Redaktor seçimi
Hacı Mazanı öldürmək istəyirlər, yoxsa o, Qarabağ Qazisini girov götürüb? - 
“Əmlakımız sifarişlə yandırılıb”-Baş prokurora MÜRACİƏT+
Nazir oğlunun Fransada 30 milyonluq villası üzə çıxdı: Formula-1-in pulları hara axıb?–
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində RƏZALƏT: olmayan virus belə “tapılıb”-
“Mahmudov və 40 quldur” seriyasından: iş adamından 2 milyon dolların qoparılması...-
Bərdənin İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası…-
Oqtay Əsədovun Eldar Mahmudovun qapısından böyük biznesə açılan yolu-
“Zərdab Mərkəzi Rayon Xəstəxanası” maşınlarını belə təmir etdirir-
Günün xəbəri

Bütün yollar Bakıya aparır -bütün “kartlar” Bakıda!

 

İran özünü tələyə salıb; Tehran və İrəvan elə bir nöqtəyə çatıb ki...; cənub qonşumuz və kapitulyant Ermənistan tale ortaqları kimi...

Yenixeber.org: Əsasən ölkəmizi hədəf alan İran “havanı silkələməyə” və “stəkanda fırtına”lar yaratmağa davam edir. Ancaq irili-xırdalı Tehran rəsmilərinin bəyanatlarından belə qənaət hasil olur ki, İran həm qorxur, həm də qorxutmaq istəyir. Özü də daha çox birinci variantdır, nəinki ikinci. Bunun da ciddi səbəbləri var.

Ən mühümü odur ki, cənub qonşumuz bölgədə təklənmək riski ilə üzləşib. Bunun da yeganə səbəbi yenə özüdür, apardığı yanlış siyasətdir. Bu siyasət bataqlıq effekti üzrə, yəni tərpəndikcə, əl-qol atdıqca onu daha dərinə aparır.

*****

Gerçək belədir ki, Tehran dost-müttəfiqlər məsələsində bir-birinin ardınca kobud səhvlərə yol verməkdədir. Üstəlik, elə bir zamanda ki, onun dostları son 40 ildə barmaqla sayılacaq qədər azalıb, indi də tək-tükdür. Amma fars rejimi olanının qədrini bilmək əvəzinə, “oturduğu budağı kəsmək”lə məşğuldur. Azərbaycanı qəfildən, “günün günorta çağı” hədəf almaq bunun bariz sübutu sayıla bilər. Ancaq Tehran yetkililəri gərək bir şeyi qulaqlarında sırğa eləsinlər: ölkəmizə hər hansı hərbi müdaxilə İranın özünü intiharı, məhvi demək olacaq.

*****

“İndi bütün kartlar Bakının əlindədir”. Bu sözləri xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə rusiyalı tanınmış ekspert Qriqori Trofimçuk rəsmi Tehranın son davranışlarını Axar az-a şərh edərkən söyləyib.

“İranın gözlənilməz fəallığı ondan ibarətdir ki, Tehranın ağlına daim ”blokada" fikri gəlir. Regionda nə baş verirsə, Tehran bunu özünə qarşı pis addım kimi görür. Qlobal dünyadan İran özünü təcrid edilmiş hiss edir. Artıq problemlər İranın qapısını sındırır. Tehranın əsəbləri püskürmək üzrə olan vulkana bənzəyir. Hadisələrin sonrakı inkişafı həm Cənubi Qafqazda, həm onunla həmsərhəd regionlarda, həm də İranın daxilində vəziyyətin dəyişməsi ilə nəticələnə bilər", - deyə o xəbərdarlıq edib.

Analitikin fikrincə, Vaşinqton da bölgədə baş verənləri diqqətlə izləyir: “İranın blokadası Amerikanın əsas istəklərindən biridir. Hazırda İran elə bir nöqtəyə gəlib çıxıb ki, hətta bundan sonra hərbi təlimləri ümumiyyətlə dayandırsa belə, geriyə addım ata bilməyəcək. Çünki region ölkələri artıq İranı təhlükə kimi səciyyələndirəcək. Artıq müharibə olacağı təqdirdə İrana qarşı çıxış edəcək ölkələrin müttəfiqliyi də göz önündədir”.

Onun sözlərinə görə, ABŞ-da Rusiyadan fərqli olaraq, bu problem üzərində indidən ciddi düşünürlər. “Belə bir plan çərçivəsində Cənubi Azərbaycanın fəallaşması qaçılmaz olacaq. İranın blokadasının güclənməsi ölkədə sosial-iqtisadi vəziyyətin kəskin şəkildə pisləşməsi, daha sadə desək, aclığın yaranmasına gətirib çıxaracaq. İndi Tehrandan aqressiv, səs-küylü bəyanatlar eşidirik, amma əməldə heç nə görmürük. Bu minvalla, İran öz zəifliyini hamıya nümayiş etdirəcək. Əgər real hərəkət yoxdursa, söz və təhdidlər indiki geosiyasətdə heç bir rol oynamır”, - deyə rusiyalı ekspert vurğulayıb.

Politoloq əmindir: “Artıq seçmək lazım gələcək: İranı dövlət kimi məhv olmaqdan qorumaq, yaxud Ermənistan ərazisinə hərbi kontingentlə daxil olmaq. Amma belə bir giriş dərhal ağır zərbəyə gətirib çıxaracaq. İran klassik bir səhv etdi: çox danışmağa başladı, amma əməl edə bilmədi. Bakının isə əlində indi bütün kartlar var - onlardan düzgün istifadə etmək və düşünülməmiş hərəkətlər etməmək vacibdir. Görürük ki, Ermənistan ”Qarabağ röyası" ilə hələ də çabalamağa davam edir. İranın “partlaması” da bunun bariz nümunəsidir. Hazırda İranı ən çox qızışdıran da məhz elə İrəvandır".

*****

Əlbəttə, ortada ənənəvi erməni məkri olmasaydı, situasiyanın kritikliyini minimuma endirməyə nə var idi ki. Məsələ də ondadır ki, hətta ordusu darmadağın edilmiş, can verən Ermənistan da öz xislətinə sadiq qalaraq, pisliklərindən əl çəkmir, bölgədə böyük sülhün bərqərar olmasını hər vəchlə əngəlləyir, aranı qarışdırmağa və “bulanıq suda” balıq tutmağa çalışır.

Hərçənd, 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra Ermənistanın bölgədə heç bir söz sahibliyi qalmayıb, bununla belə, ermənilər özlərini müxtəlif güc mərkəzlərinə “maşa” qismində təqdim eləmək, siyasi bazarlığa çıxarmaq kimi köhnə vərdişlərindən də əl çəkmirlər.

Bu xüsusda baş nazir Nikol Paşinyanın dünənki Moskva səfəri və prezident Vladimir Putinlə görüşünün İrəvanın əsl hədəfinə daha çox işıq salacağı gözlənilirdi. Ona görə ki, artıq zaman çatıb ki, regionda bütün oyunçular ya olduqları kimi görünsünlər, ya da göründükləri kimi olsunlar.

*****

Ermənistanın özündə də bəzi şərhçilər bölgədəki proseslərin hara getdiyini proqnoz eləməyə çalışırlar. Məsələn, politoloq Alen Gevondyan öz Facebook səhifəsində eks-prezident Mixail Saakaşvilinin həbs olunacağını bilə-bilə nədən Gürcüstana qayıtdığına diqqət yönəldərək yazır: “Bir neçə gün əvvəl bölgədə mühüm bir hadisə baş verdi, lakin bu olay diqqətdən kənarda qaldı: Mixail Saakaşvili orada ona cinayət işi açıldığını və həbs gözlədiyini bilə-bilə Gürcüstana qayıtdı və dərhal da həbs olundu. Daxili sabitlik baxımından Gürcüstanı ağır və çətin dövr gözləyir. Yeri gəlmişkən, təkcə Gürcüstanı  yox. Qeyri-sabitlik hətta bölgənin xəritəsinin siluetini də dəyişə bilər. Dərin anlamda isə bunlar bölgəniRusiyadan birdəfəlik qoparmaq proqramı ilə əlaqədardır”.

Gevondyan yazır ki, bu gün “artsax” məsələsi artıq yoxdur və Ermənistan hakimiyyəti türklərlə “eşqbazlıq” edir. “Bunlar 2008-ci il prosesinin yenidən başlaması üçün ən vacib ön şərtləridir. Biz ağır siyasi və qeyri-müəyyən iqtisadi sarsıntılar mərhələsinə qədəm qoyuruq”, - deyə o qeyd edib.

*****

Şübhəsiz ki, söhbət ilk növbədə Ermənistanın taleyindən, onun bundan sonra dövlət kimi qalıb-qalmamasından gedir. Çünki qalib Azərbaycan və Türkiyənin regiondakı dayaqları və mövqeyi çox möhkəm və sarsılmazdır. Ermənistan isə xilas olmaq istəyirsə, tək yolu Azərbaycan-Türkiyə tandeminə nəzərən düzlənmək və nə qədər gec deyil, haqq elədiyi yerdə durmaqdır. İran üçün də eyni variant keçərlidir. Çünki indi bütün yollar Bakıya aparır, bütün “kozırlar” Bakıdadır. Hələ şansları qalır...  “Müsavat”

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam