Redaktor seçimi
Sahil Babayev sabiq əməkdaşını Azərbaycan vətəndaşlığından imtinaya vadar edir-
Dövlətin sosial siyasətini sabotaj edən nazir... -
FAZİL MƏMMƏDOVUN XARİCƏ ÇIXARDIĞI MİLYARDLAR... -
TALANÇI SABİQ MƏMURLARIN TƏHLÜKƏLİ SƏRVƏTİ... -
UNUDULMUŞ QARALOV... – 
Fazil Məmmədovun kürəkəninin Londondakı yeni mülkləri -
Azad Rəhimov milyonları belə xərcləyib-
Sahil Babayev qəsdən vətəndaşları dövlətdən narazı salır-
Günün xəbəri

Kremldə erməniləri Türkiyəyə qarşı canlı sipər etməyə qərar veriblər –"Paşinyan...insanların sülh tələbinə tabe olacaq"

 

                      Qafqazda sülh qaçılmazdır! Övladlarımız sülhü görəcəklər! Nöqtə!

Yenixeber.org:  Facebook fəalı İşxan Verdyanın sosial şəbəkədəki səhifəsi bu devizlə başlayır. İ.Vedryanın statusları bir çox ermənilərin narazılığına səbəb olur. O, müasir Ermənistanda Qarabağ-njdeist ideologiyasını inkar edərək, Sarqsyan-Koçaryanı ifşa edərək, Azərbaycan-Ermənistan münasibətləri haqqında həqiqəti açıqlayaraq həmvətənlərini maarifləndirir.

Martın 18-də isə İşxan prezident İ.Əliyevə açıq məktubunda ermənilər rahat yaşaya bilsin deyə “bu ölkənin vətəndaşları olan” Sarkisyan və Koçaryanı geri almağa çağırıb.

 İşxan Verdyanla əlaqə saxlamışıq, o, suallarımızı cavablandırmağa razılaşıb. Bizə Yerevandan cavab verib.

 

Sual: FB səhifənizdə yazılıb ki, mühəndissiniz, Yerevanda yaşayırsınız. Doğrudur?

Cavab:  Yerevan Politexnik İnstitutunun mühəndis-mexanik ixtisasına qəbul olundum. Amma ölkədə və ailəmizdə iqtisadi vəziyyət həddindən artıq ağır olduğuna görə ikinci kursda möhlət aldım. Nə vaxtsa əldən verdiklərimin əvəzini çıxaracağıma və ali təhsilimi davam etdirəcəyimə ümid edirəm.

Yerevanda doğulmuşam, həmişə burada yaşamışam və yaşayıram, hazırda dəri dərzisi olaraq işləyirəm.

Sual:  FB-də “Azərbaycanyönümlü” statuslar yazırsınız. Səhifənizdə Azərbaycandan çox sayda dostunuz var, Ermənistanda baş verən hadisələrin tənqid olunduğu açıq müzakirələr gedir. Bütün bunları erməni dostlarınız da oxuya bilirlər. Onların sizə münasibəti necədir, sizə nə deyirlər? Yəqin ki, sizi ittiham edirlər. Statuslarınızla əlaqədar qonşularınızla, tanışlarınızla münasibətləriniz necədir?

Cavab:   Mən Azərbaycanyönümlü statuslar yazmıram, yalnız erməniyönümlü, müstəsna olaraq Ermənistan üçün mətnlər yazıram. Amma, elə alınır ki, Ermənistan üçün istənilən doğru hərəkət Azərbaycan haqqında doğru status olur. Deməli, ölkələr doğru istiqamətdə, münaqişəsiz inkişaf etdiyi halda, bizim ortaq maraqlarımız var.

Azərbaycanlı dostlarımın sayı artır. Ermənistan cəmiyyətinin mənə münasibəti əvvəlcə həddindən artıq tənqidi idi. Amma münasibət dəyişir, çoxları mənim kəşflərimi öyrənməkdə maraqlıdırlar, mənə məlumatlar daxil olur. Bir çox ermənilər mənimlə razılaşırlar. Düşünürəm ki, tezliklə ermənilər gözlənilən reaksiyanı verəcəklər.

Bir çox tanışlarımla münasibətlərim pozulmuşdu, amma sonradan bu tanışlar üzrxahlıq etməyə başladılar, mənim xoşagəlməzliklərlə üzləşməməyim üçün belə dediklərini söylədilər. Əlbəttə, Ermənistanda mənə qarşı mənfi münasibət daha çoxdur. Amma əsas odur ki, doğmalarım məni dəstəkləyir.

Sual:  Əvvəlcə Ermənistan cəmiyyətinin sizə qarşı münasibətinin çox tənqidi olduğunu, sonradan dəyişdiyini deyirsiniz. 10 noyabr 2020-ci ildən sonra dəyişib?

Cavab:  Düşünürəm ki, Türkiyə və Ermənistan arasında süni olaraq düşmənçilik salınıb. İkinci Dünya Müharibəsi səngələrində ermənilər və azərbaycanlılar dost idilər. Düşmənçilik, zənnimcə, KQB-nin erməni xalqının Türkiyəyə qarşı canlı sipər ola biləcəyini anladığı vaxt başlayıb, biz öz canımızla türklərin gözlənilən təcavüzünə qarşı dağ olmalıydıq, ilk zərbəni biz almalı idik. SSRİ dağıldıqdan sonra Qarabağ münaqişəsi də süni olaraq törədildi, Kremlin təxribatına dair faktlar var. Daha sonra münaqişədə öz şəxsi maraqları üstün gələn Ermənistan liderləri münaqişədən istifadə etməyə başladılar. Hətta bu gün də köhnə elitalar düşmənçiliyi davam etdirməyə çalışırlar. Çox şükür, buna nail olmurlar və yəqin ki, olmayacaqlar. Müharibə çoxlarının gözünü açdı və həqiqəti göstərdi. Ümid edirəm ki, bu müharibə erməni xalqı və türk dünyası arasında son müharibə olacaq.

Sual: Deyirsiniz ki, düşmənçilik süni olaraq başladıldı. Razıyam, bu barədə bir çox fakt var. Yaranmış vəziyyəti necə dəyişdirmək olar? Bunun üçün nə edilir və nə etmək lazımdır?

Cavab:   Çıxışlarımın əvvəllərində mənə qarşı münasibət həddindən artıq mənfi idi. Sonra, tədricən, insanlar məni “Azərbaycanda yaşamağa” göndərməzdən əvvəl bir qədər düşünməyə başladılar. Vəziyyəti bir yolla düzəltmək olar: sadə insanlar arasında dialoq qurmaqla, ki, onlar düşmənçilik etmək, qonşularını öldürmək istəməsinlər. Siyasətçilərə bel bağlamaq olmaz. Əvvəlcə hər iki ölkədə sadə insanlar arasında əlaqələri genişləndirmək lazımdır, onda siyasətçilər insanların istəyinə əməl etmək məcburiyyətində qalacaqlar. Ümidim bunadır: mən azərbaycanlılarla ünsiyyət qurarkən erməni dostlarımı da ünsiyyətə dəvət edirəm. Bu, yeganə, işləyən variantdır. Siyasətçilər heç nə etmirlər və etmək niyyətində deyillər. Yalnız xalqlar siyasətçiləri iki ölkə arasında əməkdaşlığa başlamağa məcbur edə bilərlər.

Sual: Paşinyan sonuncu müharibəyə qədər Azərbaycana qarşı təhdidlərlə çıxış edirdi, bu da müharibə üçün təkan oldu (“Qarabağ Ermənistandır və nöqtə”). O, regionda düşmənçiliyin əleyhinədirsə, niyə belə danışırdı?

Cavab:   Nikol Paşinyan mənim üçün çox ziddiyyətli şəxsiyyətdir. Hakimiyyətdə olduğu bütün müddət ərzində həmişə sülhdən danışıb, heç vaxt hərbi ritorikadan istifadə etməyib, Ermənistan cəmiyyətini azərbaycanlılarla dialoqa, Azərbaycanla əlaqə yolları tapmağa çağırıb. Ondan əvvəl heç kim Qarabağ münaqişəsinin Ermənistanı, Qarabağı və Azərbaycanı qane edəcək həllinə çağırmayıb. Amma sonradan başqa bəyanatlar səsləndirməyə başlayıb, deyib ki, “Qarabağ Ermənistandır və nöqtə”. Məndə belə bir təəssürat yaranıb ki, o, intihar edərcəsinə atəşi öz üzərinə çəkmək istəyirdi. Onun ritorikasının dəyişməsi mənə aydın deyil. Başqa cür qiymət verə bilmirəm.

Sual: Üç ölkə liderinin 9 noyabr 2020-ci il tarixli birgə Bəyanatının müddəalarını necə qiymətləndirirsiniz?

Cavab:    9 noyabr tarixli bəyanat məcburi tədbirdir. Onun bir çox bəndləri xoşuma gəlmir. Birincisi, müharibəni vasitəçisiz də dayandırmaq olardı, ölkələr özləri dayana bilərdi. Heç nə mane olmurdu, İ.Əliyev dəfələrlə buna işarə etmişdi. İkincisi – Sünikdən keçən dəhlizi vasitəçilərin nəzarəti altına vermək lazım deyildi, dəhliz üçüncü ölkə olmadan, birbaşa danışıqlar zamanı və xalqların rifahı naminə açılmalı idi. Paşinyanın niyə oturub-oturub, axırda – amma gec - ondan gözlənilən şeyi etməsi mənə aydın deyil.

Qan axıdılmasının dayandırılması yaxşıdır, ümid verir. Regionda Rusiyanı tarazlaşdıran və Qarabağdakı hadisələrə obyektiv qiymət verən Türkiyənin iştirakı da sevindirir.

Sual: Sonuncu sosial sorğularda Paşinyan səslərin təxminən 30 faizini yığır, bu, onun bütün rəqiblərindən xeyli çoxdur. Necə hesab edirsiniz, bu sorğular ölkənizdə gerçək ictimai rəy bölgüsünü əks etdirir?

Cavab:   Sorğular tamamilə gerçəkdir. Ermənistandakı siyasətçilər arasında heç kim məşhurluğuna görə Paşinyana çatmaz. Bu gün seçki keçirilsə parlamentdə başqa heç kim əksəriyyət əldə etməyəcək. Paşinyan liderdir. Ona görə yox ki, Paşinyan çox yaxşıdır, səbəb bizdə formalaşmış soyğunçu elitadadır, bütün bunları həmin elita yaradıb və mövcud vəziyyəti qoruyub saxlamağa çalışır. Sadəcə olaraq Paşinyan onların hamısından daha yaxşıdır.

Sual: Azərbaycanda hamını maraqlandıran sualı verməyə bilmərəm. Biz artıq fotoşəkillərdə deyil, canlı-canlı gördük ki, Qarabağ regionunda bütün Azərbaycan şəhərləri və kəndləri tamamilə, bəzən bünövrəsinə qədər dağıdılıb. Bu, necə, niyə baş verib? Bunun nə mənası var, axı evləri sökmək çox ağır, uzun işdir. Ermənistanda bu torpaqlarda nə baş verdiyini bilirdilər?

Cavab:   Ermənistanda Azərbaycanın dağıdılmış rayonlarında nə baş verdiyi haqqında təsəvvür belə yox idi. Orada xidmət edən əsgərlər hesab edirdilər ki, hər şey belə də olmalıdır, çünki Azərbaycan müharibəni uduzub. Mən orada xidmət edərkən mənə belə deyirdilər. Mən Ağdamı görmüşəm və azərbaycanlı dostlarıma deyirdim ki, Ağdamı görəcəksiniz, bu, dəhşətlidir. Yaxşı olardı ki, belə olmasın.

Gündəlik söhbətlərdə Qarabağ ermənilərə lazım deyil. İnsanlar evdə deyirdilər: Qarabağ nəyimizə lazımdır, o, olmasa yaxşı olardı. Amma kollektiv dərrakədə iddia edilirdi ki, Qarabağ bizimdir. Ailələr oğullarını Qarabağa orduda xidmət etməyə göndərəndə isə dəhşətə gəlirdilər.

Sual: Yayda Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Nə gözləyirsiniz?

Cavab:   Çox ümid edirəm ki, seçkilər başlamazdan əvvəl Ermənistanda Türkiyə və Azərbaycana münasibətdə doğru siyasət yürüdəcək siyasi qüvvə ortaya çıxacaq. Məhz belə bir partiya ölkəni böhrandan çıxara bilər. Belə bir qüvvə meydana çıxmasa, hər şey olduğu kimi qalacaq: Nikol Paşinyan qələbə qazanacaq, digər partiyalar da bir neçə yer əldə edəcəklər, Robert Koçaryana isə milli məclisdə heç nə çatmayacaq. Buna ümid edirəm.

Sual: Paşinyan hakimiyyətdə qalsa Ermənistanın xarici siyasəti necə olacaq?

Cavab:   Mövcud siyasətçilər arasında Paşinyan baş nazir vəzifəsinə ən optimal namizəddir. O və hökuməti çox ziddiyyətlidir. Onun nazirlərindən biri deyir ki, Qaregin Njdenin ideologiyasını unutmaq lazımdır, sərhədləri açmaq lazımdır. Digəri deyir ki, Qarabağ münaqişəsi həll edilməyib və o, yalnız Minsk Qrupu formatında həll edilə bilər. Qarma-qarışıqlıq var. Amma düşünürəm ki, o, hakimiyyətdə qalarsa və baş nazir olarsa, insanların sülh tələbinə tabe olacaq.

Sual: Hüquq müdafiəçisi, siyasətçi, qeyri-hökumət təşkilatı başçısı olmaq niyyətiniz yoxdur?

Cavab:   Son vaxtlar Ermənistan siyasəti ilə və ümumilikdə regionda siyasətlə çox yaxından tanış oldum. Başa düşdüm ki, bu, dəhşətli bir şeydir. Xalqın aldadılması prosesinə qarışmaq istəmirəm. Mən yaradıcı insanam, videooyun yaratmaq istəyirəm. Bu, mənim arzumdur. Xalqı sülhə və tərəqqiyə doğru aparacaq ictimai təşkilat və ya partiya ortaya çıxarsa, mənim dəstəyimi alacaq. Tərəqqi Ermənistanın görmədiyi və ermənilərə lazım olan yeganə şeydir. Onların arxasında dağ kimi dayanacağam ki, qalib gəlsinlər. Söz vermək doğru deyil, amma həyat göstərəcək... Hazırda mənim siyasətçi olmaq niyyətim yoxdur. Təki Ermənistanda prosesi öz əlinə alacaq sağlam düşüncəli insanlar tapılsın.(turan.az)

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}