Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

RUS “SÜLHMƏRAMLISININ” ÜZƏRİNDƏKİ “KÖLGƏ” –Zaxarova Qarabağdakı sülhməramlıların dəqiq işlədiyini deyir, amma...

“Kimsə bizim sülhməramlıların üzərinə kölgə salmağa çalışsa belə, bu, alınmayacaq. Onların işi dəqiq, münaqişənin tənzimlənməsi maraqlarına uyğun şəkildə təşkil olunub.”

Yenixeber.org: Rusiya KİV-ləri xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Qarabağdakı sülhməramlıların fəaliyyətilə bağlı verilən suala cavab olaraq söyləyib. Təxribat xarakterli sual Azərbaycan tərəfinin guya son zamanlar Qarabağdakı erməni əhaliyə atəş açaraq Rusiya sülhməramlılarının fəaliyyətinə “kölgə salmaq niyyətinə” dair olub. Ermənipərəstliyinə görə həmin sualı verənlərdən geri qalmayan Zaxarova isə ümumilikdə Rusiya sülhməramlılarını “süddən çıxan ağ qaşıq” kimi təqdim edib.

 

Ancaq Azərbaycan torpaqlarına qədəm basdığı gündən başlayaraq göstərdiyi “xidmətlər” sübut edir ki, sülhməramlı adı altında Qarabağa yerləşdirilən Rusiya hərbi kontingentinin üzərində nəinki kölgə, hətta böyük ləkələr var! Sülhməramlı adlandırılan bu hərbi qruplaşma Qarabağdakı 1 ildən artıq fəaliyyəti dövründə ermənipərəst mövqeyini, ermənilərin xidmətində durduğunu, Azərbaycan ərazisində yerləşməsinə baxmayaraq, ölkəmizin suveren hüquqlarına etinasız münasibətini gizlətməyib.

Azərbaycan Prezidenti yerli televiziyalara açıqlamasında sülhməramlıların fəaliyyətindəki çatışmazlıqlar və Azərbaycan əhalisində qıcıq yaradan məqamlar barədə bəzi detalları və Azərbaycan tərəfinin ümumi yanaşmasını açıqladı. Lakin sözügedən müddət ərzində rus hərbi kontingenti o qədər neqativ hallara, tərəfkeşliyə, sülhməramlı missiya ilə bir araya sığmayan hərəkətlərə yol verib ki, bunu bir açıqlama, yaxud yazı ilə əhatə etmək mümkün deyil. İstər daxili, istərsə də xarici siyasəti yalan və saxtakarlıq üzərində qurulan Rusiyanın sülhməramlılarından zatən müsbət nəsə gözlənilmirdi və onların Qarabağdakı fəaliyyəti, Azərbaycanın çoxsaylı çağırış və xəbərdarlıqlarına baxmayaraq, Laçın dəhlizini “karvansara qapısına” çevirərək, ermənipərəst dövlətlərin müxtəlif ranqlı siyasi fiqurlarının, deputatlarının və s. Qarabağa qnunsuz səfərlərinə göz yumması və sonradan da bunu qırmızı-qırmızı danması Prezident də daxil olmaqla, Azərbaycanda hər kəsdə qıcıq yaradır. Ölkə başçısının sülhməramlıları nəzərdə tutaraq “Bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir" fikri də bunun göstəricisidir”.

 

 

Rusiya beynəlxalq hüquqa görə sülhməramlı missiyadan tələb olunan bitərəflik prinsipindən çox-çox uzaq olduğunu dəfələrlə sübut edib. 10 noyabr sazişinə uyğun olaraq Qarabağdakı erməni silahlılarını oradan rədd etmək əvəzinə, onları silahlandırıb təlim keçməklə məşğul olan hərbi kontingent necə sülhməramlı adlandırıla bilər? Erməni hərbi birləşmələrini dirçəltmək üçün dəridən-qabıqdan çıxan, onlara böyüklü-kiçikli hərbi təlim keçən, separatçı quruma hər cür maddi və mənəvi dəstək göstərən bir qruplaşma bitərəf, peşəkar sülhməramlı kontingent sayıla bilərmi? Rusiyanın nə dərəcədə, Zaxarovanın dediyi kimi, “dəqiq” sülhməramlı olduğunu həm də o göstərir ki, bu qruplaşmanın sayı razılaşmada göstəriləndən dəfələrlə artıq saya çatdırılıb...

Heç kim Rusiya hərbi kontingetinin ilk rəhbəri və hazırda da bu işi kurasiya edən general Rüstəm Muradovun separatçıların başçısı, cinayətkar Araik Arutyunyanla aşiq-məşuq kimi sarılıb qucaqlaşmasını, öpüşməsini unutmayıb. Budur rus sülhməramlısının əsl sifəti! Bu da azmış kimi, həmin Rüstəm Muradov bir müdət əvvəl 5 il bitəndən sonra da rus “sülhməramlıları”nın Qarabağda qalma müddətinin uzadılacağını deyib. Hansı ki, bu, qətiyyən onun səlahiyyəti və başı üçün olan məsələ deyil! Bu şəxs Qarabağa gələndən bəri birtərəfli şəkildə ermənilərin mövqeyindən çıxış edib və özünü rus generalından daha çox erməni hərbçisi kimi aparıb. Elə bütünlükdə hərbi kontingent də onun kimi.

 

 

Ermənilər məhz rusların arxasında gizlənərək, iki gündən bir təxribat törədir, Azərbaycan əsgərini şəhid edir. Ordumuz belələrini ələ keçirəndə isə Rusiya Muradov kimiləri ortaya salaraq, onları geri almağa çalışır. Bu da olur rusiyasayağı “sülhməramlı missiya”. Rus əsgərlərinin Qarabağdakı “xidmətlərinə” dair bəzi kadrlara baxanda, onların az qala ermənilərin uşaq bezlərini belə yumağa hazır olduqları təsəvvürü yaranır. Yəqin ki, bütün bunlar hər zaman özünü qalib, qəhrəman, qürurlu ordu kimi təqdim etməyə çalışan Rusiya silahlı qüvvələrinə “başucalığı” gətirən məqamlardır...

İranın separatçılara yanacaq və digər qanunsuz yüklər daşıyan maşınlarını da Qarabağa rus sülhməramlıları buraxırdı. Yalnız Azərbaycanın qətiyyətli addımlarından sonra buna demək olar ki, son qoyuldu və bunu ruslar yox, Azərbaycan tərəfi etdi. Yaxud, olsun ötən ilin noybrında erməni terrorçusunun Şuşanın yaxınlığındakı postumuzda dayanan hərbçilərimizə qumbara atması. Rus sülhməramlıları onu saxlasalar da, törətdiyi aşkar cinayətə baxmayaraq, bir gündən sonra erməni tərəfinə, separatçılara təhvil verdi. Görəsən, eyni cinayət Azərbaycan yox, rus hərbçilərinə qarşı edilsəydi, sülhməramlılar onu ermənilərə təhvil verərdilərmi?...

Gürcüstan, Ukrayna, Moldova və Azərbaycandakı fəaliyyəti bir daha göstərdi ki, rus ordusundan sülhməramlı olmaz. Elə son olaraq, Qazaxıstan olayları da bunu təsdiqlədi. Rus ordusunun tezliklə Qazaxıstandan çıxarılması qərarı isə heç də Rusiyanın xoş məramından yox, Qazaxıstandakı ruspərəst hakimiyyətin xalqın rus ordusuna mənfi münasibətini bilməsindən və bunun yaratdığı təhlükədən irəli gəlir...

Qısası, Rusiya dünyanın hər bir yerində sülhməramlı yox, işğalçı kimi qəbul olunur. Çünki hər işdə olduğu kimi, bu işdə də yalan və saxtakarlıq, imperiya maraqlarını güdmək məqsədi birinci yerdə dayanıb, tarixən onun sülh yox, müharibə yaratma missiyası olub və var.

Odur ki, Zaxarovanın Qarabağdakı rus sülhməramlısının üzərinə “kölgə salınması cəhdləri” barədə dedikləri gülməli görünür. Çünki özü boyda ləkə olan bir şeyin üzərinə kölgə salmağa ehtiyac yoxdur... “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam