Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Bu, Azərbaycan tərəfinin Ermənistana jestidir -Musabəyov

Bu, Azərbaycan tərəfinin Ermənistana jestidir - Musabəyov

“3 erməninin qaytarılması Azərbaycan tərəfinin Ermənistana jestidir. Bunun səbəbləri də məlumdur. Təhqiqat aparılıb, məlum olub ki, bu 3 nəfər Azərbaycan ərazisində cinayət törətməyib”.

Yenixeber.org: Bunu Milli Məclisin deputatı Rasim Musabəyov deyib. Deputatın sözlərinə görə, məqsəd ondan ibarətdir ki, ermənilər 62 nəfər diversanta görə hay-küy qaldırıblar, məram müəyyən mənada həmin hay-küyü aşağı salmaqdır: “Bu həm də ilk növbədə Rusiyaya bir jestdir. Rusiyalı general Bakıya gəlmişdi. İkinci dəfə onu əliboş göndərmək istəmirdilər. Ona görə də bu üç nəfəri azad etdilər. Nəzərə almaq lazımdır ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun İrəvana səfəri gözlənilir. Ermənilər bu səfər zamanı zarımağa başlayacaqdılar. Ona görə də Lavrov onların ağzını yummaq üçün nəsə “atmalı” idi. Bu üç nəfərin qaytarılması müəyyən mənada Lavrovun İrəvandakı missiyasını yüngülləşdirəcək. Ancaq əsas məsələ ondan ibarətdir ki, Ermənistan Azərbaycan ərazilərində qalan hərbçilərini də buradan çıxarmalıdır”.

Rasim Musabəyov bildirib ki, erməni hərbçilər tam şəkildə Azərbaycan ərazisindən çıxmalıdır və bu günə qədər Ermənistan bununla bağlı heç nə etməyib:

“Əgər bu baş verməsə, Azərbaycan digər “hərbi əsirləri” qaytarmayacaq. Azərbaycan onları diversant kimi qiymətləndirir. Çünki onlar müharibənin bitməsindən 16 gün sonra Azərbaycan ərazisinə daxil olublar. Orada bir sıra təxribatlar törədiblər. Bakı onları üçtərəfli sazişə əsaslanaraq qaytarmağa məcbur deyil. İkincisi, İrəvan öhdəlik götürməlidir ki, əlisilahlı Ermənistan vətəndaşları bir də Azərbaycan ərazisinə soxulmayacaqlar”.

Deputat hesab edir ki, bütün bunlar baş vermədən ermənilərin “hərbi əsir” adlandırdıqları diversantları, terrorçuları Bakı geri qaytarası deyil:

“Üçüncüsü, İrəvan minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə geri qaytarmalıdır. Bir çox hallarda düşünürəm ki, ermənilərin heç minaladıqları ərazilərlə bağlı düz-əməlli xəritələri də yoxdur. Ancaq bununla bağlı nələri varsa, verməlidirlər. Əgər onu da verməsələr, Azərbaycanın qarşılıqlı addım atmaq üçün hər hansı əsası qalmır. Bunlar olmasa, Bakı digər məsələlərdə də həvəs göstərməyəcək. Sergey Lavrov İrəvandan sonra Bakıya da gəlməlidir. O, “hərbi əsirlər” barəsində ağzını açanda bizim diplomatlar desin ki, bir hissəsini göndərmişik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam