Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Putin sualtı qayıqlar göndərir -Əsəd rejimi İdlibə hücuma HAZIRLAŞIR?

Putin sualtı qayıqlar göndərir – Əsəd rejimi İdlibə hücuma HAZIRLAŞIR?

 

Rusiya Hərbi Dəniz Donanması Suriyadakı Tartus hərbi bazasına “Kalibr” raketləri ilə silahlanmış dörd sualtı qayıq göndərib. “Varşavyanka” layihəsindən olan bu sualtı qayıqlar dizel-elektrik mühərrikləri ilə təchiz olunub.  Bu haqda Rusiya mənbələri bildirir. Daha bir sualtı qayıq isə Aralıq dənizinin neytral sularında üzür.

Yenixeber.org: Sualtı qayıqların göndərilməsi Suriyanın şimalında, İlibdə vəziyyətin yenidən gərginləşdiyi bir vaxta təsadüf edir. Xəbərlər var ki, Suriya ordusu bölgəni müxalif yaraqlılardan təmizləmək üçün yeni irimiqyaslı əməliyyatlar planlaşdırır. Hətta bəzi mənbələr Əsəd ordusunun hücumunun “hər an başlaya biləcəyini” deyirlər. Belə xəbərlər Bəşər Əsədin bir neçə gün əvvəl Moskvaya sürpriz səfərindən sonra yayılmağa başlayıb.  Həmin görüşdə Rusiya prezidenti Vladimir Putin Suriyanın əsas probleminin “dəvət olmadan bu ölkənin ərazilərinin bir hissəsində yerləşən xarici hərbi qüvvələr” olduğunu demişdi.

Habelə son günlər Rusiya aviasiyası İdlibdə müxalif qruplaşmaların mövqelərinə tez-tez zərbələr endirir. O cümlədən regiondakı Türkiyə ordusu mövqelərinin bilavasitə yaxınlığına raketlərin atılması faktları qeydə alınıb.

Bütün bunlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya yaxın günlərdə baş tutacaq səfəri ərəfəsində baş verir. Gözlənilir ki, Ərdoğanla Putinin danışıqlarının əsas mövzusu Suriya olacaq./virtualaz/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam