Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Kremlin son diplomatik həmlələri -İrəvan yenə Bakı ilə təkbətək qala bilər

Ermənistanın davranışları yeni müharibə riskini azaltmaq əvəzinə artırır; sabiq XİN başçısı: “Ermənistan indi Rusiya üçün 15-ci, 20-ci mövzudur...”

Yenixeber.org: Başı ciddi şəkildə və uzun müddətə Ukraynaya qarışan Rusiya Güney Qafqaza yönəlik diplomatik fəallığını artırıb. Bu fəallığın bölgəmizin faydasına olub-olmayacağını yəqin ki, az sonra biləcəyik. Söhbət ən əvvəl Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, sərhədlərin dəqiqləşməsi prosesinə Moskvanın nə dərəcədə töhfə vermək istəməsindən gedir.

Xəbər verildiyi kimi, srağagün Rusiya baş nazirinin müavini, Ermənistan və Azərbaycan nümayəndələrinin də daxil olduğu və regionda kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupunun Rusiyadan olan həmsədri Aleksey Overçukun başçılıq elədiyi nümayəndə heyəti Ermənistana səfər edib. Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko da daxildir. Qonaqları baş nazir Nikol Paşinyan qəbul edib.

Xatırladaq ki, az öncə Overçuk Bakıda olmuş, Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdi. Bununla belə, bölgədə kommunikasiyaların açılması hələ də yubanır. Halbuki bu barədə 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarında konkret bəndlər var. Başqa sözlə, Rusiya səmimi şəkildə regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasında maraqlıdırsa, nəticə çoxdan ortada olmalı idi.

Srağagün həmçinin Düşənbədə Azərbaycan və Rusiya XİN rəhbərləri - Ceyhun Bayramov və Sergey Lavrov arasında ikitərəfli, ardınca isə Ermənistan XİN başçısı Ararat Mirzəyanın iştirakı ilə üçlü görüş keçirilib. Eyni gündə məlumat yayılıb ki, mayın 16-17-də Moskvada sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan komissiyaları arasında ilk görüş olacaq.

*****

Bayden “fəlakət silahı”nı işə saldı: Kreml “Putinsiz Rusiya” və ya  “Rusiyasız dünya” arasında seçim edəcək

Avropanın, Brüsselin ardınca Kremlin diplomatik fəallığı öz yerində, fakt odur ki, İrəvan hələ ki, nə Azərbaycanla sülh müqaviləsinin əsasında duracaq 5 məlum prinsiplə bağlı birmənalı razılıq bildirib, nə də sərhədlərin dəqiqləşməsi üzrə Bakının haqqında bəyan elədiyi xəritələrə müsbət yanaşır. Bu da o anlama gəlir ki, Ermənistan əslində sülh haqqında bəyanatlarla sadəcə, vaxt uzatmaqla məşğuldur. Paşinyanın təzəcə başa çatan Hollandiya səfəri buna şübhə saxlamadı.

Görünür, İrəvan nə vaxtsa onun üçün daha məqbul şərtlər formalaşacağına ümid edir. Bu isə gözlənilmir. Əksinə, zaman İrəvanın ziyanına işləyir. O mənada ki, blokada davam elədikcə onun iqtisadi-maliyyə durumu daha da ağırlaşmaqdadır. Demək, masa arxasında güclü mövqedən çıxış eləmək üçün güclü orduya malik olmaq da xəyal olaraq qalacaq. Üstəlik, Ukrayna böhranına girmiş Rusiyanın əvvəlki illərdəki kimi Ermənistana ucuz silahlar vermək, ordu quruculuğunda ona köməklik göstərmək imkanları yoxdur.

Sülh prosesinin ləngiməsi isə Ermənistanı labüd olaraq Azərbaycanla yeni hərbi toqquşamaya aparır. Bu toqquşmadan kapitulyant ölkənin hansı zərbə ala biləcəyi gərək ki, hamıya aydındır. Əksər analitiklərə görə, o zaman rəsmi İrəvanın qabağına Bakı ilə sülh müqaviləsi imzalamaq üçün indikindən qat-qat ağır şərtlər qoyula bilər. Unutmayaq, Bakı bir neçə dəfə açıq bəyan edib ki, onun sülh təklifi sonsuzadək masa üzərində qalmayacaq və əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, biz də onun ərazi bütövlüyünü tanımayacağıq.

Odur ki, top çoxdan İrəvanın meydanındadır. Vaxt isə çox deyil. Bu yandan da Ermənistanda radikal-revanşist qüvvələrin hökumət əleyhinə davam edən, Türkə nifrətin “fontan vurduğu” aksiyalar İrəvanın yeganə düzgün yolla bağlı seçiminə əlavə əngəl yaratmaqdadır. Ancaq bu artıq bizim - Azərbaycanın problemi deyil. Erməni xalqının, onun seçdiyi hakimiyyətin, erməni siyasi elitasının problemidir...

*****

“Zənnimcə, çox təhlükəli proseslər gedir və onların bir neçə məqsədi var, ən təhlükəlisi isə Azərbaycan və Türkiyəni Ermənistana qarşı hərbi əməliyyatlara başlamasına birbaşa təhrik etməkdir”.

Bunu Ermənistanın keçmiş deputatı Arman Babacanyan danışıb.

Rusiya strateji tərəfdaşını dəstəkləmir” - Arman Babacanyan

Arman Babacanyan

“Dözümsüzlüyün ritorikası, türklərə qarşı nifrət Ermənistan ərazisinə xəbərdarlıq zərbəsi endirmək üçün əsas yarada bilər. Beləliklə beynəlxalq ictimaiyyət də Şuşa, Hadrut və digər əraziləri qaytarmaq niyyətində olduqlarını bəyan edən revanşistlərin Ermənistanda hakimiyyəti ələ almağa çalışdıqlarını görəcək”, - deyə o qeyd edib.

Babacanyanın sözlərinə görə, ermənilərin Haaqada nəzərdən keçirilən iddiası artıq ləğv edilib. “Siz başa düşürsünüz ki, Haaqada nəzərdən keçirilən nifrət və dözümsüzlükdən bəhs edən iddiamız İrəvanın mərkəzində ”türk" sözündən mənfi məzmunda istifadə edilməsi ritorikası ilə aradan qaldırılıb! Rəqiblərimiz bundan çox gözəl yararlanacaqlar", -  Babacanyan həyəcanla əlavə edib.

*****

“Belə getsə, Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalacaq”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Bu sözləri isə Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-a müsahibəsində deyib.

Onun fikrincə, biz Ermənistandakı aksiyalara elə də fikir verməməliyik: “Bu, onların daxili işidir. Çünki onlar danışıqları bizə yaxşılıq etmək üçün aparmırlar. Yaxşı başa düşürlər ki, əgər danışıq getməsə, Azərbaycan güc tətbiq edib məsələləri həll edəcək. Ona görə də danışıqlar ilk növbədə ermənilərin özlərinə lazımdır. Biz görürük ki, Ermənistan tərəfi hələ də Qarabağa aid hansısa ziddiyyətli fikirlər səsləndirir. De-fakto bu onu göstərir ki, ermənilər Azərbaycan ərazisinə olan iddialarından əl çəkmək istəmirlər. Belə olan halda Zəngəzur mövzusu gündəmə gələcək və məsələ bu və ya digər şəkildə öz həllini tapacaq”.

Politoloqa görə, imzalanacaq sülh müqaviləsinin Qarabağa heç bir aidiyyəti ola bilməz: “Ona görə ki, Qarabağ məsələsi həll olunub. Onun statusu, Azərbaycana aidiyyəti də həll edilib. Azərbaycan Ermənistanla bu mövzunu müzakirə etmək niyyətində deyil. Onlar dünyada gedən prosesləri görürlər. Rusiyanın zəifləməsi və bu ölkənin onların işğalçı siyasətində rolunu yaxşı başa düşürlər. Rusiyanın zəifləməsi onu göstərir ki, bu səhnədən onun çəkilməsi ehtimalı reallaşa bilər. Yəni, real mənzərə hər kəsə bəllidir. Çünki sabahkı situasiyada Ermənistan Azərbaycan və Türkiyə ilə üzbəüz dayanacaq. Bu vəziyyətdə olan Ermənistan Azərbaycana qarşı hansı formada ərazi iddialarından danışa bilər? Bunu görməlidirlər”.

Rusiyanın proseslərə müdaxilə imkanlarına gəlincə, politoloq deyib: “Rusiya üçün gedən prosesləri hər kəs görür. İqtisadi, siyasi, hərbi böhran Rusiya üçün çətin vəziyyət yaradır. Eyni zamanda, Qərb Rusiyaya qarşı təzyiqlərdə israrlıdır. Rusiya bundan sonra öz problemləri ilə məşğul olacaq. Ermənistan indiki mərhələdə Rusiya üçün 15-ci, 20-ci mövzudur. Reallıq belədir. Bu reallıqdan da biz maksimum istifadə etməliyik. Hesab edirəm ki, istifadə də edirik”.

Odur ki, İrəvan nə qədər tez, ora-bura “boylanmadan” yeganə doğru seçimini eləsə, bir o qədər Ermənistanın xilası asanlaşar...“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam