Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Şeyxülislam maraqların münaqişəsinin mərkəzində-ŞƏRH

 

Sosial şəbəkələrin Azərbaycan seqmentində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bir sıra ifadələri və xarici siyasətçilər də daxil olmaqla, bəzi siyasətçilərin bu ifadələrə cavabları ətrafında kifayət qədər fəal mübahisə (bu termin üzərində dayanacağıq) cəmiyyətin ölkədə konfessional vəziyyəti kifayət qədər diqqətlə izlədiyini göstərir. Xüsusən, Paşazadə Şuşada belə deyib: “Xameneyinin “Qarabağ İslam torpağıdır” fətvası bizim qələbəmizin müjdəçisi oldu”.

Yenixeber.org: Konfessional mövzularda da analitik yazıları ilə məşhur olan Teymur Atayevə ölkənin hüdudlarından kənara da sıçrayan mübahisə ilə bağlı bir neçə sual üvnanladıq.

***

- Teymur bəy, Sizcə, şeyx fiquru ətrafında baş verənlər aspektində kənardan gələn süni bir şey yoxdur? Axı, bəzi KİV-lərin məlumatına görə, şeyxülislam Allahşükür Paşazadə belə deyib: “Məni ittiham edənlər Azərbaycanda sünni-şiə qarşıdurması yaratmağa çalışırlar. Bu, artıq başqa maraqlardan irəli gəlir”. Yəni maraqlı qüvvələrin islamdaxili qarşıdurma yaratmaqla Azərbaycanda sabitliyi pozmaq məqsədi güddüyünü demək olar?

 

- İlk növbədə, əlbəttə ki, millətlərarası və ya konfessiyalararası, yaxud konfessiyalardaxili aspekt həqiqətən xarici qüvvələrin müəyyən dövlətdə sabitliyi pozmaqda maraqlı olduğu təqdirdə X zamanda işə sala biləcəyi halqalardır. Amma belə bir inkişaf üçün, təşəbbüsü xaricdən gəlsə belə, təbii ki, müəyyən daxili səbəblər olmalıdır. Bilavasitə Azərbaycanda yaşadığımız tarixi mərhələdə sünni-şiə qarşıdurmasının bir bənzəri görünmür. Və ümumiyyətlə bu aspekt heç vaxt ölkəmizdə maneə olmayıb.

Müəyyən qüvvələrin açıq-aşkar bu “problemi” süni şəkildə “əsaslandırmaq” xətti yeritməyə cəhd etdiyi və buna çalışacağı başqa bir məsələdir. Ən bəsiti, Ermənistanın voskanapat.info saytının mayda dərc edilən (2021) materiallarından birində qeyd edilirdi ki, Azərbaycanda “dövlətin və cəmiyyətin ardıcıl şəkildə “şiəlikdən uzaqlaşdırılması” prosesi müşahidə edilir. Bunun məqsədi “ölkəni tamamilə dünyəviləşdirmək” deyil, “islamın, amma bu dəfə sünni məzhəbinin təsirini gücləndirmək” kimi müəyyən edilirdi. Bu da, məqalə müəllifinin fikrincə, Azərbaycanda “Türkiyənin mövqeyinin misilsiz güclənməsi” ilə bağlıdır. Elə oradaca belə bir fikir irəli sürülürdü: “Azərbaycan cənub qonşusunun teokratik mahiyyətinə hücumlarla həmişə Qərbdəki tərəfdaşlarına dünyəvi dövlət olduğunu nümayiş etdirməyə çalışıb, İranın özünə isə Tehranın konfessional kimlik vasitəsilə Bakını öz qəti təsir dairəsinə çəkmək səylərinin əbəs olduğu fikrini təlqin edib”. Ümumiyyətlə, həmim materialın bütün məğzi oxucularda rəsmi Bakının anti-İran mövqeyinə inam yaratmaq, yəni iki dövlət arasında qarşılıqlı münasibətləri pozmaq, eyni zamanda Tehran və Ankara arasındakı barışmazlığı nümayiş etdirmək idi.

Bu məqalənin şanlı Azərbaycan ordusunun Şuşanı azad etməsi sayəsində reallığa çevrilən tarixi Gövhər Ağa məscidində birinci bayram namazının (Ramazan bayramı günlərində) qılınmasından iki həftə sonra işıq üzü görməsi kifayət qədər əlamətdardır. Buradakı incə məqam isə ondadır ki, məsciddə namazı həm sünnilər, həm də şiələr qılıb. Bu da, etiraf edək ki, heç bir təəccüb doğurmamalıdır. Məsələn, Bakının Heydər məscidində pandemiyaya qədər səhər tezdən bayram namazlarının həm şiələr, həm də sünnilər tərəfindən qılınması hər zaman reallıq olub. Həm də əvvəllər bayram namazları hər bir qolun nümayəndələri üçün bir saat fərqlə qılınırdı, amma tezliklə birgə namaz qılınması tendensiyası ortaya çıxmağa başladı.

İstənilən halda, bu gün və indi heç kim Azərbaycanla bağlı sünnilərə aid olduğu hesab olunan məsciddə şiənin (və ya əksinə) namaz qılması üçün problem olduğuna dair tək-tük hadisələr belə göstərə bilməz.

Bu kontekstdə həm də belə bir fakta diqqət çəkərdim ki, 2020-ci il dekabrın 4-də Heydər məscidində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş vəhdət namazından sonra Paşazadə bir fakta diqqət çəkmişdi ki, “dindarlar – sünnilər və şiələr bu gün döyüş meydanında həlak olanların ruhuna birgə dualar etdilər”. Elə həmin vaxt o vurğulayıb ki, Azərbaycan şəhidlərinin xatirəsi 90 min türk məscidində anılıb, buna görə Türkiyə rəhbərliyinə və ölkənin din işləri naziri Ali Erbaşa təşəkkürünü bildirib. Paralel olaraq QMİ sədri qeyd edib: “İranlı qardaşlarımız da bu anım günündə bizimlədirlər. Başda ayətullah olmaqla, onlara təşəkkürümü bildirirəm. Şimali Qafqaz Müftiliyi də bu gün şəhidlərimizin ruhuna dualar edir. Bu gün Azərbaycan şəhidlərini xatırlayan və yad edən hər kəsə minnətdarıq” (azertag.az, trend.az). Zənnimcə, burada xüsusi bir şərhə ehtiyac yoxdur.

- Bəlkə də, Allahşükür Paşazadənin son ifadələri ətrafında vəziyyət və yerli KİV-lərdə və sosial şəbəkələrin Azərbaycan seqmentində onların fəal müzakirəsi təkcə bizim ölkəmizdə baş versəydi, bu qədər ciddi dedi-qodulara səbəb olmazdı. Amma bu mövzu dövlətin hüdudlarından kənarda da diqqət cəlb edib. Məsələn, xaricdəki saytlardan biri Azərbaycanda “dini sahədə islahat, daha dəqiq isə dinin siyasət tərəfindən idarə edilməsi zərurətinin yarandığını” qeyd edib. Bu fonda “Türkiyənin təkcə hərbi sahədəki deyil, həm də bu sahədəki təcrübəsindən istifadə etmək olar. Xüsusən, Din İşləri İdarəsinin (Diyanet) Azərbaycan analoqunu yaratmaq və Türkiyənin bu idarəsini onun inkişafına cəlb etmək olar, necə ki, Türkiyə Baş Qərargahı Azərbaycan ordusunda islahatlara və yeni, müzəffər ordunun formalaşmasına aktiv şəkildə kömək edib”. Bu zaman həmin portalda “Azərbaycan Diyanetinin qurulması zamanı Azərbaycanın konfessional xüsusiyyətlərini” nəzərə almağın, “sünni İslamın kobud şəkildə və hər yerdə yayılması ilə məşğul olmadan, şiə icmasının ehtiyaclarına da” zəmanət verməyin əhəmiyyəti vurğulanırdı.

Bununla bağlı nə düşünürsünüz?

- Yəqin ki, məsələ heç də bu və ya digər dövlət orqanının və ya “sırf” dini orqanın hansı adı daşımasında deyil. Bizim üçün hər zaman Azərbaycan cəmiyyətini səciyyələndirən konfessiyalardaxili sülhü qoruyub saxlamaq, dəstəkləmək və inkişaf etdirmək hər şeydən vacibdir. Axı tariximizin (o cümlədən müasir tariximizin) ən mürəkkəb anlarında belə dövlətdə bununla bağlı hər hansı kataklizm olmayıb.

- Bu kontekstdə hər hansı konkret addımlar görürsünüz?

- Bir neçə il əvvəl mən din, cəmiyyət və dövlət arasında qarşılıqlı fəaliyyət konsepsiyası formasında Azərbaycan müsəlman birliyinin inkişafının konseptual əsaslarının işlənib hazırlanmasının vacibliyindən bəhs edirdim. Xüsusən, Azərbaycan islam vətəndaş kimliyinin formalaşmasından söhbət gedə bilər, bu, vətəndaş cəmiyyəti memarlığının yaradılmasında əhalinin fəallığını nəzərdə tutur. Bu yolda ilk addım ölkənin ekspertlər birliyinin və dini elitasının birləşməsi yolu ilə ümmənin inkişafının konseptual əsaslarının işlənib hazırlanması üçün vahid mərkəz yaradılması ola bilər. Bu, ümmətin inkişaf elementlərinin İslam dininə xas olan dəyərlərə söykənən sivil toplumun bir atributu kimi uyğunlaşmasına imkan verəcəkdir. Bununla da islam dininin sosial-yaradıcı potensialı Azərbaycanın bünövrəsinin möhkəmlənməsində bərkidici halqalardan biri olacaq. Bunun reallaşması digər addımlarla birlikdə cəmiyyətin sosial inkişafının mütərəqqiliyini gücləndirməyə imkan verəcək. Bu da, öz növbəsində, ölkədə sabitliyin ən böyük zəmanəti olacaq.(ASTNA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam