Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Fransalı vəkil -"Separatçılarla imzalanan sonuncu "dostluq xartiyası" ləğv olunanadək işimizi davam etdirəcəyik"

Fransalı vəkil: Separatçılarla imzalanan sonuncu dostluq xartiyası ləğv olunanadək işimizi davam etdirəcəyik

"Biz ədaləti müdafiə edirik".

Bunu Fransanın bir sıra şəhərləri ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında imzalanmış "dostluq xartiyaları"nın ləğvində Azərbaycanı müdafiə edən vəkil Olivye Pardo (Olivier Pardo) bildirib.

Onun sözlərinə görə, bir sıra fransalı parlamentari, şəhər meri, hökumət nümayəndəsinin nümayiş etdirdiyi ermənipərəst mövqe yolverilməzdir: "Bütün bunlar ən azından Fransanın ATƏT-in Minsk Qrupundakı fəaliyyətinə ziddir. Fransa həm iki ölkə arasında vasitəçi rolunu oynaya, həm də Ermənistanın tərəfini tuta bilməz. Fransa Azərbaycanla Ermənistan arasında balanslı mövqe tutmalıdır. Bu mövqe də beynəlxlaq hüquq normalarına uyğun gəlməlidir".

O.Pardo Fransada fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən təhdidlərə məruz qaldığını bildirib: "Biz Fransanın bir sıra şəhərləri ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında imzalanmış "dostluq xartiyaları"nın ləğvinə nail olmuşuq. Çünki bu xartiyaların heç bir hüquqi dəyəri yoxdur. Biz prefekturaların qanuna əsaslanaraq ərzilərindəki şəhər meriyalarını məhkəməyə vermələrini və bu xartiyaları ləğv eləmələrini bacardıq. Biz bu yoldan dönməyəcəyik, sonuncu xartiya ləğv olunanadək işimizi davam etdirəcəyik. İndiyədək bu məsələdə istər inzibati prefekturaların, istərsə də məhkəmələrin qərarları istisnasız xeyrimizə nəticələnib. Biz bu yolda böyük maneələrlə qarşılaşmışıq. Fransada fəaliyyət göstərən erməni assosiasiyaları bizi hədəfə alıblar, ofisimə təhqiramiz ifadələr yazıblar, mənə hətta təhdidlər belə olub. Lakin bütün bunlar bizi qorxuda bilməyib. Çünki biz ədaləti müdafiə edirik. Əksinə, bütün bunlar bizim əqidəmizi daha da möhkəmləndirib və bizə işimizdə daha artıq stimul verib".

Vəkil bu yaxınlarda Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı Fransa hökumətinə 22 vəkil tərəfindən ünvanlanmış petisiyaya da toxunub: "Fransa cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinə qeyri-obyektiv yanaşma mövcuddur. Görünür, onlar Qarabağın tarixini unudublar. Hətta qeyri-qanuni işğalın nə olduğunu onlara xatırlatmaq lazımdır. Beləliklə, siyasi, diplomatik reallıqlarla yanaşı, məsələnin hüquqi tərəfinə bir daha aydınlıq gətirməyə ehtiyac duyduq. Bütün bunları nəzərə alaraq hüquqşünaslar petisiya imzalamağa qərar verdilər və bu da çox uğurlu oldu".

Qeyd edək ki, O.Pardo Paris Vəkillər Kollegiyasının “tenorlar"ından biri sayılır. O, sabiq hakimdir, İslah və Mülki Məhkəmə sədri vəzifəsində çalışıb. O.Pardo Fransa ədliyyə nazirinin müşaviri, həmçinin sosial məsələlər nazirinin müşaviri vəzifələrində çalışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam