Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Türkün zireh dələn oxu:“BOZOK” döyüşə hazırdır

Bölgədəki rolunu maksimum artıran Türkiyənin bu uğurlarının əsas səbəblərindən biri də milli silahların və onların sursatlarının yerli istehsalıdır. Bu silahların Aİ və NATO ölkələrinin dərin marağına səbəb olması da faktdır. Türkiyə müdafiə sənayesi sahəsində digər ölkələrdə müşahidə olunmayan intensiv və səmərəli metodlardan istifadə edir. Koordinasiyalı şəkildə silahlar (döyüş vasitələri) və onların sursatları hazırlanır. Bu, Türkiyənin PUA-ları və onların istifadə edəcəkləri raketlərə da aiddir. Sursatların hazırlanmasında əsas prioritetlərdən biri də onların ağıllı, idarəedilən və universal arxitekturaya malik olmalarıdır.
Yenixeber.org: Türkiyə müdafiə sənayesinin universal idarəedilən sursatlarından biri də BOZOK raketləridir.

                 Göytürklər səmanı təkrar fəth edir

BOZOK raketi adını qədim türk mifologiyasındakı göytürk tayfalarından birindən götürüb. Bozok tayfası Oğuz xanın göydən endiyi deyilən ikinci arvadından olan üç oğlunun törəmələri hesab olunur. Onlar Qızıl Yayın sahibi kimi yadda qalıblar. Hakimiyyət rəmzləri ox olan Bozok tayfaları 24 oğuz tayfasından 12-ni təşkil ediblər. İstehsal etdikləri raketləri BOZOK adlandıran Türkiyə müdafiə sənayesinin mühəndislərinin dünyaya “qədim göytürklər səmanı təkrar fəth edir” ismarıcını verdikləri şübhə doğurmur.


                                                  Yaradılma məqsədi

BOZOK raketi Türkiyənin təhlükəsizlik qüvvələrinin əməliyyat qabiliyyətini önəmli miqyasda gücləndirən silahlı PUA-ların daşıdığı sursat assortimentini genişləndirmək məqsədilə hazılanıb. Lazerlə idarə olunan BOZOK miniatür PUA sursatı sinifinə aiddir. PUA-lara 15 km. məsafədə yerləşən düşmən hədəflərinə hücum qabiliyyəti qazandıran BOZOK asimmetrik döyüş mühitində müttəfiq qüvvələri təhlükəyə atmadan düşmənə qarşı təsirli mübarizəni təmin edə bilir. Raket yüngül və kiçik olmasına baxmayaraq, taktiki və ağır PUA-ların kifayət qədər səmərəli sursatlarından sayılır. 16 kiloqram kütlə ilə miniatür raketin 15 km. məsafədə yerləşən zirehli hədəfləri məhv etməsi nadir rast gəlinən göstəricidir.

                           Sınaqları və idarəedilməsi

Türkiyənin TÜBİTAK-SAGE şirkəti tərəfindən istehsal edilən BOZOK sursatlarının təsnifatlandırma sınaqları 2020-ci ildə başlayıb və artıq yekunlaşıb. “Efes-2022” təlimləri zamanı məlum oldu ki, lazerlə idarə olunan, 80 sm uzunluğa və 12 sm diametrə malik BOZOK sursatlarının 10 km-lik atəş məsafəsi artırılaraq, 15 km-ə çatdırılıb. Onların idarə edilməsində həm ətalətli naviqasiya, həm də yarıaktiv lazer tuşlama sistemindən istifadə olunur.

BOZOK-dan həm dəniz, həm hava, həm də yerüstü hədəflərlə qarşı mübarizədə MAM sinfindən olan raketlərlə bərabər istifadə ediləcək. Sursat “Bayraktar” TB2, TB3, AKSUNGUR və AKINCI PUA-larından buraxılır. BOZOK sursatlarına zirehdələn döyüş başlıqları əlavə edilə bilər. Helikopterlərə inteqrasiyası da mümkündür. Digər sursatlara alternativ olaraq yaradılan BOZOK Azərbaycan pilotsuz vasitələrinin Qarabağda geniş tətbiq etdiyi MAM-L raketi ilə müqayisədə yüngül, MAM-C raketindən ağır konstruksiyaya, lakin daha təsirli döyüş başlığına və daha uzaq atəş məsafəsinə malik olacaq.



                                     Nəticə
Suriya, Liviya, İraq, Qarabağ və Ukrayna müharibələrində çox istifadə edilmələri səbəbindən dünyada yaxın illərdə idarəolunan raketlərə tələbat artıb. Türkiyə istehsalı olan bu tip surasatların Rusiyanın ağır zirehli vasitələrə qarşı effektiv tətbiqi bir çox ölkələrin, xüsusilə də Rusiyanın təhdidindən qorunmaq istəyənlərin türk silahları əldə etmək üçün sıraya düzülməsilə nəticələnib. Qarabağda işğalçı erməni silahlılarına qarşı tətbiqinə görə Qərbdə “ölüm mələyi” adlandırılan silahların Ukraynada “ xilas mələyi” kimi təsnifatlandırılmasına baxmayaraq, məsələn, Hadrutda erməni heyətli rus tankının məhv edilməsi ilə Donbassda eyni tankın rus heyətlə məhv olunması arasında heç bir fərq yoxdur. Amma bəzi ölkələr buna fərq qoymağa çalışırlar. Belə çıxır ki, erməni yaxşı, Rusiya isə pis işğalçıdır. Eləcə də YPG/PKK yaxşı, “Əl Qaidə” isə pis terrorçudur. Ukraynadan sonra bütün dünya gördü ki, türk silahında, türk insanında belə ikiüzlülük yoxdur.


Qayıdaq mövzuya. Dünyada qalın zirehə malik tankların və digər bahalı hərbi vasitələrin sayı hələ də kifayət qədərdir. Yaxın 20-30 ildə ağır zirehli vasitələrin yoxa çıxacağını gözləmək olmaz. Əgər bəd niyyətli qonşunun tankı çoxdursa, digər qonşular bu tanklara qarşı effektiv vasitələr almağa məcburdurlar. Hazırda dünyada tanklara qarşı ən səmərəli mübarizə vasitəsi isə “Tank ovçusu” kimi tanınan “Bayraktar” TB2 PUA-ları və onların idarəolunan sursatlarıdır. Türkiyə məhz bu məqamları nəzərə alaraq PUA və ağıllı sursat ailəsinin istehsalını genişləndirir. BOZOK raketlərinin yaranma səbəbi də məhz məsafə, hədəf və kütlə baxımından düşmənə, onun məhvetmə zonasına girmədən maksimum zərər vurulmasını təmin etməkdən ibarətdir.
Türkiyənin zərbə PUA-ları və idarəolunan sursatlar sahəsində əldə etdiyi təcrübəni, bu vasitələr tərəfindən son 5 müharibənin döyüş meydanlarında məhv edilən düşmən texnikalarının sayını nəzərə alsaq, BOZOK raketlərinin də göytürklərin rəmzi olan “Qızıl Ox” kimi yerdə, suda və havada düşmən texnikalarının bağrına sancılacağı heç şübhə doğurmur.
Ədalət Verdiyev, 
hərbi ekspert

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam