Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Sanksiyaları məmurlara yox, rus oliqarxlarına qoymaq lazımdır" -“Saxtalaşdırma və manipulyasiya Rusiyada seçkilərin qaçılmaz elementləridir”

 

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı Avropa Birliyini Prezident Vladimir Putini əhatələyən “bir dəstə cinayətkara” sanksiya tətbiq etməyə çağırıb.

Yenixeber.org: Noyabrın 27-də Avropa Parlamentinin üzvləri ilə videokonfransda deyib ki, Rusiya oliqarxları hakimiyyəti müvəqqəti ələ keçirib və 27 üzvü olan blok Moskva ilə münasibətlərlə bağlı yeni strategiya hazırlamalıdır.

Navalnı AB-ni xüsusilə Roman Abramoviç, Əlişir Usmanov və Arkadi Rotenberq kimi rusiyalı milyarderlərin Avropadakı gəlir mənbələri və aktivlərini nəzərdən keçirməyə çağırıb. Sözügedən şəxslərin Kremllə sıx əlaqələri var.

Ötən ay AB və Britaniya 44 yaşlı Navalnının avqustda "Noviçok" qrupuna aid maddəylə zəhərlənməsi ilə əlaqədar Rusiyanın altı məmuru və bir qurumunun aktivlərini dondurub və səyahət qadağası qoyub.

Putinin kəskin tənqidçisi və korrupsiya ilə mübarizə aparan Navalnı zəhərlənməsinə görə birbaşa Rusiya prezidentini suçlayır. O, 32 gün Berlində xəstəxanada qalandan sonra sentyabrın 22-də buraxılıb.

Navalnının fikrincə, Avropada aktivləri olmayan Rusiya məmurları və generallarına sanksiya qoymaqda elə bir məna görmür.

“Adamlar niyə zəhərləyir, öldürür və seçkiləri saxtalaşdırırlar? Əsas cavab puldur. Avropa Birliyinin sanksiyaları onları hədəfə almalıdır”, – müxalifətçi Avropa Parlamentinin Xarici İşlər Komitəsinin üzvləri ilə müzakirədə deyib.

“Usmanovun yaxtaları Barselona və Monakoda üzdükcə Kremldə heç kəs sanksiyalara ciddi yanaşmayacaq”, – Navalnı vurğulayıb. O həmçinin AB-nin Rusiyada 2021-ci il parlament seçkisinə siyasi opponentlər buraxılmasa, seçkinin nəticələrini buraxmamağa çağırıb.

“Saxtalaşdırma və manipulyasiya Rusiyada seçkilərin qaçılmaz elementləridir”, – o vurğulayıb.

Xatırladaq ki, Almaniya və Fransa Rusiyanı Navalnının zəhərlənməsini tam araşdırmamaqda, heç kəsi məsuliyyətə cəlb etməməkdə suçlayıb.

Rusiya hakimiyyəti isə zəhərlənmə insidentində əli olmadığını bildirib. Rusiya tərəf Navalnının orqanizmində zəhər izinin aşkarlanmadığını deyir. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam