Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

“Zəngəzur dəhlizinin açılmalı olduğunu Ermənistanda çox yaxşı anlayırlar” -Gürcü analitik

“Azərbaycan və Türkiyə üçün önəmli olan Zəngəzur dəhlizi layihəsi reallaşdırılmalıdır. Hesab edirəm ki, Ermənistanda da bu koridorun açılmalı olduğunu çox yaxşı anlayırlar”.

Yenixeber.org: Bunu Gürcüstanın “Kvira” mediaholdinqinin press klubunda “Region müharibədən bir il sonra: nəticələr və yeni imkanlar” mövzusunda keçirilən mətbuat konfransında politoloq Nikoloz Metreveli deyib.

Ekspertin sözlərinə görə, Ermənistanda bu dəhlizin həyata keçirilməsinə qarşı olanlar və revanşa meylli qüvvələr var: “Fikrimcə, Ermənistanın Baş naziri Nikol Paşinyan da çox yaxşı başa düşür ki, bu dəhliz açılmalıdır”.

N.Metreveli hesab edir ki, Zəngəzur koridorunun həyata keçirilməsinin Gürcüstanın regionda tranzit funksiyasını azaldacağı ilə bağlı səsləndirilən fikirlər əsassızdır: “Bu layihənin reallaşdırılması Gürcüstan iqtisadiyyatına real təhlükə yaratmayacaq. Ölkənin tranzit rolunun kiçiləcəyi barədə proqnoz vermək tezdir, belə ki, bunun üçün ilkin zəmin yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam