Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Seçki öncəsi İrəvan -Bakının maraqlarına nələr cavab verir?

Seçki öncəsi İrəvan: Bakının maraqlarına nələr cavab verir?

Hazırda Ermənistanda erkən seçkilərə son sürətlə hazırlıq gedir. 20 iyunda baş tutması gözlənilən növbədənkənar seçkilərdə siyasi qüvvələr bir-birini parçalamağa müntəzir dayanıb. Bir çox ekspertlər hesab edir ki, yaranmış vəziyyət ilk növbədə Azərbaycanın maraqlarına cavab verir. Çünki İrəvanda siyasi arena nə qədər dumanlı olarsa, Bakı bir o qədər aydın gedişlər edə bilər.

Yenixeber.org: Erməni siyasətçilər İrəvanın mərkəzi meydanlarında Nikol Paşinyan hakimiyyətinin həyata keçirdiyi siyasəti tənqid atəşinə tuturlar. Şovinist, revanşist fikirlər səsləndirirlər. Hətta Nikol Paşinyan da xalqın səsini qazanmaq üçün sərt ritorikaya keçib.

Burada Azərbaycanın əlini gücləndirən məqamlar da var. 44 günlük müharibənin açdığı dərin yaralar erməni cəmiyyətini hələ də təlatümdə saxlayır. Onlar kimin gəlməsindən asılı olmayaraq, yaxın müddətdə müharibə istəmirlər.

62 erməni terrorçunun yaxınları da Nikol Paşinyanın yanında olduğunu söyləyir. Bir sözlə, Ermənistandakı seçkiqabağı titrəyişlər, qabarma və çalxalanmalar bu ölkədə qeyri-müəyyənliyin hələ uzun müddət davam edəcəyinə işarədir. Bu isə ilk növbədə rəsmi Bakının maraqlarına cavab verir.

Politoloq Elxan Şahinoğlu açıqlamasında söyləyib ki, Ermənistanda seçki kampaniyası artıq tam gücü ilə başlayıb. Siyasi qütblər bu ərəfədə ancaq Azərbaycanın əleyhinə danışırlar: “Elektoratın səslərini qazanmaq üçün dəridən-qabıqdan çıxırlar. Elə düşünürlər ki, Azərbaycanın əleyhinə nə qədər çox danışsalar, bir o qədər çox səs qazanacaqlar. Ona görə də Nikol Paşinyandan tutmuş müxalifətdəki rəqiblərinə qədər Azərbaycan əleyhinə açıqlamalar səsləndirirlər. Hərbi əsirlər məsələsini gündəmə gətirirlər”.

Politoloq hesab edir ki, biz İrəvandakı hadisələri diqqətlə izləməliyik: “Bizə aydın olmalıdır ki, hazırkı məqamda heç bir siyasi qüvvə deməyəcək ki, Ermənistana davamlı sülh lazımdır. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasının vacibliyini də heç kim dilə gətirməyəcək. Bəlkə də bunlar seçkidən sonra gündəmə gəldi. Kim Ermənistanın baş naziri seçilsə, reallıqdan çıxış edərək 10 noyabr və 11 yanvar bəyanatlarını yerinə yetirməli olduğunu bildirəcək. Seçki kampaniyası ərəfəsində nə desələr, nə danışsalar, Azərbaycanın və Türkiyənin əleyhinə olacaq. Kampaniyanın sonuna qədər bu cür davam edəcək”.

Elxan Şahinoğlu vurğulayıb ki, rəsmi Bakının maraqlarına uyğun olan məsələlər Ermənistanın 10 noyabr və 11 yanvar bəyanatlarının icrasını tam şəkildə yerinə yetirməsi ilə bağlıdır:

“Ermənilər isə bu bəyanatları yerinə yetirmək əvəzinə, hərbi əsirlər mövzusundan yapışıblar. Onlar bundan Azərbaycana qarşı beynəlxalq təzyiq elementi kimi istifadə etməyə çalışırlar. Seçkiyə qədər kommunikasiya xətlərinin açılmasını gözləmirəm. Bu məsələnin reallaşması seçkidən sonra baş verəcək. İndiki halda onlar daha çox səs qazanmaq uğrunda savaşırlar. Hətta gələn son xəbərlərə görə, Nikol Paşinyanın reytinqi 4-5% aşağı düşüb”.

Politoloq düşünür ki, bu məsələ N.Paşinyanı bir az qorxuda bilər:

“Paşinyan yenidən baş nazir olmaq istəyir. Amma ona verilən səslər kifayət etməyə bilər. Koalision hökumətin formalaşma ehtimalı da mümkündür. Bu da Ermənistanı daha çox uçuruma apara bilər. Ermənistan 44 günlük müharibədə güclü zərbə aldı, çox zəiflədi. Hələ də özünə gələ bilmir. Bu da bizim maraqlarımıza cavab verir. Ermənilər anlamalıdırlar ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik onları yalnız uçuruma aparır. Amma ermənilər heç zaman məntiqlə çıxış etməyiblər.

Yenə də düşünürlər ki, hansısa yolla Azərbaycana cavab verə bilərlər. İndi də Qarabağın “müstəqilliyindən” danışırlar. Yenə də nağıl danışmaqda davam edirlər. Nağılların sayı artdıqca, təxribatlar olduqca, bir daha ciddi zərbə ilə üzləşəcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam