Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Müdirlə işçi arasındakı məhkəmə çəkişməsi davam edir -ŞİKAYƏT

Müdirlə işçi arasındakı məhkəmə çəkişməsi davam edir - ŞİKAYƏT


Lənkəran rayon Mogonojba kənd sakini Mehdiyev Mircəlal Ağa oğlu tərəfindən "votsap" vasitəsilə redaksiyamıza yenidən müraciət daxil olmuşdur.
Yenixeber.org:  Müraciəti olduğu kimi təqdim edirik:
"Mən 3 (üç) ali təhsilli Mehdiyev Mircalal Ağa oğlu, Lənkəran rayon Moğonojoba kənd sakiniyəm. Daha öncə də sizə bildirmişdim ki, 9 ilə yaxın işlədiyim iş yerimdə, yeni "müdir əvəzi" vəzifəsini icra etməyə başlayan həmkəndlim Mahmudov Elşad Məhərrəməli oğlu adında şəxs, 3 ay sonra qanunsuz yollarla mənim işdən azad olunmağımın səbəbkarı olmuşdur. Mahmudov Elşad Məhərrəməli oğlu 01 Sentyabr 2021-ci il tarixindən "müdir əvəzi" vəzifəsini icra etməyə başlamış, mənə qarşı çoxsaylı qanunsuz tələb və suni əngəllərindən sonra (3 ay 15 gündən sonra) 15 Dekabr 2021-ci il tarixində mənim işdən azad olunmağıma nail olmuşdur. Bir neçə ay keçdikdən sonra, 2022-ci ilin Mart ayının əvvəli bacarıqsızlığı ucbatından, özünü doğrulda bilmədiyi üçün özü də "müdir əvəzi" vəzifəsindən azad edilmişdir. "Müdir əvəzi" vəzifəsindən azad olunandan 2 (iki) gün sonra əsassız ittihamlarla, xüsusi ittiham qaydasında məndən məhkəməyə şikayət etmişdir. Məndən məhkəməyə şikayət etməsinə şifahi olaraq səbəb kimi göstərir ki, güya "mən onun "müdir əvəzi" vəzifəsindən azad olunmasına səbəbkar olmuşam". Məhkəməyə isə tamamiylə başqa iddia ilə məndən şikayət etmişdir. Mahmudov Elşad Məhərrəməli oğlunun şikayətinə əsasən, 28 Mart 2022-ci il tarixində təşkil olunan Lənkəran rayon məhkəməsinin ilk, hazırlıq iclasında hakim tərəfindən Mahmudov Elşad Məhərrəməli oğlunun şikayəti icraata götürülmədi. Mahmudov Elşad Məhərrəməli oğlu məhkəmə zalında qəzəblənərək, apellyasiya şikayəti verəcəyini söylədi və məni tutdurmaqla hədələdi. Artıq apellyasiya şikayəti verib. Onun apellyasiya şikayəti verdiyi haqda mənə bildiriş gəlib. Ancaq, apellyasiya şikayəti rədd, yaxud təmin edibmi bu barədə hələ ki, heç bir xəbər yoxdur. Mahmudov Elşad Məhərrəməli oğlunun mənimlə ədavəti bitmək bilmir. Məni işsiz qoyması azmış kimi, tutdurmaqla da hədələyir.
Bir çox həmkəndlilərimin də, Polisə, Prokurorluğa və Məhkəməyə məndən şikayət etmələri üçün onlara yaxınlaşır, onları razı salmaqdan ötrü israrla cəhd edir.
Məndən şikayət etmək üçün kimlərə israrla təklif vermişdirsə, ehtiyac yarandıqda adlarınıda çəkə bilərəm.
Hətta bir nəfəri razı salıb, həmin insanın məndən şikayət etməsinə nail olmuşdur. Həmin insan Mehdiyev Mirağa Ramiz oğludur. Bu şəxs məndən Polis və Prokurorluğa əsassız şikayət etmişdir. Daha sonra Mahmudov Elşad Məhərrəməli oğluyla birləşərək, 2-ci məhkəməyə - yəni, apellyasiya məhkəməsinə gələcəyini planlamışdır. Ailəsiylə məsləhətləşdikdən sonra peşman olmuş, məndən üzr istəmişdir və mənə qarşı bütün əsassız şikayət ərizələrini geri götürmüşdür. Məndə Mehdiyev Mirağa Ramiz oğlunun votsap vasitəsilə göndərdiyi səs yazısı var. Hansı ki, o səs yazısında məndən üzr istəyir. Yazdığı ərizələri geri götürdüyünü bildirərək, söyləyir ki, "mən Mahmudov Elşad Məhərrəməli oğlunun oyununa gəldim, məni bağışla". Ehtiyac yaranarsa, Mehdiyev Mirağa Ramiz oğlunun razılığı ilə səs yazısını ictimaiyyətə təqdim edərəm.
M.Elşad bir çox başqa insanları da mənə qarşı ifadə vermələri üçün dövlət qurumlarına israrla dəvət etmiş, rədd cavabı almışdır. Bunu ona görə edir ki, zənn edir ki, məndən çox insan şikayət etmiş olsa, günahkar olmasam da "məsuliyyətə cəlb olunaram"
Mahmudov Elşad Məhərrəməli oğlunun məndən ilk dəfə məhkəməyə etdiyi şikayətdə, məhkəmədən etdiyi xahişinlbdən ibarət sənədin, Lənkəran məhkəməsi  28 mart 2022-ci il tarixində Mahmudov Elşad Məhərrəməli oğlunun şikayətini icraata götürmədiyi sənədin (imtina qərarının), eyni zamanda Mahmudov Elşad Məhərrəməli oğlunun apellyasiyadan etdiyi xahişin fotoşəkillərini yazıma əlavə edirəm.

Müdirlə işçi arasındakı məhkəmə çəkişməsi davam edir - ŞİKAYƏT

Müdirlə işçi arasındakı məhkəmə çəkişməsi davam edir - ŞİKAYƏT

Müdirlə işçi arasındakı məhkəmə çəkişməsi davam edir - ŞİKAYƏT


Əlavə olaraq qeyd edim ki, qarşı tərəfin yaşı 60-dan çoxdur, mənim isə 32 yaşım var. Mən bütün qurumlarda, Polisdə, Prokurorluqda və Məhkəmədə sülh tərəfdarı olduğumu söyləyirəm. Qarşı tərəf isə sülh istəmir. Bütün qurumlara dayanmadan, tez-tez şikayət edir məndən. Mən də hər dəfə onun şikayətinə cavab olaraq, məcburən müxtəlif qurumlara gedib, izahat yazmalı oluram.
Amma, əgər mən məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə şikayət etsəm, əlimdə olan sübutlara əsasən qarşı tərəf özü məsuliyyətə cəlb olunacaq, mən yox.
Hörmətlə: Mircalal Mehdiyev Ağa oğlu."
Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.DogruXeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam