Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

“Əfqanıstan böyük qanlı prosesin hələ başlanğıcını yaşayır” - ŞƏRH

“Əfqanıstanın daxilində on illərdir sakitlik və sabitlik yoxdur. Bütün proseslər qanla müşayiət olunur. Bunun qarşısını almaq üçün rəhbərliyə milli qüvvələr gəlməlidirlər. Əsas hədəf konsensus ətrafında birləşmək olmalıdır”. 

Yenixeber.org: Bunu politoloq Tofiq Abbasov Əfqanıstanda baş verən son hadisələri şərh edərkən deyib. 

Onun sözlərinə görə, Əfqanıstan hadisələrində daha çox Pakistanın adı çəkilsə də, bunda təkcə İslamabad maraqlı deyil:

 “Bütün qonşu dövlətlər, Özbəkistan, Tacikistan, İran, Rusiya Əfqanıstandakı qeyri-stabillikdən əziyyət çəkirlər. Risklərin qarşısının alınması üçün ciddi vəsaitlər xərclənir. Talibanın ortaya çıxması, liderlik iddiasına düşməsi təsadüfi deyil, burada tək Pakistanın rolu yoxdur. Maraqları olan dövlətlər hamısı müdaxilə vasitələrini işlək vəziyyətdə saxlayıblar. Onların hər birinin fərdi hədəfi var. Əfqanıstanın nicat yolu xarici qüvvələrin təsirinin ləğv edilməsidir. Ölkənin daxilindəki qüvvələrin isə bu mübarizəyə istəyi yoxdur.

Taliban terrorçu təşkilatdır. Bu qərbin layihəsidir. Terrora Bəhreyn, Pakistan, Ərəbistan və digər ölkələr sponsorluq edir. Terrorun qarşısını almaq üçün ilk növbədə onun “oksigen” kanallarını bağlamaq lazımdır.

Qərbin planı budur ki, İslam dünyasında - Şərqdə terrorun güclü dayağını yaratsın. Yəməndə, İraqda, İranda və digər ölkələrdə alınmadı. Taliban isə baş tutmayan layihələrin toplusu, əvvəlki terrorçu, separatçı qüvvələrin qalıntılarının birliyidir. Taliban yetkin qüvvə deyil və olmayacaq. Mən əminəm ki, Əfqanıstan böyük qanlı prosesin hələ başlanğıcını yaşayır”.

 

 

Politoloq hesab edir ki, Taliban həqiqətən normal hakimiyyətə çevrilmək, dünya çağında normal imic yaratmaq istəyirsə, silahı yerə qoymalıdır. Baş kəsməklə deyil, sivil yolla hakimiyyəti davam etdirməlidir:

 

“Daxildə problemləri həll edib, Əfqanıstanda yaşayan millətlərlə dialoqu başladıb, birliyə nail olmalıdırlar. Bunu edə bilsələr, xaricdən uzanan əllərin qarşısını ala biləcəklər. Talibanın ömrü az olmasa da, Əfqanıstanın yaxın zamanlarda həyatı çox məşəqqətli olacaq.

 

Bildiyimiz kimi, Taliban terrorçu təşkilat kimi tanınır və bu qruplaşmanın dövləti ələ keçirməsi digər terror təşkilatlarının da canlanmasına səbəb ola bilər. Amerika Əfqanıstanı cinayətkarların yuvasına çevirib, onların vasitəsilə Çinə, İrana, Özbəkistana, Tacikistana ziyan vurmaq niyyətindədir”.

 

Xatırladaq ki, avqustun 15-də “Taliban” üzvləri Əfqanıstanın paytaxtı Kabili döyüşsüz ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk etmək məcburiyyətində qalıb.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam