Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

KÖÇƏRYAN-PUTİN DOSTLUĞU PUÇ ÇIXDI... -Paşinyan sələfinin də Rusiya Prezidenti tərəfindən necə rəzil edildiyini açıqladı

 

 Hazırda Ermənistanda davam edən siyasi didişmələrin mərkəzində Nikol Paşinyanla sabiq prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryan arasındakı qalmaqal durur. 

Yenixeber.org: Söhbət hələ müharibənin gedişində Moskvaya yollanaraq, Vladimir Putinlə görüşmək istəyən sabiq prezidentlərlə Paşinyan arasındakı dialoqdan gedir.

 Paşinyanın həmin məsələ ilə bağlı erməni mətbuatında yayılan açıqlamasından məlum olur ki, Köçəryanla Ter-Petrosyan ondan Vladimir Putinlə görüşlərinin təşkil olunmasını xahiş ediblər: “Onlar dedilər ki, xüsusi nümayəndələr olaraq Rusiya Prezidenti Vladimir Putinlə görüşmələri üçün vasitəçilik etməliyəm. Cavab verdim ki, mən Putinlə daimi əlaqədəyəm. Elə olub ki, bir gündə 5-6 dəfə onunla danışmışam. Dedim, Putin məndən soruşsa ki, “xüsusi nümayəndələrlə görüşə nə ehtiyac var, onun özünə birbaşa deyə bilmədiyim nəsə varmı”, mən ona nə cavab verim?

 

 

Mən onlara başqa variant təklif etdim – eks-prezidentlər kimi Dmitri Medvedevlə görüşsünlər. Və artıq Moskvada prezident, yaxud xarici işlər nazirilə görüşməyə cəhd etsinlər.”

Bir sözlə, Paşinyan Köçəryanla Ter-Petrosyanı əməlli-başlı ələ salıb və “gedin Medvedevlə görüşün” deyib. Sonradan məlum olduğu kimi, heç bir görüş filan da baş tutmadı.

Bu əhvalatda maraqlı olan məqam erməni siyasi elitasındakı didişmədən daha çox indiyə qədər Qarabağ klanının liderlərindən biri, hərbi cinayətkar Robert Köçəryanla Rusiya Prezidenti Vladimir Putin arasındakı sıx dostluq münasibətinə dair deyilənlərin boş söz-söhbət olduğunun üzə çıxmasıdır.

 

 

Bəli, bir zamanlar Putin Köçəryanın həbsdə qalmasında maraqlı olmadığını nümayiş etdirirdi, İrəvanda rəsmi səfərdə olarkən onun arvadı ilə də görüşmüşdü və Köçəryanın ünvanına xoş sözlər söyləmişdi. Hətta bir çoxları Rusiya prezidentinin Paşinyandan narazılığının əsas səbəblərindən biri kimi Köçəryanın həbsini göstərirdilər.

Lakin göründüyü kimi, bu “dostluq” ağır gündə özünü bir o qədər də doğrultmadı. Məlum oldu ki, Köçəryanın Putinə nəinki birbaşa, heç dolayısı ilə də çıxış imkanı yoxdur. Bu quldurbaşı, Putinin qəbuluna deyil, heç Kremlin həndəvərinə belə düşə bilmir. Görünür, əsl dostluq belə olurmuş. Paşinyan isə özü nə qədər təlxək olsa da, Köçəryanı və Ter-Petrosyanı barmağına dolamağı bacarırmış...

Əslində, bu əhvalat həm də onu göstərdi ki, siyasi liderlər arasında səmimi dostluq münasibətləri çox nadir hallarda müşahidə olunur və siyasi maraqlar, dövlətin çıxarları istənilən dostluq münasibətlərini ikinci, bəlkə də beşinci plana keçirir.

Yəqin ki, vaxtilə Köçəryanı açıq dəstəkləmək, ona yönələn jestlər etmək Rusiya rəhbərliyinə daha çox sərf edirdi. Görünür, elə onun həbsinə üstüörtülü etirazlar da Paşinyana və onun arxasındakılara təzyiq üçün lazım idi.

Yəni Köçəryan və onun kimilər yalnız əski parçası kimi istifadə oluna bilərlər. Və heç vaxt hansısa ciddi regional məsələnin həllində bu adamların rolu “peşkalıq”dan başqa heç nə olmayıb və deyil. Odur ki, ümumiyyətlə, hər şeyi şəxsi münasibətlər, yaltaqlıq, məddahlıqla əldə etməyə öyrəşən erməni cəmiyyəti bəlkə də nə vaxtsa Köçəryanın düşdüyü indiki rəzil durumdan nəticə çıxaracaq.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam