Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

PUTİNİN “ÖSKÜRƏKLİ” NİTQİ VƏ ÜŞÜMƏSİ... -Yaxud “cüdoçu” Prezidenti bu cür bərk üşüdən nədir?

Çoxlarının Rusiyanın Ukraynaya qarşı işğalında dönüş nöqtəsi kimi gözlədiyi, lakin gözləntilərin doğrulmadığı 9 may paradı, bu paradın ümumi atmosferi, eləcə də Vladimir Putinin paraddakı çıxışı göstərdi ki, hazırkı Rusiya 1990-cı illərin əvvəllərindən bu yana ilk dəfə olduqca çətin, köməksiz, təklənmiş, hətta miskin adlandırılacaq qədər ağır günlərini yaşayır. Onun bu duruma düşməsinin baiskarı isə hər nə qədər NATO, Qərb, ABŞ və s. göstərilsə belə, əslində Putinin və ətrafının timsalında Kreml və bir də sözsüz ki, rus cəmiyyətinin özüdür...

Yenixeber.org: Parada baxanlar orada hava şousunun olmamasından tutmuş Putinin “öskürəkli” nitqindəki fasilələrə, özünə inamsızlığa, əvvəlki kimi nüvə hədə-qorxularının olmamasına qədər bir çox detalları qabardırlar. Lakin həmin paradda Rusiya başçısı ilə rus cəmiyyəti arasında bənzərliklərlə yanaşı, dərin bir mənəvi uçurum, uzun məsafə olduğunun da simvolik əlamətləri vardı. 

 

 

Məsələn, elə də soyuq olmayan 9 may günündə Putin çıxışından əvvəl və sonra İkinci Dünya Müharibəsi veteranları ilə birgə oturduğu fəxri lojada ayaqlarının üstünə adyal  salmışdı ki, ayaqları üşüməsin.

Hansı ki, onunla eyni sırada oturan və yaşı 90-ı ötmüş veteranlar belə bunu etməmişdilər. Unutmayaq ki, söhbət son zamanlara qədər yaşı 70-i haqlasa da xokkey oynadığı, at çapdığı, cüdo ilə, sualtı üzgüçülüklə və digər idman növlərilə məşğul olduğu barədə bər-bəzkli, şişirdilmiş videolar yayılan, gənc idmançı xanımla evlənən “yenilməz sərkərdə”dən gedir.

 

 

Bəs, indi hanı həmin o “cüdoçu” Putin? Görəsən, nə baş verib, nədir “həmişəcavan lider”i may ayında bu cür bərk üşüdən? Bəlkə bəşəriyyət tarixinə qanlı hərbi cinayət kimi düşəcək bir əmələ qol qoyduğunu, bunun sonunun özü və Rusiya üçün pis qurtaracağını, qarşıda onu hətta özünün belə proqnozaşdıra bilmədiyi aqibətin gözlədiyini anlamasıdır?...

Əslində bu, bir tərəfdən Putinin səhhətində hansısa problemlərin olduğuna dair müəyyən mülahizələr yaradırsa, digər yandan da bu adamın nə dərəcədə “canını istədiyini” göstərir. Bu mənzərə həmçinin, rusların çoxunun “çar” kimi gördüyü Putinin öz canına öz xalqından daha çox sahib çıxmasının göstəricisi sayıla bilər.

 

 

Bəli, artıq üçüncü aydır ki, mənasız və perspektivsiz, köhnəlmiş ambisiyaları, hikkəsi nəticəsində Ukraynanın soyuq, qarlı, yağışlı, palçıqlı çöllərində, bataqlıqlarında on minlərlə gənc rus əsgərinin meyitini qoyan “çar” öz ayaqlarının üşüməsini istəmirdi. Paradı həsrətlə gözləyən və ona qatılan rusiyalılarınsa əksəriyyəti bu “xırda detal”dan yox, “qırmızı meydan” üzərində hərbi təyyarələrin şou göstərməməsindən məyus idilər.

Axı, onlar buraya həm də “qiyamət günü təyyarəsi” adlandırılan “İL-80”-ə bir daha baxmaq üçün toplaşmışdılar. O təyyarə ki, nüvə müharibəsi olacağı təqdirdə, “çar”ı və onun əyanlarını toplayıb, havaya qalxmaq, onları ölümdən qurtarmaq üçün nəzərdə tutulub. Normal məntiqlə belə bir təyyarənin şou kimi “qara camaat”a göstərilməsinin özü elə həmin camaata qarşı ən böyük təhqirdir. Çünki onun paradda nümayişi “siz öləcəksiniz, bizsə göylərə uçub, sağ qalacağıq” mənasını daşıyır. Ancaq özünü dünyanın ən sivil, müasir, ədalətli, inkişaf etmiş xalqı hesab edən və az qala bütün digər xalqlarınsa ona borclu olduğunu düşünən rus toplumu bu mənzərədən qətiyyən incimir və narahat olmur, əksinə, həmin təyyarəyə baxmaq istəyirdi...

 

 

Son rəy sorğuları göstərir ki, Rusiyanın siyasi və iqtisadi gələcəyini, inkişafını böyük təhlükə altına alan işğalçı müharibəyə, bu müharibədəki böyük uğursuzluğa, iqtisadi sanksiyaların gətirdiyi məhrumiyyətlərə rəğmən, savaşın ilk günlərilə müqayisədə Putinin reytinqi böyük ölçüdə azalmayıb. Doğrudur, azalma hardasa on faizə yaxındır, lakin hətta bu halda da Putini dəstəkləyənlər 60 faizin üzərindədir.

Bu, o deməkdir Putin hələ də rusların “əvəzolunmaz lider”idir. Baxmayaraq ki, əslində öz dövlətini yarıfeodal, korrupsiyalaşmış rejimlə idarə edən, texnologiyalar, iqtisadi və siyasi münasibətlər sarıdan geri salan, onu hələ də ötən əsrin geridə qalmış sovet ideologiyası, yaxud ondan da geri gedərək, çar rusiyası ideologiyası ilə “qidalandırmağa” çalışan birini dünya çaplı, qlobal təfəkkürlü lider hesab etmək ağılsızlıqdır.

Ancaq buna baxmayaraq, Rusiya cəmiyyətinin hətta ziyalı təbəqəsinin əhəmiyyətli qismi bu adamın hərəkətlərini dəstəkləyir. Bu isə savad, bilik, dünyagörüşü məsələsindən daha çox milli psixoloji məsələdir və rus cəmiyyətindəki şovinizm dozasının yüksəkliyindən xəbər verir. Çünki məhz insanların qanına hopmuş şovinizm beyni korlaşdırır, ətrafda baş verənləri, onlarla necə manipulyasiya edildiyini ayıq başla görüb anlamağa imkan vermir.

Çoxları hesab edirlər ki, rus cəmiyyətinin bu “korluğu”nun və şovinizminin ömrü Putinin ömrü qədərdir. Ancaq təəssüf ki, belə deyil. Putin nə vaxtsa hamı kimi ölüb gedəcək, şimal qonşumuzun hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bütün ətraf xalqlara qənim kəsilnən şovinist mahiyyəti isə hələ uzun müddət qalacaq... “Azpolitika”  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam