Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“O, ERMƏNİSTANI XİLAS ETMƏYƏCƏK...” -Müxalifət qiyamçı generaldan və Prezidentdən üz döndərir

Ermənistanda daxili siyasi gərginlik səngimək bilmir və qeyri-müəyyənlik davam edir. Baş Qərargah rəisi Onik Qasparyanın baş tutmayan hərbi çevriliş cəhdi, eyni zamanda Baş nazir Nikol Paşinyanın da onu vəzifəsindən azad etməyə hələ ki, nail ola bilməməsi Ermənistanın siyasi həyatında “pat vəziyyəti” yaradıb.

Yenixeber.org: İlk günlərdə qiyamçı Baş Qəragah rəisinə dəstək ifadə edən müxalif siyasi qüvvələr isə artıq O.Qasparyandan üz çevirməyə başlayıblar. Eyni zamanda, mövcud reallıq ondan ibarətdir ki, müxalifətin əsas tənqid hədəfi Paşinyandan sonra Prezident Armen Sarkisyan və O.Qasparyanın özüdür.

Müxalifətin ən “koloritli” və aktiv nümayəndələrindən biri, parlamentdə müxalif “Çiçəklənən Ermənistan” fraksiyasında təmsil olunan deputat Naira Zöhrabyan özünün sosial şəbəkə səhifəsində Prezident A.Sarkisyanı və Baş Qərargah rəisi O.Qasparyanı sərt tənqid edib. Onun sözlərinə görə, ermənilər Sarkisyanın Paşinyanla Qasparyan arasında yaranan qarşıdurmanı və ümumilikdə ölkədəki daxili siyasi gərginliyi aradan qaldıracağını, Ermənistanı “xilas edəcəyini” düşünsələr də, bu, baş vermədi: “O, Ermənistanı və Qarabağın qalan hissəsini xilas etməyəcək, öz neytrallığını saxlayacaq.”

 

 

Müxalif deputat yazıb ki, “hər zaman İsveçrə kimi neytral olan” Sarkisyan üçüncü yolu – “heç yerə aparmayan” yolu seçib: “Sarkisyan heç nə etməyəcək. Onun üçün gözəl London barında oturub, Elliot, Paund, Koen haqında söhbət etmək daha rahatdır”.

Maraqlıdır ki, indiyə qədər Paşinyana qarşı şeytanla da müttəfiqlik etməyə hazır olan müxalifət nümayəndəsi Sarkisyanla yanaşı qiyamçı Qasparyanın da ünvanına sərt ifadələr işlədib və onu Ermənistanın 44 günlük müharibədəki acı məğlubiyyətin əsas günahkarlarından biri adlandırıb. Deputat qeyd edib ki, Sarkisyandan əlləri üzülən ermənilər bu dəfə Ermənistanı Qasparyanın xilas edəcəyini güman etdilər. Lakin bu xülya da boş çıxdı: “Bundan sonra Qasparyanın qəhrəmanlaşdırılması başlandı. O Qasparyanın ki, müharibənin 4-cü günündə Paşinyana Ermənistanın uduzduğunu söyləyib. Lakin sonrakı 40 gündə Şuşanın verilməsinə gətirib çıxaran tapşırıqları yerinə yetrirməklə məşğul olub.” 

Göründüyü kimi, Ermənistan müxalifəti getdikcə Paşinyanı Baş Qərargah rəisinin, ordunun əlilə devirmək ssenarisinin iflasa uğradığı qənaətinə gəlir. Paşinyanın dirənişi, hətta bəzi məlumatlara görə Prezident A.Sarkisyanı təhdid etməsi, Prezidentinsə tamamilə iradəsiz, mövqesiz biri olduğunun növbəti dəfə təsdiqlənməsi, eləcə də Qasparyanın qətiyyətə və orduda elə bir ciddi nüfuza malik olmadığının üzə çıxması, digər tərəfdən də xalqdan gözlədiyi dəstəyi ala bilməməsi müxalif qüvvələri məyus və ümidsiz hala salıb.

 

 

Əvəzində, bir neçə gün əvvəl Paşinyanın İrəvanda təşkil etdiyi aksiyaya müxalifətin mitinqlərindən dəfələrlə artıq sayda insanın toplaşması göstərdi ki, müxalif siyasi qüvvələrin durumu heç də ürəkaçan deyil. Artıq iş o yerə çatıb ki, Ermənistanın Vatikandakı sabiq səfiri, Serj Sarqsyanın kürəkəni və Paşinyanın qatı əleyhdarlarından biri olan Mikael Minasyan da daxil olmaqla, müxalifətçilər erməni xalqını təhqir və təhdid etməyə, aşağılamağa başlayıblar. Elə həmin N.Zöhrabyan son paylaşımında erməniləri tənbəllikdə günahlandırıb və bildirib ki, oturub kimlərinsə onların əvəzinə Ermənistanı xilas edəcəyini gözləyənlər ölkənin məhvinə səbəb olurlar. 

Bir sözlə, görünən odur ki, getdikcə 10 noyabr kapitulyasiyasından sonra düşdüyü ağır durumdan çıxmağa başlayan Paşinyan hökuməti cəmiyyətdə müharibədən əvvəlki mövqelərini qaytarmağa çalışır. Təbii ki, buna tam nail olmaq mümkün deyil. Lakin hər halda, Ermənistanda növbədənkənar parlament seçkisi keçiriləcəyi təqdirdə, yenə Paşinyanın partiyasının qalib gələcəyinə dair proqnozlar üstünlük təşkil edir. Və belə görünür ki, əgər bu seçkilər baş tutsa və Paşinyanı o vaxta qədər hansısa hərbi çevriliş, yaxud terror vasitəsilə hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmasa, indiki hökumət öz mövqeyini qoruyub saxlaya biləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam