Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Çox tezliklə Rusiya ilə müqavilə imzalanacaq: -S-400 raketləri Türkiyədə istehsal ediləcək

Hərbi mənbələrin verdiyi məlumata görə, ”S-400-Triumf” zenit-raket kompleksinin Türkiyəyə çatdırılmasının birinci partiyası birbaşa alış formasında həyata keçirilib. ”S-400” raketlərinin ikinci zərfində texnologiya mübadiləsi, proqram təminatı və müştərək istehsal da yer alır.

Yenixeber.org: Rusiyanın hərbi ixrac məhsulları şirkəti “Rosoboroneksport”-un baş direktoru Aleksandr Mixeyevin Türkiyə və Rusiya arasındakı yeni müqavilənin başa çatdığını söyləməsindən sonra bütün nəzərlər Ankara-Moskva xəttindəki ikinci “S-400” alışı müqaviləsinə çevrilib.

Hərçənd ki, ikinci müqavilənin təfərrüatları aydınlaşmayıb, ancaq Ankara və Moskvanın razılaşmaya çox yaxın olduqları artıq bəllidir. ”S-400” raketlərinin ikinci zərfinin Türkiyəyə verilən birinci partiyadan fərqli olacağı qeyd olunur.

- İkinci partiya fərqlənəcək

Mənbələr bildirir ki, ”S-400” kompleksinin ikinci alış partiyası birincidən fərqlənəcək və buraya xeyli sayda detal daxildir. Burada söhbət ödəmədən tutmuş tədarük qrafikinə, texini əməkdaşığa kimi xeyli sayda detalların müzakirəsindən gedir. Gündəlikdə duran məsələlərdən biri də “S-400” zenit-raket sistemlərinin bəzi hissələrinin Türkiyədə istehsal edilməsidir.

- Müştərək istehsala doğru atılmış addım

Türkiyə Müdafiə Sənayesinin rəhbəri İsmail Dəmir keçən ayların birində demişdi: ”Sizin bildiyiniz kimi, bu layihə içərisində müştərək ideya, texnologiya transferi və digər istiqamətlər üzrə işlərin görülməsi ideyası var. Biz artıq müəyyən müddətdir ki, bu detallar üzrə qarşı tərəflə işləyirik. Müştərək istehsalla bağlı müəyyən istəklərimiz var. Ona görə də alacağımız raket sistemlərinin bir hissəsinin Türkiyədə hazırlancağı və texnoloji transferlə əlaqədar olan işlərdəki qrafik bir qədər dəyişə bilər”.

- Cəmi 192 raket

Türkiyə indiyədək tərkibində dörd divizion olan iki “S-400”raket kompleksi alıb. Rusiya hərbi strukturuna müvafiq olaraq hər bir divizion doqquz batareyadan ibarətdir. Dörd divizonda 36 batareya olur. Hər bir batareya üç mobil maşından ibarətdir və buraya həmçinin raket buraxılış qurğusu, RLS və komanda məntəqəsi də daxildir. Deməli, iki komlektdə hər biri 72 raket olmaq şərtiylə, toplam 144 raket var.

Bunlardan başqa 48 ehtiyat raket də var. Beləliklə, Türkiyəyə cəmi 192 raket çatdırılıb. Atəş məsafəsinin uzunluğu 400 kilometr olan “S-400” raketləri 185 kilometr hündürlükdəki hədəfi vurmaq qabiliyyətinə malikdir.

“S-400” raket sistemi vuracağı hədəfi 600 kilometr uzaqdan aşkarlaya bilir və ona qarşı on saniyədən daha az müddətə reaksiya göstərir.

(Haber7-Türkiyə)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam