Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Putin Paşinyana niyə qapını göstərdi? –Erməni baş nazirinin görüş arzusunu gözündə qoyan İKİ SƏBƏB

 

"Putin iki səbəbdən Paşinyanla gözlənilən görüşdən imtina edib”.

 

Yenixeber.org: Bu sözləri Rusiya Prezidentinin Moskvada Ermənistan baş naziri ilə görüşdən imtina səbəblərini dəyərləndirərkən politoloq Natiq Miri deyib.

 

Politoloqun fikrincə, birinci səbəb noyabrın 10-da imzalanan sənədin icrasının hələ tam başa çatmaması ilə bağlıdır:

 

"Paşinyanın Moskvaya gözlənilən, lakin baş tutmayan bu səfəri noyabrın 10-da imzalanan üçtərərli bəyanata uyğun olaraq, ermənilərin işğaldakı 3-cü rayondan da çıxması ərafəsində olmalı idi. Bu mənada düşünürəm ki, həmin ərəfədə Putinin erməni baş nazirlə görüşdən imtinası məhz 3 rayonun boşaldılması prosesilə bağlı olub.

 

Çünki son anda Paşinyan Putinlə görüşüb, bəzi məsələləri, xüsusən də Laçında müəyyən ərazilərin ermənilərdə qalmasını tələb edə bilərdi. Ona görə də Putin həmin proses tam başa çatmayana qədər Paşinyanla görüşdən imtina edib. Çünki Rusiya üçün bu məsələnin həyata keçirməsi olduqca vacib idi. Əks təqdirdə, Azərbaycanda Moskvaya qarşı hər hansı bir etimadsızlıq, güvənsizlik yarana bilərdi”.

 

Müsahibinizə görə ikinci səbəb isə indiki mərhələdə Rusiyanın Paşinyanın istefaya getməsini istəməməsindən qaynaqlanır: "Bu gün siyasi çevrələrdə Paşinyanın istefa verəcəyilə bağlı fikirlər dolaşır. Ona görə düşünürəm ki, Paşinyanın Moskva səfərinin baş tutmaması həm də bununla bağlıdır. Paşinyanın Moskvadakı təxirə salınan görüşü hakimiyyətin kimə ötürülməsi və bu halda özününtəhlükəsizliyi ilə bağlı ola bilərdi.

 

Üçtərəfli sazişi imzalayan və bilavasitə məsuliyyət daşıyan şəxs Paşinyan olduğundan Putin bir müddət də onun iqtidarda qalmasını istəyir. Çünki Paşinyanın beləcə zəif mövqedə olması Kremlin siyasi maraqlarına cavab verir. Ona görə də Paşinyanın Moskva səfərini müəyyən müddətə təxirə saldılar”.

 

N. Miri bildirdi ki, Moskva bununla Paşinyanın yerinə gətirəcəyi adam üçün yolları hamarlayır:"Paşinyanın yerinə gələn hər hansı bir şəxsin Ermənistanda birmənalı olaraq qəbul olunacağı gözlənilmir. Bu gün Ermənistan cəmiyyətində heç bir siyasi fiqura birmənalı dəstək yoxdur. İndiki vəziyyətdə Ermənistanda hakimiyyətə gələni yaxın perspektivdə böyük problemlər gözləyir. Ona görə də bütün bu ağrılı məsələləri məhz Paşinyanın yaxasına asmaqla Moskva həm onun mövqeyini zəiflədir, həm də indiki hakimiyyətlə mövcud problemləri çözəndən sonra özünə yaxın şəxsi rahatlıqla hökumət başına gətirməyi düşünür”.(sfera)

Elçin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam