Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ermənistan “ölüm-dirim” savaşına girir -kritik həftə başladı

 

Məğlub ölkədə seçkilərdən öncəki “sükut günü” nəyə vəsilə olacaq? Qərb KİV-i: “Ermənistanda qütbləşmə Azərbaycana iki səbəbdən sərfəlidir...”

Yenixeber.org: 44 günlük müharibədə işğalçı ordusu darmadağın edilən Ermənistanda seçki təbliğat kampaniyası bitdi. Bu gün “sükut günü”dür. Sabah - iyunun 20-də isə səsvermə hüququ olan əhali 21 partiya və 4 seçki bloku arasında öz seçimini eləməlidir.

Son rəy sorğularına görə, baş nazir əvəzi Nikol Paşinyanın başçılıq elədiyi “Vətəndaş müqaviləsi” bloku ilə sabiq prezident Robert Köçəryanın “Hayastan” (“Ermənistan”) blokunun reytinqi təxminən bərabərdir - 24%. Lakin hakimiyyət öz qələbəsinə əmin olduğunu bəyan edir. Hətta Paşinyan konkret rəqəm də deyir - 60%.

Doğrudur, rəy sorğuları yüzdə yüz səsvermə nəticələri ilə üst-üstə düşməyə bilər. Çünki sorğulardan da göründüyü kimi, elektoratın mühüm bir kəsimi hələ seçkilərdə iştirak qərarı verməyib. Lakin 60%-lik qələbə də Ermənistan reallıqlarında inandırıcı sayıla bilməz.

***** 

Ermənistan qarışır: Paşinyan müxalifətə müharibə elan etdi

“Nikol Paşinyanın təmsil etdiyi hazırkı hökumət öz qələbəsinə tam əmindir. Lakin müxalifət təmsilçiləri bu nəticəni tanımayacaq. Ona görə eskalasiya gözlənilir, hüquq-mühafizə orqanlarına seçkidən sonrakı prosesləri cilovlamağa hazır olmaq tapşırılıb”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Joxovurd” qəzeti yazıb.

Nəşr qeyd edir ki, iqtidarı uzun müddətdir parlament seçkilərindən sonra - iyunun 21-də baş verə biləcək olaylar daha çox düşündürür və seçkilərdən sonra o, güclü mitinqlərə hazırlaşmaq lazım olduğu qənaətinə gəlib. Bununla belə, hakim komandanın bir hissəsinin fikrincə, vəziyyət mitinqlər həddinə çatmayacaq, çünki Paşinyanın bloku yetərincə çox səs toplayacaq və seçkidən sonra komanda üzvlərinin küçəyə çıxması ilə bağlı problem olmayacaq.

Nikol Paşinyanın əsas hədəfi isə İrəvanın mərkəzi meydanında seçkilərdən dərhal sonra müxalifətin kütləvi aksiyasına imkan verməməkdir. Ona görə də 21-24 iyun tarixində Paşinyan paytaxtın baş meydanını mitinqlər üçün qabaqcadan “bron edib”. Lakin mitinqi hansı məqsədlə keçirmək istədiyinə baş nazir əvəzi aydınlıq gətirməyib.

*****

Əksər siyasi təhlilçilərə görə isə, hazırkı populist seçki polifoniyasında nə iqtidarların, nə də müxalifətin heç bir konkret proqramı, insanlara ritorikadan savayı təklif edə biləcəkləri bir şey yoxdur. Amma hamı başa düşür ki, yalnız bir yol var: Azərbaycan və Türkiyə ilə barışmaq, barışıq və mehriban qonşuluq prinsipləri üzərində müharibədən sonrakı böhranlı durumda olan ölkəni inkişaf etdirmək.

Bu haqda isə yalnız bir namizəd - ölkənin ilk prezidenti, müxalif Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan özündə cəsarət tapıb danışa bilir. “Mənimlə razı olmaya bilərsiniz, ancaq zaman keçdikcə biz həm Azərbaycan, həm də Türkiyə ilə razılığa gəlməliyik. Qonşular bir-biri ilə əbədi düşmən ola bilməz” deyən Ter-Petrosyan qonşularla əbədi düşmənçiliyin Ermənistanın özünün varlığını təhlükəyə atacağını və bu vəziyyətin həlli üçün sülh, mehriban qonşuluq və anlaşma gərək olduğunu vurğulayıb.

“Gözləməyin  ki, hansısa erməni gəlib ”mən Qarabağ münaqişəsini həll edəcəyəm" desin. Beləsi yoxdur, mövcud deyil. Bu - illüziyadır", - Ter-Petrosyan vurğulayıb və əlavə edib ki, tənqidlərdən qorxmur və inandığı həqiqəti danışmağı üstün tutur. Eyni zamanda, o, xalqı azdıran siyasətçiləri erməni xalqının xainləri adlandırıb.

*****

Qeyd edək ki, Ter-Petrosyan 20 iyundan sonra ölkədə vətəndaş qarşıdurması təhlükəsinin də böyük olduğunu söyləyib. Bunu da qarşı duran əsas qüvvələr arasında rəqabətin sərt, təhqiramiz, hədə mərhələsinə keçməsi ilə əlaqələndirib.

Levon Ter-Petrosyan “torpaqların Azərbaycana qaytarılmasından” danışıb

Söhbət xüsusən də Qarabağ klanının əsas fiquru, Xocalı hərbi canisi Köçəryandan gedir. Paşinyan da hədələri cavabsız qoymur və o da seçkisonrası həbslərlə hədələyir. Bu yerdə yada salaq ki, bir neçə gün əvvəl o, tərəfdarlarından birinin ona verdiyi çəkiclə dolaşaraq seçkilərdə qalib gəldikdən sonra müxaliflərin başını “çəkiclə əzməklə” hədələmişdi. Bundan əvvəl isə o, rəqiblərini “asfaltda sürüməklə” qorxutmağa çalışmışdı.

“Bizim reallığımızın ən böyük problemlərindən biri donuz hakimiyyətdir. Bizim məqsədimiz o donuz hakimiyyətin səhifəsini çevirmək idi və 2018-ci il inqilabı məhz buna görə oldu”. Bu sözləri isə Paşinyan Qarabağ klanının - Köçəryan-Sərkisyanın 20 illik xunta rejimi haqda danışarkən deyib.   

Serj Sərkisyan isə Paşinyanı insanlıqdan çıxmış adlandırır və ölkəyə vətəndaş müharibəsi vəd edir.

*****

“Erməni cəmiyyəti son dərəcə qütbləşib: baş nazir əvəzi Nikol Paşinyan və onun əsas rəqibi, keçmiş prezident Robert Köçəryan arasında təhdid və təhqir mübadiləsi gedir. Onlar populist və sərt ritorikadan istifadə edirlər. Odur ki, qarşıdurmanın küçələrə çıxma riski var”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Eurasianet portalında getmiş təhlili məqalədə bildirilir.

Məqalədə həmçinin deyilir: “Ermənistanda qütbləşmə Azərbaycan üçün iki səbəbə görə sərfəlidir. Birincisi, dövlət qurumlarının aşınması, hansı ki, Xarici İşlər Nazirliyindəki kütləvi istefalarda özünü göstərdi, o deməkdir ki, İrəvanın öz enerji və siyasi kapitalını Qarabağın taleyinə sərf eləmək imkanı yoxdur. İkincisi, hazırda Ermənistan iflas etmiş, baş tutmayan dövlət kimi görünür və Bakının qoruduğu sabitlik Ermənistanda müşahidə olunan xaosdan üstündür”.

*****

Xaos isə istənilən an vətəndaş müharibəsinə çevrilə bilər. 

Bu arada ABŞ-ın Ermənistandakı səfirliyi Birləşmiş Ştatlar öz vətəndaşlarını qarşıdakı həftə ərzində bu ölkədə ehtiyatlı olmağa, ayıq-sayıqlıq nümayiş etdirməyə çağırıb. Onlar insanların toplaşdığı yerlərdən uzaq durmalı və yaxınları ilə əlaqəni kəsməməlidir. Təbii ki, bu xəbərdarlıq parlament seçkiləri ilə bağlıdır və səfirliyin də seçki sonrası iğtişaşları istisna etmədiyini göstərir.

Seçki təbliğat kampaniyası isə artıq arxada qalıb. Qeyd olunduğu kimi, bu gün Ermənistanda “sükut günü”dür. Ermənistanın “ölüm-dirim” seçimi edəcəyi kritik həftə başlayır. Erməni xalqı sülhü, yoxsa müharibəni - intiharı seçəcək? Rusiyayönlü, yoxsa qərbyönlü kursa üstünlük verəcək? Suallara xeyli dərəcədə məhz qarşıdakı həftədə aydınlıq gələcək...


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam