Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azərbaycan Prezidentinin "BBC"yə müsahibəsi -sosial şəbəkələrdə rezonans doğurub

Azərbaycan Prezidentinin BBCyə müsahibəsi sosial şəbəkələrdə rezonans doğurub

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrında “BBC” telekanalı ilə baş tutmuş müsahibəsi sosial şəbəkələrdə geniş rezonansa səbəb olub. Müsahibədə jurnalist tərəfindən səsləndirilən “senzura” və “müxalifətin sıxışdırılması” kimi uydurma ittihamlara prezidentin kifayət qədər aydın şəkildə cavab verməsi və Qərbin “ikili standartlarına” işarə etməsi sosial şəbəkə istifadəçilərinin xüsusilə diqqətini çəkib.

Yenixeber.org: Azərbaycan Prezidenti jurnalistə Culian Assanj barədə xatırladıb və sual verib: “Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?”

Bu an jurnalist özünü itirərək söhbətin mövzusunu dəyişməyə çalışıb.

Xarici istifadəçilər müsahibənin məhz bu hissəsini çox bəyəniblər. Onlar müsahibənin həmin fraqmentini tvitterdə paylaşaraq aktiv şəkildə şərhlər yazıblar.

“Bu müsahibə “BBC” jurnalistlərinin cahilliyinin nə qədər yüksək səviyyədə olduğunu göstərir. Onlar öz elita üzvlərindən başqa heç kəsə hörmət qoymurlar. Buna görə də demokratik yolla seçilmiş liderlərimizlə eyni şəkildə davranırlar – nəzakət və hörmət nümayiş etdirmədən”, – tvitter istifadəçilərindən biri yazır.

“Bu şəxs Ermənistan və Azərbaycan məsələsindən başqa, Britaniya mediasında olmayan sağlam düşüncədən və həqiqətdən danışır. Böyük Britaniyada media nəhəng biznesin və isteblişmentin maraqlarının təyin etdiyi parametrlər daxilində fəaliyyət göstərdiyi müddətcə “azad”dır: deməli, azad deyil”, – Adhamh Sophur adlı istifadəçi videogörüntüyə şərhində yazıb.

Paul Brennan adlı iş adamı isə İlham Əliyevi açıq şəkildə inanılmaz zövqə və təfərrüatlara diqqət yetirən adam adlandırıb.

“Onun televiziyanın canlı efirində hakim Qərb təbliğatına dərs verməsi həqiqətən xoşuma gəldi”, – çoxsaylı şərhlərdən birində deyilir.

Bu müsahibəyə maraq hər gün artır, hazırda onu 3 milyondan çox insan izləyib. İndiyə qədər Azərbaycandan hər hansı bir məqalə, açıqlama, müsahibə və ya çıxış beynəlxalq arenada bu qədər rezonans doğurmayıb. Xarici KİV-lərlə baş tutmuş bu müsahibə göstərir ki, Prezident müharibə dövründə Azərbaycanın maraqlarını təkcə döyüş meydanında deyil, həm də informasiya müharibəsində müdafiə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam