Kim, harada, necə -Paşinyandan yeni mübahisəli bəyanat
“O, təxribatçı və yalançıdır, indi də münasibətlərə kölgə salmağa çalışır”
Yernixeber.org: Paşinyan bu günlərdə xoşagəlməz təxminlərə yol açan çox maraqlı bir açıqlama verdi. Dağlıq Qarabağda hərbi əməliyyatlar bitdikdən sonra, Ermənistan hakimiyyəti Bakının nəzarətinə keçən ərazilərin minalanmış xəritələrini Rusiya Federasiyasının sülhməramlı kontingenti vasitəsilə ötürürmüş. TASS xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri əvəzi Nikol Paşinyan 14 iyun tarixində Ararat bölgəsinin Artaşat şəhərində keçirilən mitinqdə çıxış edərkən danışıb.
“Bəzi müxalifət nümayəndələri və KİV-lər mina xəritələrinin mövcudluğunu Rusiya Federasiyasından gizli saxladığımızı söyləyirlər. Bu, tamamilə absurddur. Çünki bundan əvvəl Azərbaycana nə qədər kiçik mina sahəsi xəritəsini ötürdük, özü də bunu yalnız rus həmkarlarımız - Rusiya Federasiyasının sülhməramlıları vasitəsi ilə etdik”, - deyə o bildirib.
Beləliklə, Paşinyan bu xəritələrin Azərbaycana ötürüldüyünü söyləyir, amma Nikolun bunu qətiyyətlə söyləmək üçün dəqiq əsası yoxdur - özü də deyir ki, bunları sülhməramlılar vasitəsilə ötürüb. Ancaq rəsmi Bakı heç vaxt sülhməramlılar vasitəsilə mina xəritələrini aldığını açıqlamayıb. O zaman bu, nə deməkdir? Burada yalnız bir neçə variant ola bilər:
1. İrəvan bu cür xəritələri ümumiyyətlə ötürməyib və bu, Paşinyanın yalan danışması deməkdir. Amma bu, o qədər də inandırıcı deyil, çünki seçkilərdən əvvəl yalanının ifşa edilməsi onun maraqlarına heç uyğun gəlmir;
2. Moskva nədənsə sülhməramlılarına İrəvandan alınan xəritələri Bakıya təhvil verməmək əmri verib;
3. Xəritələr Bakıya çatıb, lakin Azərbaycan hakimiyyəti nədənsə bu məlumatları ictimaiyyətdən gizlətməyə qərar verib.
Maraqlıdır, bu variantlardan hansı daha ağlabatan görünür və niyə? AYNA-nın mövzuya dair suallarını tanınmış ekspertlər cavablandırıblar.
Rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiya Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:
“Nikol Paşinyanın daxili siyasi maraqları nöqteyi-nəzərindən, Rusiya sülhməramlıları vasitəsi ilə minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı açıqlaması Baş nazir səlahiyyətlərini icra edən şəxs üçün əlavə risklərlə əlaqələndirilir. Müxalifət onsuz da onu və komandasını bu cür xəritələrin Bakıya, hətta əsirlərin müqabilində verməsinə görə belə, tənqid etmişdi. Məsələn, “Ermənistan” blokunun nümayəndəsi Artur Kazinyan “xəritəni Nikola vermiş şəxs Cinayət Məcəlləsinin 299-cu maddəsinə (dövlət sirrinin xarici bir təşkilata və ya onun nümayəndələrinə verilməsi) əsasən cinayət əməli işlədiyini başa düşməlidir” açıqlamasını vermişdi.
Paşinyanın bu cür məlumatların sülhməramlılar vasitəsi ilə ötürülməsi barədə dediklərini rəqibləri daha çox ona qarşı yönəldə bilər - qeyd edə bilərlər ki, bu halda İrəvan üçün heç bir praktiki fayda vermədən belə addımlar atılıb. Buna görə çox güman ki, o, artistlik edir. Bu cür xəritələrin Rusiya sülhməramlıları vasitəsi ilə ötürülməsi ilə bağlı verdiyi açıqlamada Ermənistanın Baş naziri İrəvanın bir tərəfdən Gürcüstan və ABŞ, digər tərəfdən Rusiya ilə münasibətlərində bir tarazlıq nümayiş etdirmək istəyir.
Bəlkə də Nikol Paşinyan, prinsipcə geniş beynəlxalq auditoriyanın müsbət reaksiyasına ümid edirdi. Daxili auditoriya, bir qayda olaraq, xarici siyasət məsələlərində güzəştə getməyə minimal hazırlığı qəbul edirsə də, beynəlxalq auditoriya daha böyük ehtimalla, minalanmış ərazilərin xəritələrinin ötürülməsi barədə məlumatları məmnuniyyətlə qəbul edəcək”.
Rusiyalı politoloq, “PolitRUS” ekspert və analitik şəbəkəsinin qurucusu Vitali Arkov:
“Nə deyə bilərəm: Paşinyan yalançı və təxribatçıdır! Və bu növbəti yalan və təxribatla Moskva ilə Bakı arasındakı münasibətlərə inamsızlıq kölgəsi salmağa çalışır. Paris səfəri və Qərb “sahibləri” ilə məsləhətləşmələr əbəs deyildi. Paşinyandan daha hansı çirkli fəndləri gözləmək olar?!”
Konfliktoloq, hüquq müdafiəçisi, Humanitar Araşdırmalar Birliyinin direktoru Əvəz Həsənov:
“Seçki ərəfəsində Ermənistanda deyilənlər inam yaratmır. Biz nəticə ilə maraqlanmalıyıq. İstədiklərimizi əldə etdik. Ağdamın yenidən qurulması ölkə üçün prioritetdir, buna görə də minalanmış ərazilərin xəritəsini alaraq, Azərbaycan ərazinin yenidən qurulması prosesini sürətləndirəcəyik”.
Politoloq, keçmiş diplomat, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov:
“Çox güman ki, Paşinyan hələ də yalan danışır. Çünki Baş nazir seçildiyi gündən bəri onun demək olar ki, bütün siyasi fəaliyyətləri yalanlarla müşayiət edilib. Bundan əlavə, Paşinyanın Qarabağdakı minalanmış ərazilərin xəritələrinin Ermənistanda olduğunu inkar etdiyini və bu həqiqəti gizlətməyə çalışdığını yaxşı xatırlayırıq.
Rəsmi İrəvanın bəzi digər nümayəndələri də eyni fikirdə idilər. Üstəlik, belə xəritələrin ümumiyyətlə olmadığını iddia etməyə qədər getdilər. Buna görə də düşünürəm ki, Paşinyan bu xəritələri əvvəllər heç kimə vermirdi, fors-major vəziyyətində saxladı və təxribatçıları heç nəsiz geri almayacağını anladıqda, bəzilərini istifadə etmək qərarına gəldi.
Başqa bir şeyi xatırlayıram: axı Paşinyan çoxdan muzdluların Azərbaycan tərəfində döyüşdüyünü iddia edirdi. Və sonradan bu yalan da ifşa olundu. Çünki Azərbaycanın tərəfində Türkiyənin mənəvi və siyasi dəstəyi xaricində muzdlular yox idi.
Əvvəllər minalanmış ərazilərin xəritələrini sülhməramlılara ötürdüyünə dair iddiaları, düşünürəm ki, Paşinyanın Moskvanı seçkilərdən əvvəl zərbə altına qoymağı hədəfləyən bir hiyləsidir. Göründüyü kimi, Paşinyan Kremlin Köçəryanı dəstəklədiyini başa düşür və bu vəziyyətdə seçicilərə təsir göstərmək üçün onun nüfuzuna daha bir zərbə vurmağı hədəfləyir”.(ayna)