Redaktor seçimi
Gülməmmədovanın çəmbəri daralır: bacıoğlunu da qurban verən başçıdan şok -
Büdcə pullarını mənimsəmə mexanizmi:
Abşerondan Suraxanıya başçı müavini aparılan Fuad Cəbrayılovun bu mühüm posta təyinatı nədən gizli saxlanılır?! --
“Ziyəddin Əliyev 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur +
Mingəçevir Dövlət Universiteti belə təmir edilir-
Pulunu aldılar, üzünü də intihara təhrik etdilər-
FHN-nin agentlik rəisi Cəbrayıl Xanlarovun oğlunun göz qamaşdıran sərvəti-
“Salyanın deputatı Jalə Əhmədova seçiciləri təhdid və şantaj edir” -
Günün xəbəri

İrəvandan anti-Rusiya demarşları -Qarabağa görə Moskva yenə Qərblə şantaj edilir

Ermənilər 10 noyabr aktını unutmağa başlayıb; revanşist müxalifət Kremli Ermənistana qarşı “müstəmləkəçi siyasət” aparmaqda suçlayır, Paşinyan hökuməti isə üçtərəfli anlaşmaları altdan-altdan sabotaj edir... 

Yenixeber.org: Ötən şənbə İrəvanda radikal müxalifət “İstefa” tələbi ilə növbəti etiraz mitinqi keçirdi. Aksiyadakı çıxışlarda əsas tezislər bunlar idi: 1. Müharibə bitməyib və onu erməni xalqı yox, “türkə satılan” Paşinyan uduzub 2. Paşinyan iqtidardan getməyincə Ermənistan güclənə, inkişaf edə və “artsaxın itirilmiş əraziləri” qaytarıla bilməyəcək (Ermənistanın xilası isə dəfələrlə yazdığımız kimi, hakimiyyət dəyişikliyinə yox, məfkurə dəyişikliyinə bağlıdır). 3. Rusiya vacib ölkə olsa da, xilas yolu Türkiyənin düşmənləri ilə ittifaqdadır.

Göründüyü kimi, kapitulyasiya hələ də Ermənistandakı müxalif qüvvələrə və onların liderlərinə, özəlliklə düşərgənin vahid namizədi, Qarabağdakı separatizmin başında duranlardan biri olmuş Vazgen Manukyana dərs olmayıb. Onlara hələ də elə gəlir ki, guya iqtidarda Nikol Paşinyan deyil, onların özlərindən biri olsaydı, 44 günlük müharibədə fərqli nəticə olardı. Hərçənd “Gallup”un Ermənistanda keçirdiyi son sorğunun nəticələri də bunun əksini deyir.

Hələ Manukyan həyasızcasına öz çıxışında mövcud vəziyyətə görə üstüörtülü şəkildə Rusiyanı ittiham edib, Kremli “müstəmləkəçi siyasət” aparmaqda suçlayıb. Halbuki Ermənistanın da, Dağlıq Qarabağdakı bir ovuc erməninin də, bütövlükdə regiona köçürülmə olan ermənilərin də tək varlıq qarantı, yeganə xilaskarı Rusiyadır. Yəni yenə erməni nankorluğu.

Qəribədir ki, Ermənistan hökuməti də vaxtaşırı Kremlə qarşı de-marşlar edir. 10 noyabr və 11 yanvar üçtərəfli anlaşmalarının sabotaj edilməsinə cəhdlər bu qəbildən sayıla bilər. Müxalifətin mitinq keçirdiyi gün isə Ermənistan XİN-i Dağlıq Qarabağda separatçı hərəkatın başlamasının 33-cü ildönümü ilə bağlı yaydığı bəyanatda bir daha bu hərəkata haqq qazandıraraq, Azərbaycana qarşı ərazi iddiasını təsdiqləyib. Bununla da qisasçı müxalifətlə, “müharibə partiyası” ilə unison şəkildə 10 noyabr kapitulyasiya aktını faktiki şübhə altına almağa cəhd edib.

*****

Belyayev: Bakı darmadağın etdi, İrəvan susdu... - Video

 Mixail Belyayev

 

Sözsüz ki, İrəvandakı anti-Rusiya demarşları Rusiya rəhbərliyi tərəfindən diqqətlə izlənilir. Son gəlişmələr rusiyalı təhlilçilərin də nəzərindən yayınmır. “Yeni Müsavat”ın məlumatına görə, bu xüsusda siyasi şərhçi Mixail Belyayev “Vestnik Kavkaz” portalındakı müəllif məqaləsində yazır: “Müxalifətin 20 fevralda İrəvanda keçirdiyi, təşkilatçıları tərəfindən etiraz hərəkatının taleyində dönüş nöqtəsi kimi qiymətləndirilən mitinqi erməni müxalifətinin ritorikasında bəzi yeni narrativləri ortaya çıxardı. Belə ki, ”Qurtuluş Hərəkatı"nın lideri, Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan ən azı, rus oxucusu üçün çox təəccüblü və xoşagəlməz ifadələrlə seçildi: “Biz müttəfiqlərlə münasibətlərimizi sürətlə bərpa etməliyik. Təkcə Rusiya yox, həm də İran, Çin və Türkiyənin təcavüzünə qarşı mübarizə aparan istənilən güclə. Gec-tez, qələbəmizdən sonra, normal bir dövlət qurduqdan sonra, bütün ölkələrlə münasibətlərimiz olacaq, amma bugünkü kölə şərtləri əsasında yox, bizim diktə etdiyimiz şərtlərlə. Ona görə də Türk təcavüzünə qarşı mübarizə aparanlar bizim təbii müttəfiqlərimizdir”. Ya təsadüfdən, ya da bilərəkdən Manukyan müttəfiqləri arasında Rusiyanı xatırladıb ki, bu, heyrətə səbəb ola bilməz. Görünən odur ki, Manukyan Rusiyanın hərbi-siyasi dəstəyini Moskvanın boyun borcu sayır. Halbuki qonşuları ilə öz arasını korlayan Ermənistan məhz Rusiya sayəsində, ümumiyyətlə, bir dövlət olaraq mövcuddur".

Ermənistanda ümummilli tətil və itaətsizlik aksiyaları başlayıb | Eurasia  Diary

Fikrinə davam edən müəllif yazır: “Erməni müxalifətinin liderinin Rusiya-Ermənistan münasibətlərinin ”kölə şərtləri" əsasında qurulduğu haqqında işlətdiyi cümlə öz sinizmi ilə (ifrat həyasızlıq, abırsızlıq - red.) heyrət doğurur. Bu gün məhz Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağın erməni əhalisini onun istiliyindən tutmuş, təhlükəsizliyinə qədər həyat üçün lazım olan hər şeyi təmin etmək funksiyasını öz üzərinə götürüb. Bu fonda darmadağın olunmuş erməni ordusu hələ də praktik olaraq faizsiz Rusiya krediti hesabına mövcuddur və silahlar Rusiyadan daxili bazar qiymətlərinə alınır. Son 30 ildə Ermənistana qüdrətli, müasir ordu qurmağa kim mane olurdu? Hansı ordu ki, indi acınacaqlı vəziyyətdədir. İstər Paşinyan hakimiyyətə gəlməzdən öncə, istərsə də sonra ordu Ermənistanın ordu quruculuğundakı çoxsaylı korrupsiya sxemlərinə göz yumulmasında Moskvanı çətin ki, günahkar saymaq mümkün olsun".

Analitikin sözlərinə görə, getdikcə möhkəmlənən Rusiya-Türkiyə tərəfdaşlığı, eyni zamanda gərgin Türkiyə-Amerika münasibətləri fonunda Manukyanın Türkiyənin düşmənlərini Ermənistanın müttəfiqi hesab eləməsi Rusiyanın obyektiv regional maraqları baxımından problematikdir. “Yəni belə çıxır, keçmiş müxaliflərin bəslədiyi ”Türkiyəyə qarşı əbədi mübarizə" millətçi ideyası adı altında erməni müxalifəti ölkəni istənilən regional və regional olmayan gücün vəkilinə və müttəfiqinə çevirməyə hazırdır. Bölgəyə xarici təsirlərin Rusiya sərhədləri yaxınlığında vəziyyəti qarışdırmaq niyyəti güddüyünü isə bu yaxınlarda xarici işlər naziri Sergey Lavrov açıq bildirdi", - deyə o qeyd edib.

Path selected by incumbent authorities destructive: Vazgen Manukyan  releases a statement - aysor.am - Hot news from Armenia

Vazgen Manukyan

 

Belyayevin fikrincə, Vazgen Manukyan siyasətdə təzə deyil və onun sözlərinin həm ölkə daxilində, həm də xaricdə necə qəbul olunacağını yaxşı bilir: “Aydındır ki, Rusiya ilə ”kölə münasibətləri" barədə mesaj adi bir erməniyə yox, hətta Rusiyaya da yox, kollektiv Qərbə ünvanlanıb. Moskva isə bu gün özünün regional hakim rolundan, eləcə də itaətkar və sözəbaxan Paşinyanın mövqeyindən tam məmnundur. Prezident Vladimir Putinin bu yaxınlarda Rusiyanın aparıcı nəşrlərinin baş redaktoru ilə görüşündə Qarabağdakı vəziyyətin nizamlanmasının 2020-ci ildə prezidentliyinin böyük bir uğuru olduğunu qeyd etməsi əbəs yerə deyildi. Kreml hazırda obyektiv olaraq Vazgen Manukyanın təmsil etdiyi revanşistlərin və onun arxasındakı Qarabağ klanının hakimiyyətə qayıtmasında maraqlı deyil. Lakin Qərb son proses zamanı oyundan kənarda qaldı və görünür, erməni müxalifəti də onunla oynamaq qərarına gəlib".

Belə çıxır, indi də revanşist erməni müxalifəti vaxtilə Paşinyanın apardığı və iflas olan “iki stul” siyasətini sınaqdan çıxarmaq istəyir: sonucda Türkiyəni və Rusiyanı Qərbin əli ilə “vurmaq”, Azərbaycanı “cəzalandırmaq” və “artsax” məsələsində Ermənistanın xeyrinə dönüşə nail olmaq üçün. Bu siyasətin artıq bir dəfə nəyə gətirdiyi ortada ola-ola... 
“Müsavat”

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}