Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazarbayevin qurduğu partiya -növbədənkənar qurultay keçirəcək

Nazarbayevin qurduğu partiya növbədənkənar qurultay keçirəcək

Yanvarın 28-də Qazaxıstanın "Nur Otan" Partiyasının XXI növbədənkənar qurultayı keçiriləcək.

Yenixeber.org: “Zakon” xəbər verir ki, bu barədə partiya sədrinin birinci müavini Bauırjan Baybek tviter səhifəsində yazıb.

""Nur Otan" Partiyasının Siyasi Şurası bu ilin yanvarın 28-də növbədənkənar qurultayın keçirilməsi barədə qərar qəbul edib. Koronavirus və məhdudlaşdırıcı tədbirlər nəzərə alınaraq qurultay videoformatda keçiriləcək”, - o paylaşımında bildirib.

Qeyd edək ki, partiyanın XIX qurultayı 2019-cu il aprelin 23-də keçirilib.

Xatırladaq ki, "Nur Otan" Partiyası (Vətən Nuru Partiyası) 1999-cu ildə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə təsis edilib. 2021-ci il noyabrın 23-dək o, bu siyasi təşkilatın dəyişməz lideri olub. Həmin tarixdən hazırkı Prezident Kasım-Jomart Tokayev partiyanın sədridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam