Redaktor seçimi
TALANÇI SABİQ MƏMURLARIN TƏHLÜKƏLİ SƏRVƏTİ... -
UNUDULMUŞ QARALOV... – 
Fazil Məmmədovun kürəkəninin Londondakı yeni mülkləri -
Azad Rəhimov milyonları belə xərcləyib-
Sahil Babayev qəsdən vətəndaşları dövlətdən narazı salır-
“Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?-
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ SƏDRİNİN 1-Cİ MÜAVİNİ HƏMİD BAĞIROVUN 600 MİN DOLLARI NECƏ BATIRILIB?-
Gözdən əlillərin pensiyası niyə kəsilir?-
Günün xəbəri

ABŞ İranla bağlı danışıqları bərpa etməyə hazırdır. Tehran boyun qaçırır-TƏHLİL

 

Prezident Co Bayden hələ seçkiqabağı kampaniyası zamanı dəfələrlə deyib ki, ABŞ yeni administrasiyanın hakimiyyətdə olduğu dövrdə İranın nüvə sövdələşməsinə qayıdacaq.

Yenixeber.org: Birləşmiş Ştatlar ilkin şərtlər irəli sürmədən İranın nüvə proqramı üzrə danışıqlarda iştirakını bərpa etməyə hazırdır. Bu barədə ABŞ prezidenti Co Bayden fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında onlayn-formatdakı çıxışında bildirib.

İki gün əvvəl Birləşmiş Ştatlar keçmiş prezident Donald Tramp administrasiyasının İrana qarşı sanksiyaların bərpa edilməsi haqqında BMT-yə verdiyi ərizəsini geri çəkib.

Bu məlumatlar sensasiyalı görünməsinə baxmayaraq, onlarda gözlənilməz bir şey yoxdur. Yeni seçilmiş prezident Co Bayden seçkiqabağı kampaniyası zamanı dəfələrlə Avropa İttifaqının himayəsi altında və beynəlxalq vasitəçilər “altılığının” iştirakı ilə İranla danışıqlarda maraqlı olduğunu bildirib və ABŞ-ın yeni administrasiyasının hakimiyyətdə olduğu dövrdə İran nüvə sövdələşməsinə qayıtmağı vəd edib.

Amma Vaşinqton Tehranın 2018-ci ildə Ştatlar sazişdən çıxdıqdan və İrana qarşı sanksiyalar tətbiq etdikdən sonra addımbaadım imtina etməyə başladığı öhdəliklərini yerinə yetirməyə başlamadan bu addımı atmayacaq. Bu yaxınlarda (fevralın 7-də) Bayden CBS teleşirkətinə müsahibəsində “Birləşmiş Ştatların prezidenti Tehranı BHFP (Birgə Hərtərəfli Fəaliyyət Planı) üzrə danışıqlara qaytarmaq üçün ilk addımı atıb, İrana qarşı sanksiyaları ləğv edəcəkmi?” sualına inkar cavabı verib.

Aydındır ki, prezident Baydenin bu yanaşması İranı qətiyyən qane etmir. Buna cavab olaraq İranın Ali Lideri Əli Xamenei Twitter-də “son söz” heştegi ilə yaydığı məlumatda Vaşinqtonun nüvə sövdələşməsinin yerinə yetirilməsinin gedişatı ilə bağlı Tehrana şərt irəli sürə bilməyəcəyini bəyan edib.

“Birgə Hərtərəfli Fəaliyyət Planında şərt qoşmaq hüququ olan tərəf öhdəliklərinə uyğun hərəkət edən İrandır, bütün öhdəliklərini tapdalayan ABŞ da, üç Avropa ölkəsi də (Britaniya, Fransa, Almaniya) deyil”, deyə Xamenei yazıb.

O, həmçinin qeyd edib ki, Vaşinqton İranın sövdələşmənin yerinə yetirilməsinə qayıtmasını istəyirsə sanksiyaları “sözdə və kağızda deyil, əməldə” ləğv etməlidir.

Tehranda hesab edirlər ki, BHFP üzrə öhdəlikləri İran deyil, Birləşmiş Ştatlar pozubsa (Donald Tramp BHFP-dən çıxıb və sonrakı dörd il ərzində İrana qarşı yeni sanksiyalar tətbiq edib), əvvəlcə ABŞ BHFP ilə bağlı sanksiyalarını və son dörd ildə tətbiq edilən sanksiyaları ləğv etməli və öz öhdəliklərinə qayıtmalıdır.

Bir sözlə, tərəflərin mövqeləri bir-birindən tamamilə fərqlidir və BHFP üzrə öhdəliklərinə kimin – Vaşinqtonun, ya Tehranın əvvəl qayıtmalı olması barədə sual xüsusi əhəmiyyət kəsb edib.

Sazişə addım-addım qayıtmaq həll yolu ola bilərdi. Belə ki, ABŞ tədricən sanksiyaları ləğv edə, İran isə hər bir məhdudiyyətin ləğvinə cavab olaraq sazişin növbəti bəndinin icrasına qayıda bilərdi. Amma belə bir plan üçün danışıqlar lazımdır, buna isə artıq Tehran razılaşmır.

Trampın hakimiyyətdə olduğu illər ərzində İranda xeyli güclənən konservatorlar hökumətdən Qərbə qarşı zəiflik göstərməməyi tələb edirlər. Onların fikrincə, ABŞ qeyd-şərtsiz BHFP-yə qayıtmalıdır. Amma bu, işləmir. Bayden Trampın dövründə nüvə sövdələşməsindən çıxmağın səhv olduğunu etiraf etsə belə, onun vəziyyətində Tehranın tələblərinə uymaq öz-özünə zərər vermək deməkdir.

İran siyasətçilərinin daim xatırlatdıqları dedlayn da problemi dərinləşdirir. Dekabrın 1-də İranda

konservativ düşərgə ABŞ-a nüvə sövdələşməsinə qayıtmaq üçün müddət verən (21 fevral) qanunu irəli sürməyə müvəffəq olub. Bu tarixə qədər Vaşinqton BHFP-yə qayıtmasa Tehran bu qanuna uyğun olaraq AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) müşahidəçilərini öz atom obyektlərinə buraxmamalıdır.

Qeyd etmək lazımdır ki, Baydenin nüvə sövdələşməsinə sadiqlik haqqında seçkiqabağı bəyanatları Tehranda onun vəzifəyə başladıqdan dərhal sonra sazişə qayıtmağa hazır olması barədə yalnış təsəvvürlər formalaşdıra bilərdi. Buna görə yeni administrasiyanın üzvləri bu mifi aradan qaldırmalı olublar.

Yanvarın 19-da ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Evril Heyns Birləşmiş Ştatların BHFP-yə qayıtması mümkünlüyünün yaxın gələcəyin işi olmadığını bəyan edib. Sonradan dövlət katibi Entoni Blinken və prezidentin mətbuat katibi Cen Psaki də bu cür bəyanatlarla çıxış edib.

Daha sonra da Vaşinqton bu kursa sadiq qalıb. Və fevralın 11-də İran prezidenti Həsən Ruhani bildirib ki, hələlik ABŞ prezidenti tərəfindən nüvə sövdələşməsinə qayıdışla bağlı heç bir xoş məram jesti görməyib.

Bayden öz çıxışlarında İranın nüvə proqramının inkişafı ilə bağlı narahatlığını büruzə verərək, eyni zamanda açıq-aşkar 21 fevralın heç bir şəkildə kritik tarix olmadığına işarə edir.

Baydenin mövqeyi tamamilə təxmin edilə bilən və aydın idi. Yeni prezident yeni nailiyyətlər nümayiş etdirməlidir. Barak Obamanın dövründə olanlara qayıtmağı, çətin ki, yeni nailiyyət adlandırmaq olsun. Obama administrasiyasının 2015-ci ildə İranla bağladığı sazişin şərtləri Yaxın Şərqdə əsas müttəfiqlər – İsrail və Səudiyyə Ərəbistanı ilə münasibətlərin korlanmasına və gərginliyə gətirib çıxarıb, ABŞ-ın Yaxın Şərq regionunda siyasətinə ciddi zərbə vurub. Buna görə, aydındır ki, ABŞ və İranın yaxın yarım ildə münasibətləri necə quracağı və danışıqları necə aparacağı çox böyük əhəmiyyətə malik olacaq. Onlar nəinki BHFP-nin gələcək taleyini, həm də İranın dünya energetika bazarındakı yerini (sanskiyalar ləğv edildiyi təqdirdə), habelə ABŞ-ın başında İsrail və Səudiyyə Ərəbistanı duran İran əleyhinə koalisiya ilə qarşılıqlı münasibətlərini müəyyən edəcək.

Hələlik, ilk baxışda səs-küylü, amma əslində əhəmiyyəti az olan təşəbbüslərlə çıxış edən ABŞ “topu İranın meydançasıına keçirməyə” müvəffəq olub, bu ölkənin ali rəhbərliyini həddindən artıq çətin vəziyyətə qoyub.

Vaşinqtonun “beşliyin” Tehranla dialoqunun başlaması üçün ilkin şərtlər irəli sürməyəcəyi barədə bəyanatı isə ümumiyyətlə rişxənd kimi görünür. Axı razılaşmaları İranı boğucu sanksiyalara qərq edən amerikalılar pozub. Bu halda İran danışıqlar başlamazdan əvvəl onların ləğvini tələb etmək üçün tam hüquqa malikdir. Vəziyyət, belə desək, tragikomikdir – belə çıxır ki, İran ABŞ-a eyni şəkildə cavab verməlidir – yəni ilkin şərt irəli sürməkdən imtina etməlidir, əks halda bu, yanlış görünəcək.

Vaşinqtonun 2020-ci il mayın əvvəllərində prezident Donald Trampın irəli sürdüyü “əsrin sazişi” (Yaxın Şərq nizamlanma planı) fonunda İrana münasibətdə əyilməzliyini İsrailə və Körfəz ölkələrinə nümayiş etdirmək üçün BMT-yə təqdim etdiyi İrana qarşı sanksiyaların bərpası haqqında ərizənin geri çəkilməsinə gəlincə, bu, xoş məram jesti kimi qələmə verilir. Baxmayaraq ki, təşkilat üzvlərinin bu sənədi dəstəkləməsi ehtimalının həddindən artıq şübhəli olduğu əvvəlcədən aydın idi.

İndi isə İranın növbəsidir. Əvvəlcədən demək olar ki, o, çətin ki, AEBA-nın fəaliyyətinə radikal şəkildə mane olsun – bu, BHFP ilə bağlı məsələnin nizamlanması mümkünlüyünə zərbə vurar və hətta, daha əvvəl də olduğu kimi, İranın nüvə obyektlərindən birində sabotaja və ya onlara bilavasitə hərbi hücuma belə gətirib çıxara bilər. Bununla belə, o, uranın zənginləşdirilməsi prosesini tam gücü ilə işə salmaqla təhdid edərək, tarifləri yüksəltməyə davam edəcək.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin nüvə sövdələşməsi iştirakçılarının və ABŞ-ın qeyri-rəsmi görüşünün keçirilməsi haqqında təklifini şərh edən İran xarici işlər nazirinin müavini Abbas Araqçı ötən şənbə IRIB teleradioyayım korporasiyasına müsahibəsində belə deyib: “Biz Jozep Borelin “4+1” formatında (Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa) ABŞ və İranla qeyri-rəsmi görüş keçirilməsi haqqında təklifini tədqiq edirik. Biz həmçinin tərəfdaşlarımız, o cümlədən Rusiya və Çinlə məsləhətləşirik və bu təklifə gələcəkdə cavab verəcəyik”.

O, əlavə edib ki, “ABŞ-ın nüvə sazişinə qayıtması üçün görüş (keçirilməsi) tələb olunmur, bunun yeganə üsulu sanksiyaların ləğvidir”.

Bu, bir daha təsdiq edir ki, sanksiyaların ağırlığına baxmayaraq, İranın mövqeyi sarsılmazdır – o, məhdudiyyətlərin ləğvi uğrunda mübarizədə tarifi yüksəltmək oyununa sadiq qalacaq və ABŞ-ın nüvə sazişinə qayıtması üçün görüşlər keçirməyə tələsməyəcək. (turan)

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}