Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İrəvanın bir-bir iflas olan anti-Azərbaycan planları -növbəti zərbə Brüsseldə vurulacaq

 

Bakı Beynəlxalq Ədalət Məhkəməsinin şoka saldığı Ermənistana qarşı daha 2 iddia qaldırmağa hazırlaşır; Paşinyan isə bu gün Qərbə növbəti “qarmaq” atacaq...

Yenixeber.org: Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddiaları ilə bağlı 7 dekabr qərarı məğlub ölkədəki revanşist ünsürlər və qaynar başlar üçün “soyuq duş effektli” sayıla bilər. Bu, həmçinin hələ də həyasızcasına Azərbaycana əsassız ərazi iddiasından əl çəkməyən Ermənistanın olan-qalan “iştah dişləri”ndən vurulan qəfil və güclü zərbə idi.

Erməni tərəfi çox ümidli idi ki, Beynəlxalq Məhkəmə onların sərsəm iddialarını (diversantların qeyd-şərtsiz geri qaytarılması, “artsaxa qarşı təcavüz”ə görə Azərbaycanın cəzalandırılması, Qənimətlər Parkının bağlanması və s.) təmin eləməklə o, 10 noyabr kapitulyasiya sənədinin əhəmiyyətini heçə endirə, bununla da ölkəmizə qarşı əsassız torpaq iddiasını yeni bir “hüquqi müstəvi”də davam etdirə biləcək.

Bu yöndə heç şübhəsiz ki, Qərbdəki nüfuzlu və varlı erməni diasporu da əlindən gələni eləmişdi. Demək, zərbə yeyən təkcə “sorosçu” Paşinyan komandasi yox, eyni zamanda erməni lobbisi, dünya erməniliyidir...

Oxu.az - Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən çəkindiyi üçün mina  xəritələrini əvvəlcədən qaytarıb

*****

Doğrudan da, haqq nazilər, üzülməz. Beynəlxalq Məhkəmənin qərarı bu xüsusda qarşı tərəf üçün əsl şok effekti yaratdı. BMT-nin ali qurumu nə diversantları hərbi əsir kimi tanıdı, nə də Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı 44 günlük Vətən müharibəsinin nəticəsinə kölgə saldı. Bu isə hərbi qələbəmizi bir az da “daşlaşdıran” və daha legitim edən yeni və konkret hüquqi sənəddir. Postmüharibə dövründə ölkəmizə qarşı aparılan informasiya savaşında, nəhayət, Brüssel görüşü ərəfəsi Azərbaycanın əlini gücləndirən mühüm sənəddir.

Bununla belə, rəsmi İrəvanın sakitləşəcəyi və tezliklə öz qınına çəkiləcəyini gözləmək əbəsdir. ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə videokonfrans formatında bu gün başlayacaq “demokratiya sammiti”ndə N.Paşinyan yüzdə yüz Qərbə daha bir qarmaq atacaq, Azərbaycanı və Türkiyəni “pis qonşular” kimi qələmə verməyə çalışacaq. Brüssel görüşü öncəsi özünə “xal” toplamağa cəhdlər edəcək. Təəssüf ki, onun cavabını verən olmayacaq. Çünki Azərbaycan və Türkiyə tədbirə dəvət almayıb.

***** 

Arman Tatoyan: Additional evidence of deeply-rooted hatred and enmity  toward Armenians in Azerbaijan ‹ ARTSAKH NEWS

Paşinyanın komanda üzvləri də ondan geri qalmır. Məsələn, Ermənistanın ombudsmanı, Azərbaycana qarşı radikal mövqeyi ilə tanınan Arman Tatoyan neçə gündür Fransada sülənir. Bundan az öncə isə o, ABŞ-da səfərdə olmuş, keçirdiyi görüşlərdə ənənəvi anti-Azərbaycan, anti-Türkiyə mövqeyini təbliğ eləmişdi.

Dünən isə Fransanın “kiçik və gəzəyən bacı”sı sayılan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisə səfərə gedib. Rəsmi məlumatda deyilir ki, Mirzoyan Ermənistan-Fransa iqtisadi əməkdaşlığının inkişafı və genişləndirilməsi məsələləri üzrə işçi qrupunun birgə iclasında iştirak edəcək.

Ancaq gün kimi aydındır ki, səfər ilk növbədə siyasi mövzulara həsr olunacaq. Fransanın Ermənistanda hansı iqtisadi marağı və ya ortaq iqtisadi layihələri ola bilər ki? Blokada rejimində çürüyən “izqoy” ölkə öncə təcriddən çıxmalıdır. Bu mənada Fransaya əslində Azərbaycan qat-qat çox lazımdır, nəinki “tullantı” ölkə. Həm bölgənin açar ölkəsi olaraq, həm də ikitərəfli iqtisadi əməkdaşlıq üçün böyük perspektivə malik, logistik və tranzit məkan kimi.    

*****

Elnur Məmmədov Nazirə Müşavir Təyin Olunub

Elnur Məmmədov

Bu arada Azərbaycan Ermənistana qarşı daha iki məsələ üzrə iddia qaldırmağa hazırlaşır. Bunu dünən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bəyan edib.

“Bunlardan biri ətraf mühitə vurulmuş ziyanın miqyası ilə bağlı olacaq. Və təbii ki, mövcud bəzi konvensiyalar çərçivəsində həmin ərazilərdə ətraf mühitə vurulmuş ziyanla bağlı məsələnin qaldırması planlaşdırılır. Digər məsələ enerji resursları ilə bağlı olacaq. İşğaldan azad edilmiş ərazilərdə enerji resurslarından Ermənistanın qanunsuz istifadə etməsi və istismar faktları toplanır və bununla bağlı iddia qaldırılmasına hazırlaşırıq”, - deyə nazir müavini Beynəlxalq Ədalət Məhkəməsinin srağagünkü qərarı ilə bağlı mətbuat brifinqində qeyd edib.

Ermənistanda əhalinin sayı azalıb

Beləcə, Azərbaycan hələ də özünü məğlub ölkə kimi aparmaq istəməyən Ermənistanı hüquqi meydanlarda da divara dirəmək kursunu davam etdirir. Bakı sözünü havaya atmır. Bunu erməni tərəfi sonuncu dəfə 44 günlük müharibədə əyani görüb. Yenə də əmin olmaq istəyirsə, problem yoxdur. O zaman bir-bir iflas olan anti-Azərbaycan planlarını boşuna davam etdirə bilər.

*****

Gözləndildiyi kimi, Azərbaycan Prezidentinin “Zəngəzur dəhlizinin açılacağı tarixi elan edin, problem olmasın” deməsi Ermənistanda böyük rezonans yaradıb. Erməni ictimaiyyəti anlamağa başlayıb ki, İlham Əliyevin dediklərinə diqqət yetirmək gərəkdir.

“Yəni Azərbaycan Prezidenti 44 günlük müharibədən öncə də bizə şans vermişdi, Ermənistana xəbərdarlıq etmişdi. Sonda hər şey onun dediyi kimi oldu”.

 

Bunu erməni siyasi şərhçi Romella Mnatsakanyan öz məqaləsində yazıb.

“Çoxları Əliyevin Quba sakinləri ilə görüşündə dediklərini İrəvana təhdid kimi təqdim edir. Yəni dəhlizi açın, yoxsa sizi yeni müharibə gözləyir. Məyusluqla boynumuza almalıyıq ki, Azərbaycan lideri bu dəfə də düz deyir. Gərək boynumuza öhdəlik götürməzdik. Götürmüşüksə, Bakı sakitləşən deyil. Bakı bizi bunu etməyə məcbur edəcək, dünya ictimaiyyəti isə növbəti dəfə kənardan baxıb susacaq. Niyə? Çünki Bakı siyasi müstəvidə də işlərini düz aparıb - razılaşmalar var və bu sənədlərin altında İrəvanın imzası dayanır”, - deyə erməni yazar qeyd edib.

Ermənistanın xilası isə elə götürülən öhdəliklərin icrasına bağlıdır. Bir daha xatırlatmağın yeri var: kapitulyant tərəf bu gün ona təklif olunanı götürməsə, sabah yalvaracaq və artıq gec olacaq... “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam