Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Qarabağa qayıdış gecikir” -deyən rusiyalı ekspertə tutarlı cavab

 

“Bu, əlbəttə, zaman tələb edəcək, amma böyük qayıdış mütləq təmin olunacaq...”

Yenixeber.org: “Qarabağda müharibənin bitməsindən bir il keçsə də, Bakı onun nəzarətinə keçən rayonları ciddi şəkildə məskunlaşdıra və inkişaf etdirə bilməyib”. Bunu Ermənistanın News.am saytına tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenhauer deyib.

“Nələrsə edilir, amma yenə əhali ora qayıtmayıb, partlayıcı qurğuların olması problem olaraq qalmaqdadır. Bu, İlham Əliyev üçün çox ciddi siyasi problemə çevrilir. Ehtimal edilir ki, ermənilərin əlində haradasa xəritələr var, lakin ermənilər vermək istəmir. Amma mən əmin deyiləm ki, belə ətraflı xəritələr mövcuddur. Bakı belə görünür, bu əraziləri minalardan təmizləmək iqtidarında deyil və bu, artıq siyasi baxımdan mühüm məqamdır. Azərbaycan əraziləri mənimsəməyənə qədər isə Bakının nöqteyi-nəzərincə ”artsax problemi" ilə ciddi şəkildə məşğul ola bilməyəcək. Öncə ətraf ərazilər inteqrasiya olmalıdır ki, bu da Bakıda o qədər də uğurlu alınmır" - ekspert bildirib.

Qeyd edək ki, yəhudi əsilli Felqenhauer kifayət qədər obyektiv mövqeli ekspert kimi tanınır. Onun fikirlərini erməni mediası təhrif də edə bilərdi. İstənilən halda bir şeyə şəkk-şübhə yoxdur: erməni tərəfi çox istəyir ki, Qarabağa Böyük Qayıdış baş tutmasın, iflas olsun və ya illərlə geciksin.

Bütün deyilənlərə, tənqidlərə rəğmən Azərbaycan hökuməti, prezident İlham Əliyev Qarabağa qayıdışla bağlı çox ciddi işlər, böyük layihələr həyata keçirir. Artıq Qarabağda 3 beynəlxalq hava limanı tikilir, onlardan biri-Füzuli Hava Limanı istifadəyə verilib. Qısa müddətdə Zəngilan rayonundakı “ağıllı kənd”ə ilk sakinlər köçürüləcək. Lakin minalardan təmizlənmə nə qədər sürətlə getsə də, yenə də tam başa çatdırılmayıb. 

Xatırladaq ki, iyunda Türkiyə prezidenti Qarabağa gələndə azərbaycanlı həmkarı İlham Əliyevə işğaldan azad edilən ərazilərdə həddən artıq minaların olduğunu demişdi. Bildirmişdi ki, ermənilərin mina xəritələrini verməməsi qayıdışı ciddi əngəlləyir. Əslində, Qarabağa böyük köçün qarşısını Ermənistanın destruktiv fəaliyyəti alır.

Bəs görəsən, mina məsələsi və erməni təxribatlarına rəğmən vətəndaşların təhlükəsizliyi necə təmin olunacaq?

Mövzu ilə bağlı  açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, azad olmuş ərazilərdə minaların hələ də varlığı geri qayıdışa əsas maneələrdən biridir: “Düzdür, ANAMA təşkilatı və Azərbaycanla əməkdaşlıq edən şirkətlər xeyli iş görüb, amma hələ  illərlə iş görülməlidir. Minalar müxtəlif ərazilərdə yerləşdirilib. Amma elə ərazilər var ki, ora təmizlənib və orada artıq tikinti işləri aparmaq olar. Tikinti işləri yekunlaşandan sonra əhalini də köçürmək olar. Məsələn, Ağdam şəhəri artıq minalardan təmizlənir və orada artıq tikinti işləri gedir. Elə ərazilər var ki, orada ümumiyyətlə, mina yoxdur. Məsələn, Şuşa şəhərində tikinti işlərini sürətləndirmək olar. Çünki ermənilər oraya mina basdırmayıblar.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

 Elxan Şahinoğlu 

İşğal dövründə onlar Şuşada yaşayırdılar. Amma Füzuli, Zəngilan istiqamətində elə ərazilər var ki, minalar var və yeni ərazilər minalardan təmizləndikcə həmin yerlərdə tikinti işləri sürətləndirilir. Bu yerlərə böyük qayıdışı, əhalinin köçürülməsini həyata keçirmək olar. Köçürmə əməliyyatı, qayıdış layihəsi bizim üçün çox vacibdir. Çünki elə etməliyik ki, yaxın illərdə Qarabağa 800 minə yaxın, yaxud bir milyona yaxın insan köçə bilsin. Bu həm də erməni separatizmi üzərində ciddi bir basqı və psixoloji təzyiq demək olacaq. Bu baxımdan düşünürəm ki, bəli, minalanmış ərazilər bizim üçün müəyyən maneələr yaradır. Amma təmizləndikcə tikinti işlərini sürətləndirilib, qayıdış proqramını yerinə yetirmək lazımdır. Bu istiqamətdə onsuz da fəaliyyət aparılır”.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəyli 

Siyasi şərhçi Əziz Əlibəyli isə bildirdi ki, bu faktorlar var, amma həlledici deyil: “Çünki böyük qayıdışın həyata keçirilməsi strateji məsələdir. Azərbaycan heç bir vəchlə onu gecikdirə bilməz. Ona görə də, ilkin olaraq şəhərlərin baş planının hazırlanması və ağıllı kəndlərin inşası üzərindən prosesə başlanıldı. Ölkə rəhbərinin fikri  bundan ibarət idi, üç il ərzində məskunlaşdırma prosesində böyük bir məsafə qət etsinlər. Artıq bu məsələ ilə bağlı ciddi addımlar atılır. Rusiyalı ekspertin bu formada dedikləri düzgün fikir deyil, əslində strateji olaraq yanlışdır. Azərbaycanın mövqeyinin də zəiflədilməsinə yönəlmiş düşüncədir”.

Asim Mollazadə: Dövlət başçısı İlham Əliyevin təşəbbüsü dünya miqyaslı  hadisə kimi qiymətləndirilir - "İki sahil"

 Asim Mollazadə

Deputat Asim Mollazadə isə hesab edir ki, ən əsas problem şəhərlərin  tam dağıdılmasıdır: “Barbarcasına hər şeyi dağıdıblar. Ona görə də Azərbaycan sıfırdan inşa prosesini həyata keçirir. Bu təbii ki, zaman tələb edəcək. Amma heç şübhə yox ki, böyük qayıdış təmin olunacaq. Yüz minlərlə Azərbaycan vətəndaşı öz torpaqlarına qayıdacaq. Hətta Ağdam 100 minlik əhali ilə Azərbaycanın ən böyük şəhərlərinin birinə çevriləcək. Müharibədən qabaq oranın əhalisi daha az idi və mən əminəm ki, Qarabağda yüz minlərlə vətəndaşlarımız bu cənnət torpağa qayıdaraq daha da yaxşı həyat sürəcək. Böyük qayıdış sürətlə həyata keçirilir. İnfrastruktur bərpa olunub, yollarla hava limanı fantastik sürətlə açılıb və bu proses davamlı olacaq. Böyük qayıdışı tikinti, infrastruktur işləri bitəndən sonra həyata keçirilməlidir. Baş planlar hazırlanır. Ona görə də, rusiyalı ekspertin ifadə etdiyi fikirlər yanlışdır. Azərbaycan bu planı sürətlə icra edir, minalardan təmizlənir. Bunun üçün Azərbaycana dəstək verən bir sıra ölkələr var”.“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam