Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakı və Ankara “Yol xəritəsi”ni təzələdi -növbəti “dayanacaq” Xankəndi!

Türkiyə konsulluğunun açılışı ilə Şuşanın Qarabağın siyasi mərkəzi kimi statusu daha da möhkəmlənəcək; İrəvandan həddini aşan bəyanata Bakıdan sərt reaksiya: “Yerini  bil!..”

Yenixeber.org: Türkiyə və Azərbaycan prezidentləri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin müştərək Şuşa səfəri və səfər çərçivəsində əldə olunan tarixi anlaşmanı düşmənlərimiz də hələ uzun müddət xatırlayacaqlar. Azərbaycan bu səfərin yekunu kimi tam olaraq öz arxasını əmin şəkildə qardaş Türkiyəyə söykədi. İki prezidentin imzaladığı Şuşa Bəyannaməsi ən əvvəl bu anlama gəlir. Həmin tarixi sənədlə iki qardaş məmləkət bir az da “ət-dırnaq” kimi oldu. Bir-birilərinin gücünə yeni və çox mühüm güc qatdı.

Şuşa Bəyannaməsinin məzmunundan hasil olan qənaət həmçinin odur ki, Azərbaycanı hədəf almaq istəyən öz qarşısında dərhal Türkiyəni, Türkiyəyə pislik eləmək istəyən isə önündə o saat Azərbaycanı görəcək. Türk düşmənləri bundan sonra Bakı və Ankaranı hədəf seçmədən öncə iki dəfə düşünməli olacaqlar. Ərdoğan Şuşada necə dedi: “Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür”.

Türkiyə lideri habelə tezliklə bu qədim şəhərimizdə Türkiyənin baş konsulluğunun açılacağını söylədi. Bədxahlarımızın, özəlliklə də ermənilərin ürəyini partladacaq gözəl müjdə. Sözsüz ki, baş konsulluq Şuşanın diplomatik və geosiyasi önəmini daha da artıracaq. Türk şəhəri olaraq onun tanınması və sürətli inkişafına məxsusi töhfə verəcək. Eyni zamanda Xankəndinin yox, məhz Şuşanın Qarabağın mərkəzi kimi statusunu daha da möhkəmlədəcək. Bundan əlavə, konsulluğun işə başlaması Türkiyənin işğaldan azad olunmuş ərazilərimizdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verir...

*****

Siyasi partiyalar bəyanat yaydı: Şuşa Bəyannaməsi...

Şuşa Bəyannaməsi ilə Bakı və Ankara ortaq “Yol xəritəsi” yenilənmiş oldu, bir az da cilalandı, mükəmməlləşdi. İki paytaxt bununla bir daha Ermənistana çağırış edərək, onu daşı ətəyindən tökməyə, uzadılan barışıq və əməkdaşlıq əlini sıxmağa, bölgədə iqtisadi inteqrasiyaya əngəl olmamağa və müharibə planları qurmaqdan imtinaya çağırdı.

“Bakı və Ankara Şuşa Bəyannaməsini imzalamaqla qarşıdakı dövrdə ikitərəfli münasibətlər üçün ”Yol xəritəsi"ni müəyyənləşdirdi". Ərdoğan Şuşada belə söylədi. Onu da bildirdi ki, yaxın aylarda Türkiyədə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

Şuşa Bəyannaməsinin TAM MƏTNİ

Əfsuslar olsun ki, Şuşa Bəyannaməsindəki imzaların mürəkkəbi qurumamış rəsmi İrəvanın ənənəvi xəbis xisləti növbəti dəfə özünü büruzə verdi. Ermənistan XİN - hansı ki, hazırda onun rəhbərinin də, müavinlərinin də yeri boşdur - öz həddini aşaraq, iki prezidentin Şuşa səfəri ilə bağlı son dərəcə təxribatçı və sinik, heç bir beynəlxalq və etik normaya sığmayan bəyanat yayaraq, Ankara və Bakı ilə barışıq perspektivinə daban-dabana zidd mövqe sərgilədi. Əliyev və Ərdoğanın bölgədə sırf böyük sülhə və əməkdaşlığa xidmət edən möhtəşəm səfərini pislədi, hətta bunu həyasızcasına “Türkiyə-Azərbaycan təcavüzü” adlandlrdı və bir daha ölkəmizə qarşı ərazi iddiasını ortaya qoydu. Bununla da İrəvan ona uzanan sülh əlini sıxmaya hazır olmadığını, barışın yox, qarşıdurmanın davamının tərəfdarı olduğunu ortaya qoydu.

Xatırladaq ki, Şuşa səfərindən iki gün öncə İlham Əliyev Bakıda bir qrup xarici ölkə səfiri ilə görüşündə bu xüsusda demişdi ki, sülh anlaşmasına dair Ermənistandan hələ də adekvat cavab yoxdur və əgər İrəvan sülh istəyirsə, Bakı da buna hazırdır, yox, müharibə arzulayırsa, onun nəticəsi ötən ilin payızındakı kimi olacaq. Yəni “Dəmir yumruq” məsələsi.

*****

“Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil. Hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə əz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad edib və ərazi bütövlüyünü təmin edib”.

Leyla Abdullaeva: All responsibility for escalation of situation in region  lies entirely on Armenia

Bu sözləri Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva Ermənistan XİN-in məlum bədnam açıqlamasına reaksiya verərkən söyləyib.    

O, Ermənistan XİN-ə öz ölkəsi də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmağı, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edib. “Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib”, - deyə o əlavə edib.

*****

Yuxarıda vurğulandığı kimi, əslində Bakı və Ankara Şuşada “Yol xəritəsi”ni təzələmiş oldu. Bu “xəritə” sonucda Qarabağda Türk varlığını, Azərbaycan-Türkiyə geosiyasi və hərbi tandeminin əbədiyyən təsbit olunmasına  gətirəcək. Bu da o anlama gəlir ki, növbəti ortaq hədəf, obrazlı ifadə eləsək, növbəti “dayanacaq” Qarabağdakı əsas quldur yuvası Xankəndi olacaq. Rəsmi İrəvanın buna qarşı çıxacaq nə yetərli hərbi, nə də siyasi-diplomatik gücü var. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın dediyi kimi, artıq Ermənistandan asılı heç nə qalmayıb, hər şey bitib...


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam