Redaktor seçimi
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Günün xəbəri

Bu gün İrəvanda 3 etiraz aksiyası keçiriləcək -Ölkədə siyasi böhran kuluminasiya həddinə çatıb

Ermənistanda siyasi böhran kuluminasiya həddinə çatdıb. Müxalifət İrəvanın mərkəzində çadrlar qurub Nikol Paşinyan hökumətinin istefasını tələb edir.

Yenixeber.org: Baş Qərərgahın rəisi Onik Qasparyan hərbi qiyamı davam etdirir, Prezident Armen Sarkisyan isə dolayı yolla qiyamçılara və siyasi müxalifətə dəstək verir. 

Prezident Baş nazirin tələbi ilə Qasparyanı vəzifəsindən azad etmədiyindən, parlamentdə "Mənim addımım" fraksiyası Sarkisyanın impiçment məsələsini qaldırıb. 

Hadisələr İrəvanın küçə və prospektlərini mitinq meydanına çevrib. Erməni mediası xəbər verir ki, bu gün şəhərdə 3 müxtəlif etiraz aksiyası keçiriləcək.

Öncə saat 15.00-da Ermənistanın ilk prezidenti Levon Ter- Petrosyanın rəhbərlik etdiyi partiya mitinq keçirəcək. Onlar saxta prezident seçkiləri ilə bağlı, 1 mart 2008-ci ildə baş verən qarşıdurmalarda həlak olanların xatirəsini yad edəcəklər.

Saat 16.00-da müxalifət Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq təşkil edəcək. Aksiyada 16 siyasi təşkilatın tərəfdarları iştirak edəcək.

Saat 18.30-da isə elə Nikol Paşınyanın özü, xalqın dəstəyi üçün tərəfdarlarını mitinqə toplayacaq. Artıq 3 gündür bu aksiyaya hazırlıq gedir. Müxalifət Paşinyanı inzibatı resurslardan istifadə etməklə meydana adam yığmaqda ittiham edir.

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam