Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Sərhəd təxribatında Qərb izi: İrəvan delimitasiyanı niyə uzadır?

Sərhəd təxribatında Qərb izi:   İrəvan delimitasiyanı niyə uzadır?

Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törətməkdə davam edir. Erməni hərbçilər təkcə iyul ayında sistematik şəkildə Naxçıvan, Laçın, Kəlbəcər, Tovuz və Gədəbəy istiqamətlərində Azərbaycan silahlı qüvvələrinin mövqelərini intensiv atəşə tutublar. Düşmən Kəlbəcərlə sərhəddə vəziyyətin xüsusilə gərginləşməsinə çalışır.
Yenixeber.org: Siyasi ekspertlər deyirlər ki, rəsmi İrəvanın bu cür nadinc davranışlarının arxasında ciddi xarici maraqlar dayanır. Çünki erməni hərbi-siyasi rəhbərlər hazırda üçüncü tərəfi Ermənistan ilə Azərbaycan arasındakı sərhəd məsələlərinə cəlb etməyə çalışırlar. Bu ay sərhədlərdə törədilmiş müxtəlif təxribatlar da bu məqsədlərə xidmət etdi.

Politoloq Tofiq Abbasov deyir ki, ordusu darmadağın olmuş bir ölkənin hərbi qarşıdurmalara cəhd etməsi, təxribatlarda və lokal döyüşlərdə maraqlı olması göz görə-görə ölümə getməkdir və intihara bərabərdir. Görünür, bu işin arxasında daha böyük qüvvələr, Ermənistanın müəyyən xarici dairələr tərəfindən qızışdırılması amilləri də dayanır. Çünki son arzuolunmaz olaylar Moskvada Rusiyanın təşəbbüsü ilə sərhəd məsələləri üzrə görüşlərin keçirildiyi ərəfədə baş verir. Son dövrlərdə Fransanın Ermənistandakı səfirinin “münaqişə hələ bitməyib, status məsələsinə baxılmalıdır” kimi bəyanatları, ABŞ-ın Ermənistandakı səfirinin iki ölkənin sərhədyanı ərazisinə səfərini Ermənistan rəhbərliyi, çox güman ki, siyasi dəstək kimi qəbul edib.

“Hazırda başa çatan münaqişədən sonra regionla bağlı çox ciddi proseslər gedir. Burada bir sıra incə detallar var ki, onları nəzərdən qaçırmaq olmaz. Əvvəla, ABŞ-da erməni lobbisi, ermənipərəst qüvvələr ayağa qalxıb. Senator Menendesdən başda olmaqla bir neçə fiqur aktivləşib. Ortaya çürük bir fəlsəfə atırlar ki, guya Azərbaycan Ermənistanın suveren ərazisinə göz dikib və s. Yəni bununla bağlı rəsmi Vaşinqton nə isə tədbir görməlidir. Yalnız ABŞ-ın deyil, Fransanın, hətta Yunanıstanla Niderlandın belə bəzi siyasi dairələrinin ermənilər üzərindən müəyyən siyasi oyunlara qol qoymalarını müşahidə edirik. Onlar indi İrəvanı öz ideoloji silahları ilə “səfərbər” etməyə çalışırlar ”.



Tofiq Abbasov deyir ki, xarici dairələr Ermənistandakı revanşist qüvvələrə mübarizənin hələ bitmədiyi mesajını verir:

“Qərbdə Rusiyanın moderatorluğu ilə davam edən qarşılıqlı təmaslar fonunda ölü formata keçmiş Minsk Qrupunu yenidən diriltməyə də çalışırlar. Bununla da Kremlin öndərliyini, arxa plana atmaq cəhləri hiss olunur. Bu baxımdan Amerika və Fransa hazırda həmahəng çalışır. Əslində deməzdim ki, hazırkı regiona dair lazımsız proseslər Vaşinqton və Parisdə dövlət səviyyəsində idarə olunur. Sadəcə bu iki ölkədə elə bir siyasi sistem var ki, lobbi hərəkətə keçən kimi müəyyən rəhbərlər həmin ermənipərəst qüvvələrin maraqlarına uyğun davranmağa məcbur olurlar. Düşünməyin ki, lobbinin maraqları yalnız ideoloji və siyasi məsələlər üzərində qurulub. İndi daha çox erməni lobbisinin maddi maraqları at oynadır. Onlar maddiyata hesablanmış geniş proqramlar həyata keçirirlər. Təxribat işlərinin gerçəkləşməsi üçün maliyyə resursları yığılır və daha sonra onlar Ermənistandakı beyni yuyulmuş müəyyən daxili qüvvələrə transfer edilir. Təbii ki, maliyyə resurslarının toplanma mərhələsindən tutmuş, ölkəyə çatdırılması və paylanmasına qədər ciddi yeyinti işləri də həyata keçirilir, dövlət səviyyəsində belə mənimsəmələr olur. Məsələn, müharibədən sonra bəlli oldu ki, erməni fondları, diaspor tərəfindən transfer olunan pullar heç orduya gedib çıxmayıbmış. Ona görə də, heç kim, nə Ermənistan maraqlarına xidmət edən xarici qüvvələr, məmurlar, senatorlar, deputatlar, nə də İrəvanda oturan hərbi-siyasi rəhbərlik əvvəlki qızışdırıcı dəst-xətdən kənara çıxmaq istəmir ”.

Politoloq son sərhəd təxribatından öncə Fransa səfirinin yersiz status və münaqişə açıqlamasını da təsadüfi hal saymayıb. O xatırlatma edib ki, Emmanuel Makron hələ müharibə dövründə uyğunsuz bəynatlar verirdi. Hazırda isə seçkilərə hazırlaşır:

“O özünün yarıtmaz siyasəti ilə anlayır ki, seçki marafonunda uğur qazanmayacaq və növbəti qələbəsini əldə edə bilməyəcək. Ona görə də, erməni seqmentini fəal şəkildə istismar edir. Beləcə daxildə hesabatlar verib bəyan edəcək ki, guya yaxın dostlarından olan və yalqız qalmış Ermənistanı tək qoymadı. Məhz Makronun “xidmət”ləri, səyləri nəticəsində İrəvana böyük dəstək verildi, köməkliklər göstərildi. Amma hazırda erməni hərbçilərini qazlandıran ölkə olan Fransa prezidenti bu düşüncələrində yanılır. Çünki onun Suriya, Türkiyə, Qafqazdakı siyasəti ilə bağlı hər hansı dividentləri olsa da, bu üstünlüklər Makronun daxildəki zəifləmiş, çökmüş imicini dirildə bilməyəcək. Sərhəddəki təxribat maşınına əsas yanacaq tökən ölkə kimi görünüən Fransa lideri ilk növbədə daxili elektoratın diqqətində olan məsələlərin həllində aktivlik göstərməli idi. Bunu bacarmadı. O son olaraq belə bir mənfur təxribat planlarına qol qoymaq, revanşistlərə müəyyən yollarlla dəstək göstərməklə bəşəriyyətin yeni çağırışlarına kar qaldığını bir daha sübut etdi. Bir sözlə, təkcə Parisdən əsən yel deyil, bu səviyyədə fəallıq nümayiş etdirən qüvvələrin hamısı artıq marginallaşıblar ”.

Tofiq Abbasov onu da vurğulayıb ki, təxribatlar regionda yeni situasiya yaratmayacaq. Həm Ermənistan, həm də onun arxasında duran qüvvələr, İrəvana himayədarlıq edən bəzi xarici mərkəzlər bir şeyi anlamalıdırlar ki, rəsmi Bakı ələ keçirdiyi təşəbbüsü heç vaxt əldən verməz:

“Sərhədi qarışdırmaq istəyənlər, bu planı cızanlar sadəcə olaraq öz hesablamalarında yanılırlar. Bütün hallarda indiki postmüharibə dövründə şərtlərini, oyun qaydalarını müəyyən edən qalib tərəfdir. Bu isə bizik. Prezident İlham Əliyevin Rusiyaya səfəri bir daha onu göstərdi ki, Moskva ilə Bakının baxışları tam üst-üstə düşür, biz həmahəng hərəkət edirik. Bu həmahənglik isə uğurun yarısından çoxu deməkdir. Rusiya ilə Azərbaycanın hədəfləri eynidirsə, regionda İrəvanın başqa fərqli siyasi xətti ola bilərmi? Eyni hədəf, vahid məqsəd İrəvan və onun himayədarları üçün mesaj sayılmalıdır. Qərbdə anlamalıdırlar ki, sərhədlərin tam şəkildə müəyyənləşdirilməsi ilə bağlı heç bir təsadüfi fərqli davranışlar baş tutmayacaq, Azərbaycan isə tutduğunu buraxan deyil ”.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam