Redaktor seçimi
Sahil Babayev sabiq əməkdaşını Azərbaycan vətəndaşlığından imtinaya vadar edir-
Dövlətin sosial siyasətini sabotaj edən nazir... -
FAZİL MƏMMƏDOVUN XARİCƏ ÇIXARDIĞI MİLYARDLAR... -
TALANÇI SABİQ MƏMURLARIN TƏHLÜKƏLİ SƏRVƏTİ... -
UNUDULMUŞ QARALOV... – 
Fazil Məmmədovun kürəkəninin Londondakı yeni mülkləri -
Azad Rəhimov milyonları belə xərcləyib-
Sahil Babayev qəsdən vətəndaşları dövlətdən narazı salır-
Günün xəbəri

“Klançılar”la “sorosçular”ın ölüm-qalım mübarizəsi:Ermənistanda “üçüncü qüvvə” yaradılır

 

“Sarkisyanında dövründəki “bundan daha pis ola bilməz” fikri iflasa uğradı və yeni komanda sübut etdi ki, ola bilər”

Yenixeber.org: Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan, Ermənistan hökumətindəki mənbələrə istinad edərək, yaxın gələcəkdə Qarabağda (Suqovuşan kəndi yaxınlığında) Qarabağ separatçılarının lideri Araik Arutunyan və Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun iştirakı ilə, Ermənistan və Azərbaycan milli təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşünün olması barədə xəbərlərin yayılmasına rəvac verdi. Onun sözlərinə görə, görüş barədə razılaşma Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) rəisinin bu yaxınlarda Moskvaya səfəri və Rusiya FTX-nin rəhbəri Bortnikovla görüşü zamanı əldə olunub.

 

“Görüşün iştirakçıları infrastruktur məsələlərini və əslində, Qarabağın qalıqlarını Azərbaycana inteqrasiya etmək üçün addımları müzakirə edəcəklər. Bu, yalnız növbətçi görüş deyil, bu, Ermənistan dövlətçiliyinin məhv edilməsi proqramının və bunun üçün Nikol Paşinyanın hakimiyyətdə qalmasının həyata keçirilməsidir”, - deyə Minasyan bildirdi.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətlərinin rəhbərləri artıq yanvar ayında FTX rəhbərinin vasitəçiliyi ilə Moskvada, və sonra Azərbaycan-Ermənistan sərhədində görüşüblər. Lakin 19 fevralda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Minasyanın DTX rəisi Əli Nağıyevin separatçıların lideri Araik Arutunyan, Ermənistan MTX-nın rəisi Armen Abazyan və Rusiya sülhməramlı kontingentinin başçısı general Rüstəm Muradov ilə planlaşdırılan görüşü barədə yaydığı məlumatların yalan olduğunu açıqladı. Qurum yerli mediadan, həmçinin sosial media istifadəçilərindən milli maraqlara ziyan vuran və Azərbaycan cəmiyyətini çaşdıran yoxlanılmamış məlumatlar yaymamağı xahiş edir.

 

Və burada təbii olaraq sual yaranır: Niyə Sarkisyanın kürəkəni Minasyan ictimai məkana bu cür məlumatlar buraxır? Məqsəd nədir? Yəni bir daha Nikol Paşinyanı gözdən salmağa çalışmaq üçün, o, həqiqətən istənilən yalana hazırdır? Bu adamın əvvəlki hakim komanda ilə, “xaç atası” Robert Köçəryanın yenidən Ermənistanın başçısı olmaq istədiyi Qarabağ klanı ilə əlaqəli olduğu məlumdur. Bəlkə, bu, oradan gələn bir sifarişdir? Yoxsa başqa versiyalar mümkündürmü?

 

Suallarımızı tanınmış rusiyalı ekspertlər cavablandırıblar.

 

Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:

Oxu.az - Ekspert Mixail Neyjmakov: “Çətin ki, Rusiya Bakının mövqeyini  görməzdən gəlsin”

“Ermənistan və Azərbaycan hakimiyyətləri arasında qapalı danışıqların Bakı lehinə ciddi güzəştlər nəzərdə tutaraq aparıldığını sübut edən Nikol Paşinyanın tənqidçiləri, digər məsələlər arasında kifayət qədər praqmatik daxili siyasi hədəflər güdürlər. Onların müxalifət mühitinin apatiyasını önləmək və bu və ya digər səbəblə hakimiyyət dəyişikliyindən qorxan həmvətənlər arasında etiraz əhval-ruhiyyəsini gücləndirməyə çalışaraq vəziyyətin “daha da pis ola biləcəyini” sübut etmələri vacibdir.

 

Eyni zamanda, GALLUP Beynəlxalq Təşkilatının erməni nümayəndəliyi tərəfindən aparılan araşdırmaların məlumatlarına etibar etsək, ölkədə ictimai əhval-ruhiyyənin konservasiyası hələ də davam edir. Nikol Paşinyanın istefaya getməli olduğuna inanan respondentlərin payı, 25 noyabr-2 dekabr 2020-ci il tarixlərində keçirilən sorğu zamanı, Üçlü Atəşkəs Bəyanatı imzalandıqdan sonra ən yüksək göstərici idi (45,3%) və o vaxtdan bəri bu göstərici, hətta, bir qədər azalaraq, 17 fevral 2021-ci ildə 43,6%-ə çatdı. Ermənistanın hazırkı Baş nazirinin vəzifəsini davam etdirməli olduğuna inanan respondentlərin payı da 2020-ci ilin noyabr-dekabr aylarında minimal (37,8%) idi və 2021-ci ilin fevralında bir qədər artdı (38,8%-ə qədər).

 

Dünya təcrübəsi göstərir ki, uzun və uğursuz bir etiraz kampaniyası, qədim Çin strateqləri prinsipinə (müharibə qələbəni sevir və müddəti sevmir) tam uyğun olaraq, müxalifət fəallarını demoralizasiya edir. Bu arada, Nikol Paşinyanın müxaliflərinin küçə mitinqləri 10 noyabr 2020-ci il etirazlarından bəri 3 aydan çoxdur davam edir.

 

Bakı ilə gizli danışıqlar və ya əvvəllər əldə olunmuş “şifahi razılaşmalar” barədə şayiələrin Ermənistandakı daxili siyasi qüvvələrin mövcud tarazlığını poza biləcəyi ehtimalı olduqca azdır. Bu balansda ciddi bir dəyişikliyə və kökündən fərqli miqyaslı küçə hərəkətlərinə iri titrəmələr səbəb ola bilər. Məsələn, insanların ölümü ilə əlaqəli və ya bəlkə də, Ermənistan hökumətinin sosial-iqtisadi sahədə əhalinin geniş təbəqələrinə təsir edən qeyri-populyar qərarları”.

 

“PolitRUS” ekspert-analitik şəbəkəsinin qurucusu, politoloq Vitali Arkov:

Oxu.az - Vitali Arkov: “Ermənistanın hazırkı rəhbərliyi ifrat dərəcədə  həddini aşıb” - MÜSAHİBƏ

“Nikol Paşinyanın ya azərbaycanlı, ya da türk casusu olduğu versiyası İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda çox populyardır. Paşinyanla Soros Fondu və bir sıra digər beynəlxalq təşkilatlarla ən yaxın tərəfdaşları arasındakı əlaqəni təhlil etməkdənsə, bu versiyanı orta səviyyəli bir erməni adamının başa düşməsi daha asandır. Bakı və Ankara, ola bilər ki, bu fondlar vasitəsi ilə İrəvanın siyasətinə təsir göstərməyə çalışsınlar. Və son hadisələrin göstərdiyi kimi, müəyyən uğur da qazana bilərlər.

 

Əvvəlcə bir çox Ermənistan sakinləri və digər ölkələrdəki erməni icmalarının nümayəndələri üçün Nikol Paşinyan, həqiqətən ölkədəki vəziyyətin yaxşıya doğru dəyişəcəyinə bir ümid idi. Lakin tezliklə Paşinyanın ailəsinin və dostlarının “Qarabağ klanı”nın nümayəndələrindən və xüsusən də Serj Sarkisyan ailəsindən az olmayaraq, korrupsiyaya bulaşdıqları məlum oldu.

 

Bundan əlavə, Paşinyanın dəbli Qərb diplomlarına sahib “islahatçılar komandası”nın bir qrup boşboğaz (burada fırıldaqçı dəstəsindən danışmırıq) olduğu məlum oldu. Onların sayəsində Ermənistanda iqtisadiyyatın, Sarkisyanın dövründəki kimi, “bundan daha pis ola bilməz” fikri iflasa uğradı. Yeni komanda sübut etdi ki, ola bilər və oldu da.

 

Əlbəttə ki, Paşinyan “maşınının təkərlərini”, son hakimiyyət dəyişikliyindən sonra Soros cəbhəsinə keçməyən, bununla yanaşı hökumətin repressiya maşınından canlarını qurtara bilən Köçəryan tərəfdarları “mismarla deşirdilər”. Ancaq bunlar uğursuzluqlarının əsl səbəblərindən daha çox, “sorosçular”ın öz dəyərsizliklərinə haqq qazandırmaq cəhdləridir.

 

Bu gün Ermənistanda müşahidə edilənlər, əslində parlamentə deputat seçkilərinin başlanğıc kampaniyasıdır. Hazırkı reallıqda erməni seçicisinin seçimi çox məhduddur: ya cəmiyyəti həddən artıq bezdirən “Qarabağ klanı”nın restavrasiyası, ya da İkinci Qarabağ müharibəsində məğlub olan “sorosçular”. İndi, məhz müharibədəki məğlubiyyət və “Qarabağ klanı”nın uzun illər davam edən təbliğatının nəticəsi ilə Ermənistan sakinlərinin əksəriyyətinin erməni torpağı saymağa başladığı Azərbaycan torpaqlarının itkisini Paşinyan və digər “sorosçular”ın ayağına yazmaq istəyirlər. Yəni, hər ikisi “it uşaqlarıdır”, amma “sorosçular” seçicinin gözündə daha pis görünməlidirlər, çünki onlar “hər şeyi Əliyevə satdılar”.

 

Hər iki düşərgədə, nüfuzlu bloklara qoşulmayan qruplarla birləşdirildikdə, üçüncü bir güclü qüvvə yarada biləcək sağlam düşüncəli güclü siyasətçilər var. Mövcud məlumatlara görə, bu qüvvə artıq formalaşır. Rusiyanın erməni icmasının fəal dəstəyi ilə”.(ayna)

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}