştirakı zamanı görüntülənib.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam