Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

İRANIN QƏFİL "ƏZƏLƏ NÜMAYİŞİ”... -Sərhəd təlimləri ilə Tehran, kimə dil uzadır?

Cənub qonşumuz İranın bizə qarşı zaman-zaman etibarlı qonşu kimi, arxamızı söykəyə biləcəyimiz dost kimi davranmadığını çox görmüşük. Erməni işğalı dönəmi buna parlaq sübutdur.

Yenixeber.org: Həqiqətən də dost, qardaş dar gündə tanınır. İran da tanındı. Necə tanındı, bunu hamı bilir və bu qənaət şəkk- şübhəsiz, uzun əsrlər üçün daşlaşmış olaraq qalacaq. Çünki əlahəzrət gerçək belədir ki, gənc Azərbaycan dövlətinin öz müstəqilliyinin 30 ili ərzində İrana heç bir pisliyi keçmədiyi halda, sonuncudan daima ünvanımıza hədə, “ayağımızın altını qazıyan” və müstəqilliyimizin geridönməzliyini əngəlləməyə hesablanmış gedişlərin şahidi olduq. İran rəsmilərinin və dini yetkililərinin tez dilə gətirməyi xoşladıqları “din qardaşlığı”na, “şiə qardaşlığı”na zərrəcə dəxli olmayan ən pis nümunələri yenə məhz Tehranın timsalında gördük. 

Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsindən sonrakı 27 illik atəşkəs dönəmində özünü “İslam Respublikası” adlandıran qonşumuz bir dəfə olsun işğalçı ölkəyə, müsəlmanlara qarşı Xocalı soyqırımına imza atmış bir topluma, erməni faşistlərinə göz ağartmadı. Qardaş Türkiyə kimi təcavüzkar ölkə ilə öz sərhədlərini bağlamadı. Tam əksinə, sonuncu ilə geniş iqtisadi-ticari, siyasi-diplomatik əlaqələr qurdu, hərbi əməkdaşlıqdan belə çəkinmədi. Təcavüzkar ölkə üçün, Qarabağda məscidlərimizi yerlə-yeksan edən, “Allah evi”ndə donuz saxlayan islam düşmənləri üçün bütün mənalarda “xilas pəncərəsi” rolunu oynadı və bunu ermənilər həmişə minnətdarlıqla dilə gətirirlər.

 

Azərbaycan xalqı atəşkəs dövründə həmçinin İranın erməni separatçılarına necə geniş qucaq açdığının da əyani şahidi oldu. İran şirkəti separatçılarla əlbir olub, Azərbaycan dövlətinin razılığı olmadan (!) nümayişkaranə şəkildə Şuşadakı qədim məscidimizi “təmir” adı ilə farslaşdırmağa cəhd elədi. Yenə məhz İran Ermənistanı deyil, Xəzər dənizinin Azərbaycan kəsimində ölkəmizi təhdid eləməkdən belə çəkinmədi. Və bütün bunların üstündən heyrətamiz şəkildə bizdən özünə qarşı “şiə qardaşlığı” gözlədi, sevgi-sayğı umdu...

Amma biz sadalanan və sadalanmayan pisliklərə rəğmən, İranı düşmən elan eləmədik – Tehran açıq-aşkar İrəvanın dostu, pasibanı kimi özünü təsdiqləsə də.

Biz dost olaraq, 2-ci Qarabağ müharibəsindən sonra da Ermənistanı dövlət kimi tanımamağa davam edən Pakistan İslam Respublikasını da gördük. Rəsmi İslamabad, rəsmi Tehrandan fərqli olaraq, əməldə islam həmrəyliyinin necə olduğunu göstərdi, o cümlədən İran (anti)-İslam Respublikasına.

 


 

İndi aydın odlumu ki, niyə hələ də Bakıda Türkiyə ilə yanaşı, Pakistanın hər yerdə ay-ulduzlu bayrağı dalğalanır, amma İranın yox? Nədən Bakıda “3 qardaş - 2021” birgə hərbi təlimləri keçirilir, amma Azərbaycan “şiə qardaşımız” İranla bircə dəfə də olsun, təlim keçirilməyib?

Təlimlərdən söz düşmüşkən, bu gün məlum olub ki, İran da hərbi təlimlərə qərar verib. Özü də Azərbaycanla sərhəddə, üstəgəl, erməni işğalından təzəcə azad olunmuş sərhədimiz də daxil olmaqla! İlin-günün bu vaxtında xeyir ola?

Deyilə bilər ki, müstəqil dövlət kimi bu, İranın haqqıdır. Mövcud beynəlxalq təcrübə isə diktə edir ki, hansısa ölkə sərhədyanı ərazilərdə hərbi təlim keçirməzdən öncə qonşu dövlətləri özünün XİN-i vasitəsilə məlumatlandırır. Doğru, İran tərəfi təlimlərlə bağlı Bakını məlumatlandırıb. O da bildirilib ki, keçirilən təlimlər Azərbaycana qarşı deyil. Amma və lakin... bu, sualları azaltmayıb.

Ondan başlayaq ki, bu təlimlərin keçirilməsində məqsəd nədir? İran kimə əzələ nümayiş etdirir?

Azərbaycanın qardaş Türkiyə və Pakistanla ortaq təlimlərində əsas hədəf bəllidir: ərazimizdə hələ də işğalçı ordunun qalıqları qalır və onların arxasında gizləndikrləri Rusiya anti-sülhməramlıları ölkəmizə qarşı təhlükəli oyunlar oynamağa başlayıb.

Bəs İranın “qarın ağrısı” nədir? Yəni bir sual da belədir ki, nə üçün bu təlimlər məhz indi keçirilir? Bu, Azərbaycan və Türkiyənin birgə keçirdiyi təlimlərə cavab deyil ki? Yoxsa Azərbaycanın Gorus-Qafan yoluna nəzarəti gücləndirməsinə verilən qəzəbli reaksiyadır?

 

 

Məsələ də ondadır ki, İran Azərbaycan torpaqları işğal altında olan illərdə tez-tez bəyan elədiyi “müsəlman həmrəyliyi”ni, “İslam təəssübkeşliyini” rəhbər tutaraq, belə bir “əzələ nümayişini” bir dəfə də olsun Ermənistana qarşı göstərməyib. Görəsən niyə? Yəqin ki, buna İrandan Azərbaycanın işğal altında olan ərazilərindən keçən narkotrafik maraqları da mane olub (Bu haqda da mətbuatda dəlilli-sübutlu materiallar dərc olunub).

Sonra. Tehranın iddia elədiyi kimi, təlimlər Azərbaycana qarşı deyilsə, o zaman nədən İran-Ermənistan sərhədini də əhatə eləmir? Yoxsa Tehrandakı Ermənistan sevdalı hakimiyyət dairələri buna izn vermir?

 


 

Əlbəttə ki, qoyulan suallar ritorikdir. “Görünən kəndə nə bələdçi”. Görünən həm də odur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra da Tehranın Bakıya qarşı “dəvəquşu siyasəti”, Azərbaycan əleyhinə yumşaq desək, qeyri-dost tavrı davam edir. Bu təlimlər də sözsüz ki, eyni xanədəndir və heç bir xoş niyyətdən söhbət gedə bilməz...

(Musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam